Kəndli ailəsi 30 ildə 53 uşağı övladlığa ğötürüb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Kəndli ailəsi 30 ildə 53 uşağı övladlığa ğötürüb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Kəndli ailəsi 30 ildə 53 uşağı övladlığa ğötürüb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Kəndli ailəsi 30 ildə 53 uşağı övladlığa ğötürüb
 
 
Müəllif: Carchi | 14 Avqust 2010 | 12222 dəfə oxunub
http://zeka.az/779-kjndli-ailjsi-30-ildj-53-ueadd-gvladldda-dgtgrmgedgr.html

Kəndli ailəsi 30 ildə 53 uşağı övladlığa ğötürmüşdür

 Rostov vilayətinin Aksaysk rayonunda yaşayan Sorokinlər ailəsi 30 il ərzində 50-dən çox uşağı himayəyə götürmüşdür.

 AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda bu ailənin nəvələrlə birlikdə 91 üzvü vardır.

 Rassvet qəsəbəsində yaşayan Tatyana və Mixail Sorokinlər ailənin ikinci övladı xəstəlik nəticəsində əlil olduqdan sonra yetim uşaqlara sahib çıxmaq qərarına gəlmişlər. Atılmış, ailəsini itirmiş və yaxud evdən qaçmış uşaqlar bir-birinin ardınca qəsəbəyə yol açmışlar. Bəzən isə valideynlər özləri övadlarını tərbiyə etmək üçün Sorokinlərə vermişlər. Uşaqlar Sorokinlərin evində özlərinə rahat sığınacaq tapmış, sevgi və qayğı ilə əhatə olunmuşlar.

 Hazırda ailədə 15 məktəbli, 10 məktəbəqədər yaşlı uşaq vardır. Sonuncu üç uşaq beş il əvvəl ailəyə üzv olmuşdur. Sorokinlərin böyük ailəsində bütün işlər ailədaxili qaydalar və dəqiq tərtib olunmuş cədvəl əsasında görülür.

 Ailənin doğma qızı Anya böyük ailəyə o qədər vərdiş etmişdir ki, ərə gedəndən sonra özünün beş uşağı ilə yanaşı, daha dörd uşağı himayəyə götürmüşdür.

Sorokinlər beynəlxalq “Qızıl ürək” mükafatı, “Ana məhəbbəti və ata qayğısına görə şərəf ordeni” ilə təltif olunmuşlar.

Bu il Tatyana və onun 62 yaşlı əri Mixail “yaqut toy”larını qeyd etmişlər. Ən böyük hədiyyə isə ailənin yaxınları- uşaqlar, nəvələr, gəlinlər və kürəkənlərdən ibarət 91 nəfərin bir süfrə ətrafında toplaşması olmuşdur.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (14 Avqust 2010 15:53)



Qrup: Qonaq
Tarix: --
öz övladına valideynlik edə bilməyənlər kaş ki, bu ailəyə baxıb bir az utanaydılar
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 2
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.