Ermənilər qəbirstanlığımızı yandırdılar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Ermənilər qəbirstanlığımızı yandırdılar
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Ermənilər qəbirstanlığımızı yandırdılar

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Ermənilər qəbirstanlığımızı yandırdılar
 
 
Müəllif: Carchi | 13 Avqust 2010 | 12152 dəfə oxunub
http://zeka.az/771-ermjniljr-qjbirstanldddmdzd-yanddrddlar.html

Ermənilər qəbirstanlığımızı yandırdılar

Tovuzun sərhəd kəndlərində alovun yaşayış evlərinə keçməməsi üçün qüvvələr səfərbər olunub

Ermənilərin Azərbaycanın Tovuz rayonu ilə sərhəd ərazilərdə törətdiyi yanğınlar rayonun Ağdam kəndinə keçərək 3-4 hektar ərazini əhatə edib.

Ağdam kənd icra nümayəndəsi Mirhəsən Bağırov APA-ya bildirib ki, yanğını Ermənistan tərəfindən saat 15:00 radələrində törədilib.

Onun sözlərinə görə, yanğın atəş xəttinə və mina sahəsinə yaxın olduğundan alovun qarşısını almaq mümkün deyil. Yanğının baş verdiyi ərazilərdə bir neçə mina partlayışı olub.

Yanğın sərhəd ərazidəki kənd qəbiristanlığını da bürüyüb.

Yanğınsöndürənlər və hərbiçilər alovun yaşayış evlərinə keçməsinin qarşısının alınması üçün önləyici tədbirlər görürlər.

Onun sözlərinə görə, alovun qonşu Əsrik kəndini də bürüməsi təhlükəsi var.

Bu kəndlə Ermənistan və Azərbaycan hərbiçilərinin mövqeləri arasındakı məsafə 100-150 metr təşkil edir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.