Yemək və içmək » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Yemək və içmək
 
 » Din » Əhkam » Yemək və içmək

     
 
Din » Əhkam: Yemək və içmək
 
 
Müəllif: Admin | 14 Avqust 2010 | 12574 dəfə oxunub
http://zeka.az/784-yemjk-vj-igmjk.html

1-2. Yemək və içmək

  1. Əgər oruc tutan şəxs qəsdən bir şey yesə və ya içsə orucu batil olar, istər yeyilib-içilməsi adət olan (çörək və s. kimi), istərsə də yeyilib-içilməsi adət olmayan (torpaq və s.kimi); istər az olsun, istərsə də çox; hətta oruc tutan şəxs diş fırçasını ağzından çıxarıb yenidən ağzına salsa və onun rütubətini udsa orucu batil olar.
  2. Əgər oruc tutan şəxs səhvən bir şey yesə və ya içsə orucu batil olmaz.
  3. Oruc tutan şəxs, qida maddələrini əvəz iynə (qlükoza kimi) vurmaqdan çəkinməlidir. Lakin bədən üzvünü keyləşdirən dərmanı əvəz edən iynəni vurmağın eybi yoxdur.
  4. Əgər şəxs yemək əsnasında sübh azanının vaxtının daxil olduğunu başa düşsə yeməyi dayandırmalı, ağzındakı tikələri çıxarmalıdır. Əgər qəsdən udsa orucu batildir və ona kəffarə (cərimə) də vacibdir.
  5. Əgər şəxs dişinin arasında qalan şeyi qəsdən udsa orucu batil olar. Əgər şəxs dişinin dibində qalan qida qalıqlarının boğazına gedəcəyini bilsə, bu halda dişlərini təmizləməsə dişinin dibində qalan şeyin boğazına gedib-getməməsindən asılı olmayaraq, orucu batil olar.
  6. Ağız suyunu (tüpürcəyi) udmaq orucu batil etmir. Başdan, sinədən gələn su (bəlğəm, burun suyu) əgər ağız boşluğuna çatmayıbsa onu udmağın eybi yoxdur. Amma ağız boşluğuna daxil olsa vacib ehtiyata (ehtiyata əsasən, əməl edilməsi vacib olan hökm) əsasən, gərək udulmasın.
  7. Uşaq üçün yeməyi çeynəmək, xörəyi dadmaq və s. adətən, yerinə yetiriləndə boğaza çatmayan bu kimi işlərdən görərkən ağızda olan şeylər təsadüfən boğaza çatsa oruc batil olmaz. Amma şəxs əvvəlcədən bu şeylərin boğazına çatacağını bilsə və onları udsa orucu batil olar. Bu orucun qəzası tutulmalıdır və kəffarəsi də vacibdir.   




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.