Naxçıvanda önəmli arxeoloji tapıntı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Naxçıvanda önəmli arxeoloji tapıntı
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Naxçıvanda önəmli arxeoloji tapıntı

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Naxçıvanda önəmli arxeoloji tapıntı
 
 
Müəllif: Zehra | 17 Avqust 2010 | 12715 dəfə oxunub
http://zeka.az/800-naxgdvanda-gnjmli-arxeoloji-tapdntd.html

Naxçıvanda önəmli arxeoloji tapıntı

 Azərbaycan və ABŞ arxeoloqları e.ə. II minilliyin sonlarına aid Xocalı-Gədəbəy mədəniyyət nümunələri aşkar ediblər.

“Oğlanqalada tapılan nümunələrin heç birinin Urmiya, Van gölü, Göycə gölü ətrafındakı abidələrlə əlaqəsi yoxdur. Bu nümunələr tam yerlidir”. Bu sözləri APA-ya açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor rəhbəri, tarix elmləri namizədi, Şərur arxeoloji ekspedisiyasının rəisi Səfər Aşurov Oğlanqalada aşkar edilən nümunələrin Midiya dövlətinə məxsus olması barədə İran mətbuatının yaydığı məlumatlara aydınlıq gətirərkən deyib.

 Onun sözlərinə görə, Naxçıvanın Şərur rayonu ərazisindəki Oğlanqala abidəsində AMEA-nın Naxçıvan bölməsi, Arxeologiya və Etnoqrafiya İnstitutu və ABŞ-ın Pensilvaniya Universitetinin üç il əvvəl başladığı birgə tədqiqat bu il də davam etdirilib. Bu il qazıntılar əsasən, Oğlanqalanın Narınqala hissəsində aparılıb: “Artıq Narınqalanın demək olar ki, 50% hissəsi açılıb. Burada eramızdan əvvəl (e.ə.) 8-ci əsrdən başlayaraq, e.ə 2-1-ci əsrə qədər olan maddi-mədəniyyət abidələri tapılıb. Narınqalada böyük sarayın qalıqları da aşkarlanıb. Bu ilki tədqiqatlar nəticəsində Narınqalanın ətraf divarları tamamilə təmizlənib. Yəni, Narınqalanın tam bərpası mümkün olub. Bu il Oğlanqalanın bürcündə də qazıntılar aparılıb. Vaxtilə bu qalada iki yarım dairəvi bürc olub. Bu bürclərin biri dağılıb, digəri isə tam salamat qalıb. Həmin bürc hissədə qazıntılar davam etdirildi. Ən böyük uğur da o olub ki, həmin bürc hissədə qazıntı zamanı e.ə. II minilliyin sonlarına aid maddi-mədəniyyət abidələri tapılıb. Bu abidələr Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Bu da bilavasitə Xocalı-Gədəbəy mədəniyyətinin Naxçıvanla əlaqələrini sübut edir”.

 ”Əvvəlki illərdə biz Oğlanqalanın tarixini e.ə. 8-ci əsrə aid edirdiksə, artıq Xocalı-Gədəbəy mədəniyyətinə aid nümunənin tapılması sübut edir ki, qalada məskunlaşma e.ə. II minilliyin sonlarına aiddir. Bu, Oğlanqalada məskunlaşmanın ilkin mərhələsidir. Amma şəhər kimi formalaşma e.ə. 8-ci əsrdən başlayıb”.

 Erməni saytlarında Oğlanqalanın Urartu abidəsi olması ilə bağlı da yalan məlumatların yayıldığını deyən tarixçi bu faktı təkzib edib: “Qalada Urartu ilə bağlı keramika məmulatları tapılıb ki, onlar da gətirilmədir. Buradan tapılan nümunələrin 99%-i yerlidir, heç bir gətirilmə əlaməti yoxdur. Buna görə də ilkin olaraq belə qərara gəlmişik ki, Oğlanqala Şərur düzündə güсlü bir tayfa ittifaqının böyük mərkəzi olub. Bu mərkəz elə güclü olub ki, Urartuya qarşı dura bilib. Yəni urartuluların Naxçıvana keçməsinin qarşısı bilavasitə Oğlanqala vasitəsilə alınıb. Ona görə də Naxçıvan ərazisinə urartulular heç vaxt keçə bilməyiblər. Urartuların isə, ümumiyyətlə, erməni olması barədə faktlar yoxdur. Bu gün bütün dünya elm aləmi Urartunun ermənilərlə heç bir əlaqəsinin olmadığını təsdiq edir”.

 Oğlanqalanın son dövrünün Atropatena dövləti ilə bağlı olduğunu nəzərə çatdıran S. Aşurov deyib ki, Oğlanqalada Midiya dövrünə aid nümunələr tapılsa da, Manna dövrünə aid nümunələr üstünlük təşkil edir. Ekspedisiya rəisinin sözlərinə görə, institut hər il abidələrin dəqiq tarixlərini müəyyən etmək üçün radio-karbon analizlər aparır. Bu il də Oğlanqalada aşkar edilmiş müəyyən nümunələr analizlər üçün ABŞ-a göndərilib.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.