Ölüm qorxusu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Ölüm qorxusu
 
 » Sağlamlıq » Psixologiya » Ölüm qorxusu

     
 
Sağlamlıq » Psixologiya: Ölüm qorxusu
 
 
Müəllif: Zaur | 21 Sentyabr 2009 | 15730 dəfə oxunub
http://zeka.az/77-214l252m-qorxusu.html
alt 

 

Ölüm - şəksiz-şübhəsiz, hamımızın ən çox qorxduğu bir sonluq. Əlbəttə, insanlıq bu özünəməxsus “sonluğun” qarşısında aciz qalıb. Ona görə də, insanlar bu sahədə “dünyada hər şeyə çarə tapılar, təkcə ölümdən başqa” deyərək, bir-birlərini sakitləşdirməkdən başqa heç nə bacarmayıblar.

Ölüm haqqında

İnsanlar həmişə ölüm problemini təhlil etməkdən çəkiniblər. Əslində, bu ziddiyyətli problemin aydınlaşdırılması qeyri-mümkün olduğundan, onun haqqında az düşünməyə üstünlük veriblər.

Tarix boyu insanlar üçün ölüm və ölümdən sonrakı həyat haqqında ən çox və ən real məlumatlar ancaq dində olub. Ona görə müasir dövrdə də ölüm və onunla əlaqəli olan bütün mərasimlər insanlar üçün dinlə başlayır və elə dinlə də sona çatır.

Müasir elmlər sistemi ölümün cəmiyyətdə mövcudluq xüsusiyyətlərini öyrənməyə çalışır. Bu cür tədqiqatlar, əsasən, XX əsrin ikinci yarısında aparılmağa başlayıb. Hətta, ölüm və ölümlə bağlı həyati prosesləri, xüsusiyyətləri, davranışı tədqiq edən ayrıca elm sahəsi də yaranıb. Ona “Tanatologiya” deyilir (tanatos-yunanca ölümə meyl deməkdir).

Ölümdən qorxma xəstəlikləri

Ölümdən qorxmaq təbii bir haldır. Lakin bəzən bu təbii qorxmalar insanların psixolji sağlamlığının pozulmasına səbəb olur. Sizə qəribə görünsə də, elə adamlar var ki, onlar üçün ölüm, kiminsə ölməsi və yas mərasimləri sözün əsl mənasında, əzab-əziyyətə çevrilib. Onlar ölümdən, yas mərasimlərindən həddən artıq qorxur, orada iştirak etmir, qəbiristanlığa getmir, ümumiyyətlə, ölüm haqqında danışmırlar. Bu cür insanların qeyri-adi davranışı tanışlar, qohumlar tərəfindən tezliklə hiss olunur. Onlar qocalmaqdan da qorxurlar. Çünki qocalıqdan sonra ölüm gəlir. Təcrübə göstərir ki, həmin şəxslərin çoxu qocaldıqda, ölümdən qorxma stresslərindən, psixoloji narahatlıqlardan qismən qurtula bilirlər. Bu da təbii yaş xüsusiyyətlərinə görə baş verir, yəni insan qocaldıqca onun psixologiyasında ölümə qarşı qorxu hisslərinin səviyyəsi aşağı düşür. Ən əsası isə əgər insan həyatda Allaha və əbədi həyata inansa ölümü son deyil, əbədi həyatın başlanğıcı hesab edər.

Epikür bizə təsəlli verir

Yəqin ki, ölüm haqqında deyilən həqiqi, ümumi, fundamental və təsəlliverici kəlamın müəllifi məşhur filosof Epikür sayıla bilər. O, deyib: Sən varsansa, ölüm yoxdur, ölüm varsa, sən yoxsan.

Belə olan halda sizə sual verirəm: Bəs siz nədən qorxursunuz? Epikür demişkən: Əgər sağsansa, deməli, sənin üçün ölüm yoxdur. Allahına şükr edib ölümdən qorxmayacağın şəkildə düzgün yaşa!

Unutma: sənin öz doğulmağından xəbərin olmadığı kimi, öz ölümündən də xəbərin olmayacaq. Bu istək və tələbat məsələsi deyil, yəni sənin ölməyin səndən və digərlərindən asılı olmayaraq baş verəcək. Unutma ki, bu Böyük Allahın işidir-səndən xəbərsiz səni yaradan, yaşadan və vaxtın gəldikdə öldürən də, Odur. Bu, alternativi olmayan reallıqdır, həqiqətdir. Allahına sığın, onsuz da gec-tez ona sığınacaqsan. Deməli, ölümdən qorxmağa da ehtiyacın qalmayacaq, çünki Böyük Allaha qovuşmaqdan qorxmağa dəyməz.

Ölüm nədir?

Ölüm nədir? Çox primitiv və həm də maraqlı sualdır. Adi ölüm reallıqları bu suala cavab verir. Lakin bəzi mülahizələr və müəmmalı fikirlər bu sualın cavabını bir daha təhlil etməyi tələb edir. Ona görə də, bu problemə toxunmaq, bəzi məqamları araşdırmaq lazımdır.

Şübhəsiz, insanları gündəlik həyatda ən çox maraqlandıran və narahat edən məsələlərdən biri də ölüm, ölmək və ölənlərlə bağlı söz-söhbətlərdir. Tarix boyu, bu günümüzdə də ən çox toxunulan və haqqında düşünülən problem isə ölümdən sonrakı həyat və ölümlə bağlı qeyri-adi hadisələrdir.

Ölümdən sonrakı həyat isə ümumiyyətlə, elmi və ictimai problemləri kölgədə qoyan əhatə dairəsinə malikdir. Burada əsas mübahisə obyekti ölümdən sonra insanların nələrlə üzləşməsi və öləndən sonra necə yaşaması olur. Hətta, bəzi ölüb-dirilən insanlar tapılır ki, onlar öldükdən sonra nələrlə üzləşmələri haqda məlumatlar verirlər.

Ölüm nədir?

Ölmək insan orqanizminin bioloji baxımdan tam məhvinə deyilir.  Bu ən primitiv tərifdir, yəni insan orqanizmi, onu yaşadan, idarə edən (psixika) bütün orqanlar fəaliyyətini dayandıraraq məhv olurlar. Bu məhv olmalar “İNSANI” və “İNSAN ORQANİZMİNİ” məhv edir.

“İNSANIN MƏHV OLMASI” ilə “İNSAN ORQANİZMİNİN MƏHV OLMASI”nı bir-birindən ayırmaq lazımdır.

“İNSANIN MƏHV OLMASI”na – onun psixikasının, idrakının bütün insan orqanizmi daxilində fəaliyyətinin dayanması daxildir. Psixikanı yaradan, yaşadan sinir hüceyrələri (neyronlar) və bütün orqanizm daxilində psixikaya xidmət edən sinirlər sistemi öz fəaliyyətini dayandıraraq sona çatırlar. Nəticədə, insan bir canlı varlıq, sübyekt və bir şəxsiyyət kimi öz mövcudluğunu dayandırmış olur. Necə deyərlər, ruh-psixiki enerji, idrak, fəaliyyət və yaşamaq enerjisi insan bədənini, insan orqanizmini tərk edir.   

“İNSAN ORQANİZMİNİN MƏHV OLMASI” isə insan orqanizminin bioloji cəhətdən məhvini nəzərdə tutur. İnsan orqanizmini yaradan, yaşadan hüceyrələr öz fəaliyyətini dayandıraraq çürüyüb məhv olur. Məlumdur ki, insan öldükdən sonra onun bədəni tezliklə şişməyə, çürüməyə və məhv olmağa başlayır. Bu, məhz insan orqanizmini yaşadan hüceyrələrin çürüyüb məhv olması ilə əlaqədardır. Bu hüceyrələr insan öldükdən sonra ÜÇ DƏQİQƏYƏ və ÜÇ DƏQİQƏDƏN sonra çürüməyə başlayırlar.

Bax belə, ÖLMƏK BUNA DEYİLİR. Ölüm və ölüm haqqında bütün reallıqlar, həqiqətlər, tənzimləyici yadedici mərasimlər məhz, DİNƏ-BÖYÜK ALLAHA aiddir və bu mərasimlər BÖYÜK ALLAH kəlamları ilə idarə olunur.

ÖLÜM BÖYÜK ALLAHIN ƏMRİ İLƏ BAŞLAYIR ELƏ BÖYÜK ALLAHLA DA BİTİR. ÇÜNKİ YARADAN, YAŞADAN VƏ YENİDƏN YARADAN, YAŞADAN YALNIZ VƏ YALNIZ BÖYÜK ALLAH OLA BİLƏR.

PSİXOTEST

Ölümə olan real münasibətinizi yoxlayın

Suallara səmimi və düzgün cavab verin, yalnız cavab xallarınızı topladıqdan sonra “nəticə”ni oxuyun.

1. Hansı idman növündən xoşunuz gəlir?

a) Futbol-3

b) Suya tullanma-2

c) Qaydasız döyüş-1

2. Ən  çox sevdiyiniz film?

a) Nəsimi-1

b) Görüş-2

c) Uşaqlığın son gecəsi-3

3. “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” atalar sözünə münasibətiniz necədir?

a) Çox yaxşı-3

b) Cavab verə bilmirəm-2

c) Bu kəlamı qəbul etmirəm-1

4. İntihar etmək sizin üçün nə deməkdir?

a) Ən böyük günah-3

b) Cavab verə bilmirəm-2

c)  Psixi xəstəliyin nəticəsi-1

5. Siz həmişə ehtiyatlı olmağı bacarırsınız?

a) Xeyr-2

b) Bəli-1

c) Şəraitdən asılı olur-3

6. Təsəvvür edin ki, yanınızda insan ölür. İlk növbədə nə edərsiniz?

a) Çığırıb otaqdan qaçaram-2

b) Köməyə adam çağıraram-3

c) Ona kömək etməyə çalışaram-1

7. Siz qəbiristanlıqdan qorxursunuzmu?

a) Bəli-2

b) Xeyr-1

c) Yalnız gecələr-3

NƏTİCƏ

16 xal və ondan yuxarı:

Sizin ölümə münasibətiniz qənaətbəxşdir. Təbii olaraq, bütün insanlar kimi ölümdən qorxursunuz. Ölümlə bağlı ictimai və elmi biliklərlə də maraqlanırsınız. Yas mərasimlərinə, ölümlə bağlı dini adət-ənənələrə hörmətlə yanaşırsınız. Bu da sizin yaşamaq və fəaliyyət mübarizənizin sağlam olduğunu sübuta yetirir.

11-15 xallar:

Sizin ölümə münasibətiniz normal deyil. Siz ölümdən və ölüm mərasimlərindən həddən çox qorxursunuz. Elə bilirsiniz ki, ölüm təkcə sizin üçündür və o tezliklə sizi haqlaya bilər. Ona görə də tez-tez bu barədə düşünərək özünüzü lazım olduğundan çöx narahat edirsiniz. Özünüzü ələ alın, təbii proseslərə tabe olun.

10 xal və ondan aşağı:

Sizin ölümə və həyata münasibətləriniz çox qəribədir. Demək olar ki, ümumiyyətlə, sizi ölüm maraqlandırmır. Adama elə gəlir ki, siz nə vaxtsa öləcəyinizi belə unutmusunuz. Düzdür, yas mərasimlərində daim iştirak edirsiniz, lakin sizi daha çox şən və maraqlı yaşamaq maraqlandırır. Hər halda, ölüm haqqında da hərdən düşünün.  





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 7)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.