Bu ilin məktəb geyimləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Bu ilin məktəb geyimləri
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Bu ilin məktəb geyimləri

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Bu ilin məktəb geyimləri
 
 
Müəllif: Carchi | 9 Avqust 2010 | 13551 dəfə oxunub
http://zeka.az/751-bu-ilin-mjktjb-geyimljri.html

      Bu ilin məktəb geyimləri

Bu ildən Bakıda ibtidai siniflər üçün məcburi qaydada məktəbli geyimi tətbiq olunacaq

Bu il ilk dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 326 orta məktəbin I-IV sinif şagirdləri vahid məktəbli geyimində məktəbə gələcək.

Bu proses məcburi qaydada həyata keçirilir. Bu barədə APA-ya məlumat verən idarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, məktəbli geyiminə keçid prosesinə üç il əvvəl başlanıb. Onun sözlərinə görə, vahid məktəbli geyiminə keçidlə bağlı şagirdlər arasında keçirilən sorğu zamanı onlar da belə formanın tətbiqinin tərəfdarı olublar: “Bu ilədək hər bir məktəbin özünün vahid geyim forması olub. Əksər məktəblər isə klassik geyimə üstünlük verib. Ancaq şəhərin müxtəlif məktəblərində də geyimlər fərqli idi. Buna görə də biz qərara gəldik ki, bu ildən vahid məktəbli geyimi olsun. Bu ildən Bakıda ilk dəfə bu prosesə başlanılır”.

Vahid məktəbli geyimlərinin eskizlərinin artıq müəyyənləşdirildiyini deyən Z. Əliqızı bildirib ki, geyimlər eynidir. Sadəcə, hər bir şagirdin yaxasında onun hansı məktəbdə təhsil aldığı barədə loqo olacaq. Şagirdlər yalnız bununla bir-birlərindən fərqlənəcəklər.

Geyimləri Bakı Tikiş Fabriki tikir. Artıq geyimlərin tikilməsinə başlanılıb. Maydan etibarən geyimlərin satışına da start verilib. İdarə rəsmisinin sözlərinə görə, geyimlər 40 manatdır. Yubka-kofta, şalvar-pencək 30, köynək, cemperlər 5 manatadır. Tikiş fabriki geyimlərin satışı üçün mərkəzlər yaradıb.

Z. Əliqızı deyib ki, 2011-2012-ci tədris ilindən Bakının V-XI şagirdləri də vahid məktəbli geyiminə keçəcəklər. Həmin sinif şagirdləri məktəbə bu il əvvəlki ilin məktəbli geyimində gələcəklər.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.