Günümüzün məktəblisi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Günümüzün məktəblisi
 
 » İstirahət » Lətifələr » Günümüzün məktəblisi

     
 
İstirahət » Lətifələr: Günümüzün məktəblisi
 
 
Müəllif: Muslim | 23 Sentyabr 2009 | 12603 dəfə oxunub
http://zeka.az/81-l601tif601l601r-rubrikas305.html

 

alt

Valideyn uşağının oxuduğu məktəbə baş çəkib, onun dərsi ilə maraqlanır. Müəllimdən belə soruşur: Oğlum dərs oxumaqda irəliləyiş etmişdir ya yox?

Müəllim: Bəli, çox yaxşı irəlləyiş etmişdir. İlin əvvəlində sinifin axırında otururdu, iki aydan sonra divarın küncündə dayandı, indi də sinifdən çöldə, dəhlizdə durur!

Sentyabr ayı bir çox ölkələrdə tədris ili ilə bağlıdır. Uşaqların çoxu səbrsizlıklə məktəbə getməyi gözləyir, valideynlər uşaqlarına məktəb ləvazimatı alır, tətilə çıxmış  məktəblər yenidən fəaliyyətə başlayır və hər məktəbdə yeni dərs ili münasibəti ilə tədbirlər keçirilir.

Amma bu ayda yuxarıda sadaladığımız amillərdən ən mühümü uşağın necə dərs oxuması məsələsidir. Əlbəttə ki, bu çox geniş bir fürsət tələb edir. Yəni, uşağın yaxşı dərs oxuması məktəb ləvazimatından və başqa şeylərdən çox valideyni narahat etməlidir. Bu dəfəki bəhsimizdə o mühüm amillərdən birinə lətifəmizdə işarə etmişik. Valideynlər uşaqlarının dərs oxuması ilə tez-tez maraqlanmalıdırlar. Təkcə hər gün “gündəliyi” yoxlamaqla kifayətlənməməlidirlər. Tez-tez məktəbə baş çəkib, müəllimdən uşağının necə dərs oxuması və məktəbdə necə davranması haqqında məlumat almalı və övladı ilə bağlı məsləhətlər almalıdır. Əks halda lətifədə olduğu kimi gecikərsə, imtahan vaxtları, ya sadəcə ilin sonunda baş çəkərsə yuxarıda yazıldığı şəraitlə üzləşəcəkdir. Bəzi müəllimlər humanistlik edib, belə uşaqların valideynlərini  şəxsən özləri məktəbə çağırır və uşağının dərs şəraiti ilə onları məlumatlandırırlar. Valideynlər bundan narahat olmamalı, əksinə buna sevinməlidirlər, çünki uşaqlarının gələcəyində müəllimlərin çox böyük rolu var. Valideynlər bu nöqtəyə çox diqqət etməlidirlər.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.