Dostluq həqiqətən insanlara hərarət bəxş edir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Dostluq həqiqətən insanlara hərarət bəxş edir
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Dostluq həqiqətən insanlara hərarət bəxş edir

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Dostluq həqiqətən insanlara hərarət bəxş edir
 
 
Müəllif: Zaur | 18 Avqust 2010 | 12764 dəfə oxunub
http://zeka.az/804-dostluq-hjqiqjtjn-insanlara-hjrarjt-bjxe-edir.html

Dostluq həqiqətən insanlara hərarət bəxş edir

 Londonda çıxan “Sandi Meyl” qəzetinin yazdığına görə, Amsterdam Azad Universitetinin bir qrup alimi tədqiqatlar zamanı “dostluq insana hərarət bəxş edir” el məsəlinin həqiqiliyini təsdiq etmişdir.

 Onların apardıqları eksperimentlər sübuta yetirmişdir ki, özünə sirdaş sandığı şəxsin 60 santimetr yaxınlığında insanın canına istilik məlhəm kimi yayılır və onun bədəninin hərarəti 2 dərəcə artır. Münasibətləri alınmayan adamın yaxınlığında isə o, üşüyür və buna mütənasib olaraq bədəninin hərarəti aşağı düşür. AzərTAc

 Qurani-Kərim buyurur:

 Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (Bəqərə surəsi, 257-ci ayə)

Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz). (Ali-İmran surəsi, 28-ci ayə)

 Allahın müqəddəs kitabı Quran bizləri daim yaxşı olan şeylərə doğru səsləyir, biz isə bunu Quranın təbiri ilə desək ya heç düşünmürük, ya da bu gün əldə etdiyimiz gecikmiş kəşflər sayəsində nəhayət ki, anlayırıq.

Hazırladı Zaur

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: haqq (16 Oktyabr 2010 04:16)



Qrup: İstifadəçi
Tarix: 15.10.2010
DOSTLUQ VƏ VƏFANIN ŞƏRTLƏRİ

Dostluqda dost ilə bir ol, səmimi!
Bir qabıq içində cüt ləpə kimi.
Dostluq din yolunda olmasa, gerçək,
Ona əmin olmaz heç zaman ürək.
Bir fərq görünərsə dost arasında,
İkiüzlülük var arada onda.
Bu işdə yar olmaq, dost olmaq gərək!
Yarsız iş aşmayır dünyada, gerçək.
Nə qədər bir qəsdin, bir təmənnan var,
İnanma yar olsun onda sənə yar.
Nə qədər öz arzun dalınca getsən,
Qeyrə yox, özünə yar olarsan sən.
Dosta öyüdlər ver, öyüd al ondan,
Ona irad tutma, ancaq heç zaman.
Şəhərin şöhrəti olan bu dostlar,
Məhəbbət yolundan düşmüşlər kənar.
Onlar qırxmaq üçün dostluq edirlər.
Çörəkçün, aş üçün əldən gedirlər.
Dar gündə səninlə gec dost olarlar,
Dost olar, tezcə də doyarlar, aşkar.
Onlar var dostudur, alsalar əgər,
Səni məhv edərlər, qəm də çəkməzlər.
Dirəmin olarsa, dostun olacaq,
Bu yolla dirəmi səndən alacaq.
Yem versən, gözləri olacaq səndə,
Hirslənib coşacaq yem verməyəndə.
Dostluq e`tibardan, vəfadan törər,
Nə dostluq e`tibar olmasa əgər!?
Bu məcazi dostlar sənə, aşikar,
Həqiqi sirlərin üzünü açar.
Bu dostluqda möhkəm olmasa hər kəs,
O, dostluq yolunda bir yana getməz.
Zahirin, batinin düz olsun gərək,
Əhdi pozmayasan ta axıradək.
Bəndəlik eyləyib ələst günü sən,
Dost verən qədəhi götürüb içsən,
Könlündən nə keçsə o dostdan kənar,
Bundan sonra tanrın elə o, olar.
İlk əhdə vəfadar olasan gərək,
Sonra çalışasan sərf edib əmək.
Ta ona verdiyin o və`dəni sən,
Çalışıb yerinə düz yetirəsən.
Bu əhdə sən vəfa etməsən, düzü,
Səfa qibləsinə çevirmə üzü.
“Ey insan vəfa et əhdə” dedi haqq,
İnsan eşitmədi bu sözü ancaq.
Kim əhdi pozdusa, eşitsin bunu:
“Qapıya döşədi itlər qolunu”.
İt vəfa yoluna düşdüsə əgər,
Bəl`amda dəridən xirqə geyinər.
Vəfada it atdan yaranmış üstün,
Atdan şöhrətlidir o, bax bununçün.
Vəfasız bir itdir hünərsiz insan,
O, həmqədəh olmaz humayla bir an.
Vəfaya cüt olan təmiz adamlar
Vəfanı ismətdən üstün tutarlar.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: müqəlid (5 Dekabr 2010 16:20)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
gözəl şerdir
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.