Orta yaş dövrü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Orta yaş dövrü
 
 » Sağlamlıq » Psixologiya » Orta yaş dövrü

     
 
Sağlamlıq » Psixologiya: Orta yaş dövrü
 
 
Müəllif: Zaur | 16 Avqust 2010 | 12876 dəfə oxunub
http://zeka.az/792-orta-yae-dgvrg.html

Orta yaş dövrü

 Bu dövr 40 yaş hədlərindən başlayaraq 60 yaşa qədər davam edir. Bu dövrdə şəxs artıq özü üçün deyil, gələcək nəsl üçün fəaliyyət göstərir. Eriksonun nəzərincə bu dövrdə törəyib-artmaq məfhumu çox  əhəmiyyət kəsb edir. Bu dövrdə yalnız  ətrafına məhəbbət dolu şəxslər toplamış və cəmiyyətdə bir fəaliyyəti səmərəyə çatdırmış şəxs müvəffəqiyyətli bir ömür yaşadığını iddia edə bilər, yoxsa yalnız övladlara sahib olmaqla belə bir müvəffəqiyyətin duyulması mümkün deyil. Yəni övladları düzgün tərbiyə etməyin özü də mühüm ictimai dərəcəyə malik olmaq kimidir. Bu dövrün öz sıxıntıları var və bu sıxıntılar bir tərəfdən özünü orta səviyyəli görməkdən bezmək, digər tərəfdən özünü dəyərsiz görməkdən yaranır.

 Orta yaş dövrünə daxil olmaq – cəmiyyəti idarə edən fərdlər qrupunun yaş dövrünə daxil olub onun  bir üzvünə çevrilmək mənasını ifadə edir. Bu dövr məsuliyyət və idarəçilik qüvvəsinin yarandığı və bəzən artırılmağa ehtiyacı olan sənət gəlirinin  qorunması dövrüdür. Bu yaş dövründə şəxsin digər vəzifələri – öz həyat yoldaşı ilə münasibəti qorumaq, yeniyetmə övladlara himayədarlıq etmək (belə ki, onlar da gələcəkdə öz boyunlarına düşən məsuliyyəti dərk edən böyüklər kimi yetişsinlər), qoca valideynlərlə münasibətləri qorumaq, ehtiyacları uyğun şəkildə ödəyəcək iqtisadi gəlir ortamını hazırlamaq, ictimai-siyasi məsuliyyətləri həyata keçirmək, dostluq münasibətlərini qorumaqdan və s. ibarətdir. 40 – 50 yaşlarında bədənin sürətli zahiri dəyişkənliklə üzləşməsi danılmaz bir reallıqdır. Təcrübələr bu yaşlarda bacarığın və cinsi əlaqəyə meylin dəyişdiyini, zəifliyin başlandığını göstərir. Hətta bəzi kişi və qadınların bu yaşda zehn və ağıl fəaliyyətlərinin zəifləməsi ilə üzləşmələri mümkündür. Bu, heç də orta yaş dövründə şəxsin öz yaddaşını əldən verməsi anlamına gəlmir. Əksinə, əgər şəxs sağlamlığını qoruya bilsə, danışıq qabliyyəti, məntiqli dəlilləri daha da kamilləşər. Araşdırmalar göstərmişdir ki, orta yaşlı şəxslər əldə etdikləri məlumatlardan daha yaxşı istifadə etmək bacarığına malikdirlər.

Zaur

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 2
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.