Avropada olmayan tarixi sərvət Ağcabədidə tapıldı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Avropada olmayan tarixi sərvət Ağcabədidə tapıldı
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Avropada olmayan tarixi sərvət Ağcabədidə tapıldı

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Avropada olmayan tarixi sərvət Ağcabədidə tapıldı
 
 
Müəllif: Zehra | 19 Avqust 2010 | 12431 dəfə oxunub
http://zeka.az/814-avropada-olmayan-tarixi-sjrvjt-adcabjdidj-tapdldd.html

Avropada olmayan tarixi sərvət Ağcabədidə tapıldı

Almaniyalı mütəxəssislər qazıntı işlərini daha da genişləndiriblər

Ağcabədi rayonu ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində 7 min ildən artıq yaşı olan yaşayış məskəni aşkar edilib. Qazıntı işləri rayonun Qaradolaq kəndi yaxınlığında Kamiltəpə adlanan ərazidə aparılır. Qeyd edək ki, ötən ilin yayında başlanan tədqiqat işlərinə Almaniyanın Arxeologiya İnstitutunun əməkdaşı doktor Barbara Helvinq başçılıq edir. Ekspedisiyanın tərkibində Azərbaycan və Almaniyalı elm adamları ilə yanaşı dünyanın 8 ölkəsindən 20-yə qədər mütəxəssis var.

 Xatırladaq ki, ötən il aparılan qazıntılar zamanı ərazidə 1 ədəd çiy kərpicdən tikilən bina aşkar olunub. Araşdırma zamanı məlum olub ki, bu binadan insanlar kütləvi tədbirlərdə, dini ayinlərdə istifadə edib. Ekspedisiyanın rəhbəri alman arexeoloq Barbara Helvinqin sözlərinə görə, abidədən götürülən torpaq və digər nümunlərin analizi buranın dəqiq yaşını müəyyənləşdirməyə imkan verib. Buna görə də qazıntıların miqyası genişləndirilib.

 “Radiokarbon nümunələrin analizlərinin nəticələrini aldıq, artıq dəqiq tarixini bilirik, e.ə. 5450-ci il. Yeni bir şey, indi Kamiltəpənin yerini, landşaftını anlamaq üçün daha geniş bir proqram başladıq. Əvvəl sistemli bir şəkildə 1 km radiusda səth araşdırması apardıq. Anladıq ki, Kamiltəpənin ətrafında Neolit dövrünə aid kiçik abidələr var. İndiyə qədər 10 dənə belə abidə müəyyən etdik”,-deyə alman mütəxəssis bildirib.

 Nəticədə məlum olub ki, e.ə 6-cı minillikdə bu ərazidə gur həyat mövcud olub. Üstəlik buradakı mədəniyyət İran və Xəzər ətarfındakı mədəniyyətlərlə də sıx əlaqəlidir. Almaniyalı arxeoloqun sözlərinə görə, Kamiltəpədə aşkar olunan tarixi abidə həm qədimliyi, həm də miqyasına görə Azərbaycandakı analoqlarından fərqlənir.

 Qeyd edək ki, sistemli şəkildə aparılan araşdırma zamanı bölgənin 7 min əvvəlki iqlimi, bitki və heyvanat aləmi də araşdırılır. Arxeoloqların əsas məqsədi bölgədə mədəniyyətin yaranmasını, inkişafını və hansı səbəblə süquta uğradığını öyrənməkdir.

 Almaniyalı alim onu da bildirib ki, aşkar olunan tarixi abidələrdən və ərazinin təbiətindən düzgün istifadə etməklə bölgədə turizmi inkişaf etdirmək olar. Anoloji abidələrin avropada olmadığını deyən alimin sözlərinə görə, təbliğ olunduğu təqdirdə tarixi tapıntı avropalıların marağına səbəb olacaq.

 “Sizin arxeoligiya fərqlidir. Sizdə olan abidələr Avropada yoxdur. Bizdəki abidələr Neolit dövrünə aiddir. Əsasən taxtadan hazırlanıb, buna görə də, gözlə görüləsi bir şey yoxdur. Ancaq sizdə fərqlidir, maraq doğurur. Əgər buraya yol çəkilsə, turist gələ bilsə, o zaman onun üstünü dam ortüyü ilə örtməklə hər kəsə göstərmək olar. Ağcabədidə xarici turistlərin marağına səbəb ola biləcək müxtəlif şeylər var. Biri Ağgöl, oradakı quşlar, bizdə belə bir şey yoxdur. İkincisi də bu abidə. Bu ikisinin bir potensialı var, bunun üzərində turizmi inkişaf etdirmək olar”,-deyə Barbara Helvinq bildirib.

 Qeyd edək ki, Kamiltəpə haqqında indiyə qədər Almaniyada elmi konfranslarda məruzələr edilib və məqalələr çap olunub. Buradakı tədqiqat işləri sentyabrın ortalarında başa çatacaq və gələn il yenidən davam etdiriləcək.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.