Qədim tibb (davamı) » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Təbabət » Qədim tibb (davamı)
 
 » Sağlamlıq » Təbabət » Qədim tibb (davamı)

     
 
Sağlamlıq » Təbabət: Qədim tibb (davamı)
 
 
Müəllif: Zehra | 15 Avqust 2010 | 13412 dəfə oxunub
http://zeka.az/786-qjdim-tibb-davamd.html

Qədim tibb (davamı)

 Orta əsrlərdə ərəblərin təsiri altında Azərbaycanda da xalq təbabəti sürətlə inkişaf etməyə başlamışdır. O vaxtın Azərbaycan təbabətinin görkəmli nümayəndələrindən Əbu Mənsur Müvəffəqi, İbn Kəbiri, Həsən İbn Şirvani, Məhəmməd Əttar Səlyani, Məhəmməd Yusif Şirvani, İbrahim İbn Zeynəlabidin Naxçıvani və sairlərini misal göstərmək olar. Bunların sırasında Əbu Mənsurun xalq təbabətinin inkişafı sahəsində xidməti xüsusilə diqqətə layiqdir. O, X əsrdə xalq təbabətində tətbiq olunan dərmanları sistemləşdirərək, ilk dəfə dərmanşünaslığa dair özünün məşhur əsərini yazmışdır. Müasir farmakologiya istiqamətində yazılmış həmin əsər xalq təbabətinin inkişafına çox böyük təkan verdi. Müəllif öz əsərində 446 bitki mənşəli və 44 heyvan mənşəli dərman maddələrini ətraflı təsvir etmişdir. XIX əsrin axırlarında Əili Mənsurun bu kitabını A. Axundov ərəb dilindən alman dilinə tərcümə etmiş və 1893-cü ildə Almaniyada çap olunmuşdur.

 Xalq təbabətindən bəhs edən mənbələrdən biri də XVII əsr Azərbaycan alimi Seyid Məhəmməd Möminin (vəfat tarixi – 1698) Şah Süleyman Səfəviyə ithaf etdiyi “Töyfeyi həkim Mömin” kitabıdır. Əsərin hal-hazırda respublika əlyazmalar fondunda saxlanılan nüsxəsi vaxtilə görkəmli Azərbaycan kolleksioneri Bəhmən Mirzənin kitabxanasında olmuşdur. Qeyd etmək lazımdır ki, min səhifədən çox olan bu kitabı hazırlarkən müəllif özündən əvvəlki bir sıra mötəbər mənbələrdən – antik müəlliflərdən Hippokrat (e.ə.460 – 377), Feofrast (e.ə.372 – 287), Dioskrid (eranın I əsri), Qalen (130-200), Şərqin tanınmış alimlərindən Zəkəriyyə Razi (vəfat tarixi – 923), İbn Sina (980 – 1037), Əbu Reyhan Biruni (973 – 1048), İbn Təlmiz (vəfat tarixi – 1246), İbn Baytar (vəfat tarixi – 1246), Ən-Nəfis (vəfat tarixi – 1311) və başqalarının əsərlərindən istifadə etmişdir.

Hazırladı Zəhra

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: DOKMAN (18 Avqust 2010 19:09)



Qrup: İstifadəçi
Tarix: 18.08.2010
MELUMATA GORE TWK.[color=#006600][/color] bully
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.