Bilirsinizmi? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bilirsinizmi?
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bilirsinizmi?

     
   
 
Müəllif: Zaur | 22 Sentyabr 2009 | 13409 dəfə oxunub
http://zeka.az/78-bilirsinizmi.html

 

alt


* Riyaziyyat sahəsində də müsəlmanların xidməti danılmazdır. Bu sahədə onların qazandığı nailiyyətlər, hətta müasir Avropanı da heyran qoyur. Məsələn, məşhur qərb alimi professor Jak Risler belə söyləmişdir: “İntibahımızın riyaziyyat müəllimləri müsəlmanlardır”. Fransız alimi professor E. F. Qotye isə öz heyranlığını belə ifadə etmişdir: “Avropanın mədəni dairələri yalnız cəbri deyil, digər riyaziyyat elmlərini də müsəlmanlardan almışdırlar; həqiqətən, bu günkü qərb riyaziyyatı İslam riyaziyyatından başqa bir şey deyildir.”

* Cəbr elminin təməlini qoymuş Xarəzmi (780-850) ilk dəfə sıfır işarəsindən istifadə etmişdir. O, “Əl-cəbr vəl-müqabilə” adlı ilk cəbr kitabını yazmışdır. Kitabın adındakı Əl-cəbr sözü qərblilər tərəfindən təhrif olunaraq “Alqebra” şəklinə düşmüşdür.

* Riyaziyyat sahəsində Avropaya nümunə olmuş müsəlman alimlərindən biri də Bəttanidir (858-929). Jak Rislerin fikrincə, faktiki olaraq triqonometriya elminin əsasını da Bəttani qoymuşdur.

* Sinus anlayışını da kəşf edən müsəlmanlardır. Müsəlmanlar sinusa “seyb” deyirdilər, qərblilər bu sözü dəyişdirərək “sinus” şəklinə saldılar.

* Triqonometriyaya tangens, kotangens və kosekans anlayışlarını Əbül-Vəfa (940-998) gətirmişdir. Triqonometriya sahəsində ilk ciddi əsərin müəllifi isə Nəsirəddin Tusi (1201-1274) olmuşdur. Triqonometriyadakı dəyişən formulların kəşfi də İbn Yunusa (vəf.1009) aiddir.

* Nyutona aid edilən Binom formulunu cəbrə gətirən Ömər Xəyyam (vəf. 1123) olmuşdur.

* Differensial hesab da Nyutondan əvvəl Sabit ibni Qürra (vəf. 901) tərəfindən kəşf edilmişdir. Həndəsi cəbrdən ilk dəfə istifadə edən şəxs heç də bəzilərinin qəbul etdiyi kimi Dekart (1596-1650) deyil, müsəlman alimi Sabit  bin Qürra olmuşdur.

* Şpenqler (180-1936) riyaziyyatdakı funksiya anlayışının tamimilə Avropaya aid olduğunu, bundan əvvəlki heç bir mədəniyyətdə bu mövzuya aid hər hansı işarəyə rast gəlinmədiyini söyləyir. Bu sahədə geniş tədqiqatlar aparmış Məhəmməd İqbal isə həmin görüşü rədd edərək, avropalılardan bir neçə əsr öncə funksiya ideyasının Biruni tərəfindən ortaya atıldığını söyləmişdir.

* Onluq kəsr sistemi tapan, bu mövzuda əsər yazmış ilk alim Qiyasəddin Cəmşiddir (vəf. 1429). Riyazi hesabatlarda ilk dəfə vergüldən istifadə edən də o, olmuşdur.

MARAQLIDIR

Bir dəfə İ.Nyuton aydın havada gəzməyə çıxarkən çobana rast gəlir. Çoban ona məsləhət görür ki, uzağa getməsin. Çünki bərk yağış yağacaq. Nyuton ona qulaq asmır. Doğrudan da yarım saatdan sonra yağış yağır. Nyuton suyu süzülə-süzülə özünü çobana yetirir və bunun sirrini soruşur. Məlum olur ki, çoban bunu qoyunların vəziyyətinin dəyişməsinə görə təyin edibmiş.

Buna bənzər bir hadisə Xacə Nəsirəddin Tusinin də başına gəlib.

SAVADSIZ DAHİLƏR

Məşhur psixoloq Viktor Gerstel müxtəlif illərdə yaşamış 400 dahinin bacarıq və qabiliyyətini yoxlamışdır. Müəllifin fikrincə, Eynşteyn 11 yaşında olarkən zehni inkişafdan geri qalırmış.

Görkəmli stilistlərdən biri olan Marsel Prust orta məktəbdə oxuyarkən fransız  dili dərsindən, məşhur fransuz yazıçısı Emil Zolya ısə inşa yazısından həmişə pis qiymət alarmışlar. Lakin böyük iradə və gərgin əmək sayəsində onlar nəinki geriliyin daşını atmış, həm də parlaq istedadları ilə bütün dünyanı heyran qoymuşlar.

 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.