Müsahibimiz tarix elmləri üzrə fəlsəfə doktoru Şiriyev Tural Mirzəli oğludur » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz tarix elmləri üzrə fəlsəfə doktoru Şiriyev Tural Mirzəli oğludur
 
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz tarix elmləri üzrə fəlsəfə doktoru Şiriyev Tural Mirzəli oğludur

     
 
Xəbərlər » Müsahibələr: Müsahibimiz tarix elmləri üzrə fəlsəfə doktoru Şiriyev Tural Mirzəli oğludur
 
 
Müəllif: Zaur | 10 Avqust 2010 | 12590 dəfə oxunub
http://zeka.az/755-mgsahibimiz-tarix-elmljri-gzrj-fjlsjfj-doktoru-eiriyev-tural-mirzjli-odludu.html

Müsahibimiz tarix elmləri üzrə fəlsəfə doktoru Şiriyev Tural Mirzəli oğludur

 Müsahibimiz Şiriyev Tural Mirzəli oğludur. 1982-ci ildə Lənkəran rayonu Girdəni kəndində anadan olmuşdur. 1999-cu ildə Lənkəran rayonu Girdəni kənd orta məktəbini bitirmiş, 2000-ci ildə LDU-nun Tarix və ictimaiyyət fakültəsinə daxil olmuşdur. 2004-cü ildə ali təhsilin bakalavr pilləsini başa vurduqdan sonra həmin Universitetin tarix istiqaməti üzrə magistraturasına daxil olmuşdur. 2006-cı ildə magistraturanı bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda aspiranturaya daxil olmuşdur. Tural Şiriyev 2009-cu ildə tədqiqat işini dissertasiya şurasına təqdim etmiş və 2010-cu ilin yanvar ayında dissertasiyanın müdafiəsini başa vuraraq, Elmi Şuranın qərarı ilə tarix elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Subaydır.

 

Sual: – Əvvəlcə sizi salamlayır və zeka.az saytına müsahibə verdiyiniz üçün təşəkkürümüzü bildiririk. İlk sualımı belə başlamaq istərdim: Hal-hazırda təhsil ocaqlarında Azərbaycan tarixinin tədrisi sizi qane edirmi?

Cavab: – Əvvəla bildirməliyəm ki, Azərbaycan xalqının son dərəcə zəngin və qədim tarixi irsi vardır. Xalqımız tarix boyu yaşadığı ərazisində zəngin maddi və mənəvi mədəniyyət formalaşdırmışdır. Xalqmızın bu zəngin tarixi irsinin elmi müstəviyə çıxarılması və dünya xalqlarına aşılanması işi son dərəcə bilikli mütəxəssislər və geniş tədqiqatlar tələb edir. Tariximizin daha dərindən araşdırılması üçün tədqiqatçıların yetişdirilməsi isə hal-hazırda təhsil sistemimizdə tarix fənlərinin tədris edilməsi səviyyəsindən çox asılıdır. Bu istiqamətdə müəyyən islahatlar həyata keçirilsə də hesab edirəm ki, tariximizin şagirdlərə və tələbələrə daha yüksək səviyyədə aşılanması üçün tədris proqramları daha da təkmilləşdirilməlidir.

 

Sual: – Ermənilərin Azərbaycan ərazilərinə qarşı qəsbkarlarlığının və işğallarının qısa tarixi açıqlanmasını verərdiniz?

Cavab: – Azərbaycan xalqının əsasını təşkil edən tayfaların Cənubi Qafqazda aborigen olmasını istər tarixi, istərsə də etnoqrafik tədqiqatlar çoxdan sübut etmişdir. Azərbaycanlıların beş min ildən çox dövlətçilik tarixinə, zəngin şifahi xalq ədəbiyyatına, folklora, incəsənətə, xüsusilə də dərin nəzəri əsasları olan musiqi xəzinəsinə malik olması bu xalqın aborigen olmasından irəli gəlir. Qədim oturaq xalqlara məxsus cəhətlər ermənilərə isə aid edilə bilməz, belə ki, empirik biliklərə söykənən əkinçilik mədəniyyətinə, qədim ədəbiyyat və incəsənət tarixinə malik olmamaq faktik olaraq ermənilərin köçəri etnos olduqlarını tamamilə təsdiq edir. Lakin köçəri ermənilərin zaman-zaman azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycanın tarixi coğrafiyasını parçalamış, mərhələlərlə ölkənin qərb torpaqlarına erməni ailələrinin köçürülməsi ilə azərbaycanlıların etnik xəritəsinin təhrif edilməsinə cəhd edilmişdir. Ermənilərin Azərbaycanın tarixi qərb torpaqlarına kütləvi şəkildə köçürülməsi 1804 –1813-cü və 1826 – 1828-ci illər rus-İran müharibələrinin gedişində və sonrakı illərdə həyata keçirilmişdir. 1828-ci ildə Azərbaycan torpaqlarını parçalayan Türkmənçay müqaviləsində erməni ailələrinin kütləvi şəkildə Cənubi Qafqaz, Qarabağ, İrəvan və Naxçıvan ərazilərinə köçürülməsi də nəzərdə tutulurdu. Təkcə 1826 – 1828-ci illərdə İrandan və Azərbaycanın cənub ərazilərindən Qarabağa 18 min erməni ailəsi köçürüldü. İki il ərzində 1828-ci ildən 1830-cu ilədək Azərbaycan ərazisinə 40 mindən çox İranda və 84 min Türkiyədə yaşayan erməni köçürüldü. Onlar Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının 200 min desyatindən çox ən yaxşı torpaqlarında yerləşdirildi. Nəticədə yerli azərbaycanlı kəndlilər öz torpaqlarının bir hissəsindən məhrum oldular. 1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8,4%-ni isə ermənilər təşkil edirdilər. 1832-ci ilin statistik materiallarına əsasən, Qarabağ ərazisindəki 20546 ailədən 13965-i azərbaycanlılar, 6491-i isə ermənilər idi. Beləliklə, Çar Rusiyasının köçürmə siyasəti nəticəsində azərbaycanlıların faizi   64,8-ə endi, ermənilərin faizi isə 34,8-ə qalxdı. Ermənilər ilk növbədə müharibə zamanı boşalmış türk kəndlərində yerləşdirilirdi. Etnik təmizlənmə uğrunda əsrlər boyu aparılan mübarizə Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsi yolu ilə də həyata keçirilmişdir. Ermənistanda Sovet hakimiyyəti dövründə addəyişmə əməliyyatı Ermənistan SSR Ali Sovetinin qərarı ilə 1935-ci ildə həyata keçirildi. Bu vaxta kimi isə ilk rəsmi addəyişmə hadisəsi Ermənistan SSR Nazirlər Sovetinin qərarları ilə baş vermişdi. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində 521 türk mənşəli yaşayış məskəninin adları dəyişdirilmişdir. Azərbaycan mənşəli yer adlarının dəyişdirilib erməniləşdirilməsinin sonuncu mərhələsini L.Ter Petrosyan 1991-ci il aprelin 9-da imzaladığı fərmanla başa vurdu. Beləcə 97 kəndin əsrlərlə daşıdığı ad bir fərmanla dəyişdirildi. 1905 – 1907 və 1914 – 1920-ci illərdə törədilmiş qırğınlar nəticəsində təxminən 500 min azərbaycanlı erməni terrorunun qurbanı olmuşdur. O zaman təkcə Bakı şəhərinin Dağüstü parkında 18 min nəfər soyqırımın qurbanı dəfn edilmişdir. Təhqiqatlar göstərir ki, yalnız XX əsrin birinci rübündə Cənubi Qafqazda baş vermiş iki qırğında öldürülən və erməni terrorundan zərər çəkən azərbaycanlıların, türklərin və kürdlərin sayı 2 milyona yaxındır. 1919-cu ildə İrəvan quberniyası müsəlmanlarının amerikalılara müraciətində deyilirdi ki, 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131970 kişi qətlə yetirilmişdir. 1920-ci ilədək törədilmiş qırğın və terror hesabına Azərbaycanın 9.800 kv. km. ərazisi ermənilərin əlinə keçmişdir. Beləliklə, o dövrdə Yeni Bəyazid qəzasının Basarkeçər mahalı, İrəvan qəzasının Vedibasar mahalı, Gəncə quberniyasının Zəngəzur qəzası Ermənistanın ixtiyarına verilmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra da daşnakların ələ keçirdikləri Azərbaycan torpaqlarının xeyli hissəsi Ermənistan SSR  hüdudlarında qalmışdır. 1920-ci ilin əvvəllərində Azərbaycanın Qazax qəzasının cənub hissəsi Ermənistana verilmiş və burada Dilican qəzası yaradılmışdır. Mehriyə bitişik olan ərazilərin Ermənistana verilməsi nəticəsində Naxçıvan diyarı süni olaraq Azərbaycandan ayrı salınmşdır. Sonrakı illərdə Ermənistana qatılmış tarixi Azərbaycan torpaqlarından yerli azərbaycanlıların kütləvi olaraq deportasiya edilməsi prosesi daha da geniş vüsət almışdır. Belə ki, SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il – Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür – Araz ovalığına köçürülməsi haqqında olan – qərarı, eləcə də 1948 – 1953 və 1988 – 1989-cu illərdə azərbaycanlıların öz doğma yurdundan didərgin salınması dövlət səviyyəsində həyata keçirildi. Beləliklə, XX yüzilliyin əvvəllərindən 1988-ci ilin dekabr ayınadək erməni terrorçularının təxribatçılıq və milli düşmənçilik fəaliyyəti nəticəsində 2 milyondan çox azərbaycanlı doğma yurdundan didərgin salınmış, onlara məxsus 400-dən çox qəsəbə və kənd, 300-dək məktəb binası, kitabxana, uşaq baxçası, tibb məntəqəsi dağıdılmış, yüz minlərlə adam öldürülmüş və şikəst edilmişdir. Bütün bunlarla yanaşı, erməni terror təşkilatları (Ermənistanın Azadlığı uğrunda Erməni Məxfi Ordusu (ASALA), Yeni Erməni Müqavimət Qrupu, Ermənistanın Azadlığı Cəbhəsi, Qara Aprel Qrupu, Orli Təşkilatı, 28-ci Erməni Qrupu, 3 Oktyabr Qrupu, Erməni Qızıl Ordusu, Erməni İnqilabçı Hərəkatı, 24 Sentyabr Sui-qəsd Diversiyadesant Dəstəsi, Altıncı Erməni Azadlıq Ordusu və s. terror təşkilatları) zaman-zaman Azərbaycan Respublikası ərazisində və onun hüdudlarından kənarda yaşayan azərbaycanlılara qarşı müxtəlif cür vəhşiliklərlə saysız-hesabsız terror aksiyaları həyata keçirərək minlərlə günahsız insanın ölümünə səbəb olmuşlar. Erməni millətçi terror qruplaşmaları tərəfindən törədilən, insanlığa sığışmayan terror aktları saya gəlməzdir. Bütün bunları təsvir etmək isə imkanımız xaricindədir. Son 20 il müddətində davam edən Qarabağ məsələsi üzərində isə geniş şəkildə dayanmayaraq, yalnız bir məqamı qeyd etmək istəyirik ki, bu münaqişədə Azərbaycanın daha 20% torpağının işğalı, 1 milyondan artıq insanın qaçqın düşməsi, 20 mindən artıq insanın qətlə yetirilməsi, 50 mindən artıq insanın əlil olması, 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən artıq arxeoloji abidə, ümumilikdə 4366 sosial-mədəni obyektin məhv edilməsi, eyni zamanda çoxlu sayda qiymətli tarixi eksponatların oğurlanmasına səbəb olan erməni ideologiyasının millətçi mahiyyətini dərindən dərk etməyi bacaran hər bir şəxs müasirləşməkdə olan dünyada bu təhlükəli şovinizmə qarşı mübarizənin qlobal şəkildə aparılmasını vacib hesab etməlidir.

 

Sual: – Mübarizin qəhrəmanlığına tarix öz möhürünü vuracaqmı?

Cavab: – Hər şeydən öncə şəhid Mübarizin şəhadəti münasibəti ilə Azərbaycan xalqına, o cümlədən şəhidin ailə üzvlərinə başsağlığı verirəm!

 Şəhid Mübariz bu addımı ilə bir daha onu göstərdi ki, xalqımızın öz doğma torpaqları və azadlığı uğrunda mübarizə aparmaq ruhu ölməzdir. O, bir daha sübut etdi ki, müqəddəs amal uğrunda şəhid olmaq nümunələri qəhrəman xalqımız üçün yalnız tarix deyil, azadlığı uğrunda həyatını belə əsirgəməmək bacarığı onun xalq xüsusiyyətidir. Məhz, bundan irəli gələrək xalqımız tarix boyu azadlığı uğrunda Cavanşirlə, Babəklə, Koroğlu vasitəsilə apardığı mübarizəsini bu gün Mübarizlə davam etdirməkdədir. Hesab edirəm ki, tarixin ayrı-ayrı səhifələrində özünə yer tutan xalq qəhrəmanlarımıza tarixi qiymət verildiyi kimi şəhid Mübarizin də qəhrəmanlıq irsi geniş araşdırılacaq və tarix ona da öz qiymətini verəcəkdir.

Sual: – Onun atdığı addımın hansı müsbət və mənfi təhlilini verə bilərsiniz?

 Mübarizin şəhid olması hadisəsinin tarixi analiz və siyasi təhlili baxımından onu deyə bilərəm ki, bu hadisə Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində aparılan bütün ideoloji və  hətta siyasi-diplomatik səylərin uğurla həyata keçirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Lakin təəssüflər olsun ki, bəzi siyasi analitiklər ölçülüb-biçilməmiş və məsuliyyətsiz bəyanatlar verərək hadisənin əsl mahiyyəti və əhəmiyyətini doğru olaraq qiymətləndirə bilmirlər. Bir qayda olaraq qəbul olunmalıdır ki, Şəhid Mübariz erməni işğalçılarına və onlara havadarlıq edən siyasi qüvvələrə bir daha xatırlatdı ki, Azərbaycan xalqı doğma torpaqlarını işğaldan azad etməkdə aciz deyildir.

 

Sual: – Əgər siz özünüz hər hansı tarixçidən müsahibə götürsəydiniz  hansı sualı verərdiz?

Cavab:– Maraqlıdır, bir tədqiqatçı alim üçün hansı amil tarixi irsin qərəzsiz öyrənilməsi ilə onun insanlar üçün vətənə, xalqa məhəbbət kimi əsl faydasının təmin edilməsinə çalışmasını şərtləndirə bilər?

Sual: – Saytımıza məsləhət və arzularınız?

Cavab: - Artıq peşəkarlıq səviyyəsində fəaliyyət göstərən zeka.az-a yeni-yeni uğurlar arzu edirəm. Eyni zamanda arzu edirəm ki, xalqımızın tərəqqipərvər ziyalıları da bu müqəddəs işdə fəal iştirak etsinlər!

Müsahibəni apardi İlqar Əzimov

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (10 Avqust 2010 13:43)



Qrup: Qonaq
Tarix: --
alidir belə müsahibələri tez-tez götürün
çünki çox ehtiyac var

ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.