Şaftalı cana məlhəm olan meyvədir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Şaftalı cana məlhəm olan meyvədir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Şaftalı cana məlhəm olan meyvədir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Şaftalı cana məlhəm olan meyvədir
 
 
Müəllif: Carchi | 14 Avqust 2010 | 18597 dəfə oxunub
http://zeka.az/778-eaftald-cana-mjlhjm-olan-meyvjdir.html

Şaftalı cana məlhəm olan meyvədir

Dadlı-şirəli, cana məlhəm olan şaftalını böyük məmnuniyyətlə həzmi-rabedən keçirdiyimiz ən sevimli yay meyvələrindən saymaq olar. Lakin şaftalının dadlı olduğu qədər, faydalı olmasını hamımız bilirikmi?

Məsələn, şaftalının müxtəlif sortlarının ilk dəfə yetişdirildiyi Çində bu meyvəyə uzunömürlülük və sağlamlıq rəmzi kimi baxırlar. Şaftalı dərimizi qırışlardan qoruyan, ürəyimizi möhkəmləndirən, bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alan əla antioksidantdır.

Şaftalı sağlam və gümrah olmaq, fəal həyat tərzi sürmək üçün əsl vitamin mənbəyidir: vitamin C orqanizmi virus və infeksiyalardan qoruyur, vitamin A iti görmə qabiliyyəti, gözlərin və selikli qişaların sağlamlığı üçün lazımdır, dəmir dərinin rəngini saflaşdırır, hemoqlobini yüksəldir, kalium ürək əzələlərini və damarların divarlarını möhkəmləndirir.

Şaftalı arıqlamaq üçün əla vasitədir. Bir şaftalıda cəmi 50 kkal olsa da, uzun müddət toxluq hissi yaradır. Yemək arasında iki şaftalı yeməklə yağlı yeməyi sürətlə həzm edə bilərik. Odur ki, şaftalı nahardan sonra əla desert sayılır.

Şaftalının əti bitki tərkibli sellülozla zəngindir. Sellüloz həzm prosesini yaxşılaşdırır, yüngül qarınişlədici, habelə sidikqovucu təsir göstərir. Təzyiqi yüksək olan adamlara şaftalı yemək məsləhət görülür.

Şaftalı əhvalı yaxşılaşdırır, yuxusuzluğu, depressiyanı aradan qaldırır. Şaftalı zəngin B qrupu vitaminləri qaynağıdır. Yuxunu normallaşdırır, stressin öhdəsindən gəlməyə kömək edir. Onun tərkibindəki maqnezium bizi xiffət etməyə və ruhdan düşməyə qoymur.

Şaftalının güclü ətri onun şirin meyvə olduğunu göstərir. Onun əti ya sarımtıl, yaxud çəhrayı damarları seçilən ağımtıl rəngdə olur. “Ağımtıl” şaftalı daha şirin, “sarımtıl” şaftalı isə daha ətirli olur.

Şaftalının çəyirdəyi büzüşmüşsə, deməli, ona kimyəvi maddələr vurulmuşdur. Belə şaftalını ciddi-cəhdlə yumaq, ondan yalnız kompot, yaxud mürəbbə bişirmək məsləhətdir. AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.