Pakistanda vəziyyət dözülməz həddə çatıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Pakistanda vəziyyət dözülməz həddə çatıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Pakistanda vəziyyət dözülməz həddə çatıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Pakistanda vəziyyət dözülməz həddə çatıb
 
 
Müəllif: Carchi | 19 Avqust 2010 | 12195 dəfə oxunub
http://zeka.az/812-pakistanda-vjziyyjt-dgzglmjz-hjddj-gatdb.html

Pakistanda vəziyyət dözülməz həddə çatıb

Əhali isə humanitar yardımların azlığından şikayətlənir

Pakistanda daşqınlardan ziyan çəkmiş yerli əhali hökuməti onlara az yardım göstərməkdə ittiham edir. Yerli hökümətin daşqınlar zamanı qətiyyətlilik göstərməməsi əhali arasında narazılığa səbəb olub.

Ölkədə vəziyyətin acınacaqlı həddə çatması ilə əlaqədar ötən həftə BMT Pakistana 459 milyon dollar məbləğində yardım edilməsi üçün dünya ölkələrinə müraciət edib.

Pakistanda fəaliyyət göstərən yardım qrupları çatdırılan yardımın çox az olduğunu bildiriblər. ABŞ-ın Karaçidəki baş konsulu Villiam Martin isə yardımın vaxtında çatdırılması üçün daha çox helikopterin lazım olduğunu deyib.

“Hazırda Peleliu gəmisindən bir hərbi hava təyyarəsi uçuş əməliyyatlarının həyata keçirilməsi, daşqının nəticələrinin aradan qaldırılması və zərər dəymiş regionlara yardım çatdırılması üçün Pakistan ərazisində fəaliyyət göstərir. Digər ABŞ təyyarələri isə Pakistana yardım çatdırmaqla məşğuldurlar”, - deyə Martin bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələri rəsmisi admiral Sinkler Harris isə Pakistanda dağıntıların miqyasının olduqca böyük olduğunu deyib. Pakistanın əsas metereoloqları bildiriblər ki, daşqınlar ən çox böyük şəhərlərə doğru istiqamətlənib. Bu ərəfədə Böyük Britaniyanın Beynəlxalq İnkişaf üzrə dövlət katibi Endryü Mitçel daşqınlar nəticəsində baş verən dağıntıların miqyasını öz gözləri ilə görmək üçün Paksitanda olub. Endryü Mitçel Pir Sabaq kəndinə gedərək burada təbii fəlakətdən əziyyət çəkən insanlarla görüşüb. Britaniya rəsmisi Paksitan baş naziri Yusif Rza Gilani və digər rəsmilərlə görüşərək, ölkəsinin Pakitstana yardımı məsələsini müzakirə edəcəyini bildirib. O, Pakistanın yenidən qurulması üçün beynəlxalq ictimaiyyətin bir araya gələməsinin vacibliyini vurğulayıb.

Bu ərəfədə Dünya Ərzaq Proqramının sözcüsü Markus Prayr da Pakistanda sel nəticəsində zərər çəkən insanlara daha çox yardımların edilməsinə çağırıb: “Biz indiyədək çağırışımıza uyğun olaraq 164 milyon dollardan 32 milyon yarımını almışıq və avqustun sonlarına-sentyabrın əvvəllərinə kimi ərzaq təminatımız var. Bizim həqiqətən də ərzaq almaq, onları ehtiyacı olan adamlara çatdırmaq və təminatın dayanmayacağına əmin olmaq üçün ianələrə ehtiyacımız var”.

Prayr Pakistanda vəziyyətin daşqınların yeni ərazilərə genişlənməsi ilə daha da mürəkkəbləşdiyini deyib. Dünya Ərzaq Proqramı sözcüsü bildirib ki, onun təmsil etdiyi təşkilat hesablamaları nəzərdən keçirmək və lazım olan ərazilərə getmək üçün hazırdır.

Öz növbəsində Pakistan rəsmiləri bildirirlər ki, 3 həftə əvvəl başlayan daşqınlar 10 minlərlə kəndin su altında qalmasına, 1500 nəfərin həlak olmasına və 20 milyon əhalinin ziyan görməsinə səbəb olub.  \ans\

Xatırladaq ki, ölkənin şimal-qərb hissəsində infrastrukturun çox hissəsinin dağılması ilə müşayiət olunan daşqınlar sonradan ölkənin cənub və qərb hissələrinə istiqamətlənərək milyonlarla əhalinin evlərini tərk etməsinə səbəb olub. Bu ərəfədə Pakistan metereoloqları daşqın sularının avqust ayının sonlarına kimi çəkilməyəcəyi haqda proqnozlar veriblər.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 2
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.