Hikmətli sözlər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Hikmətli sözlər » Hikmətli sözlər
 
 » Elm və mədəniyyət » Hikmətli sözlər » Hikmətli sözlər

     
   
 
Müəllif: Admin | 22 Sentyabr 2009 | 12581 dəfə oxunub
http://zeka.az/80-hikm601tli-s246zl601r.html

O adam ağıllı hesab olunur ki, öz nöqsanını başqalarından çox görsün və öz hünərini başqalarından az bilsin.

Mümkün qədər dost qazanmağa çalış, çünki düşmənçilik peşmançılıq törədər.

Qəlbində heç kəsə kin saxlama ki, öz rahatlığın əlindən alınar.

Hər kəsdən sənin haqqında pis xəbər gətirmişlərsə, bunu onun özünə demə, çünki eşitdiyin sözün düz və əyri olmasını onun hərəkət və söhbətindən başa düşərsən.

Gördüyün pis əməlin sənə xeyri qalmaz, pis adı qalar.

Qonum-qonşu və yerli əhali ilə yaxşı rəftar elə ki, onlar da səninlə yaxşı rəftar etsinlər. Bil ki, sən təksən, onlar isə çoxdurlar...Birin çoxa ehtiyyacı aydındır.

Pis xasiyyətli adamlardan və pis xasiyyətlilikdən qorx ki, o, gözəl əxlaqı korlayar, çünki bədməcaz adam özü özündən incik olduğu halda, xalqdan nə gözləyə bilər? 

Abbasqulu Ağa Bakıxanov





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 6)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.