Ramil Səfərov Mübariz İbrahimovun atasına zəng edib » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Ramil Səfərov Mübariz İbrahimovun atasına zəng edib
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Ramil Səfərov Mübariz İbrahimovun atasına zəng edib

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Ramil Səfərov Mübariz İbrahimovun atasına zəng edib
 
 
Müəllif: Carchi | 20 Avqust 2010 | 13031 dəfə oxunub
http://zeka.az/819-ramil-sjfjrov-mgbariz-dbrahimovun-atasdna-zjng-edib.html

Ramil Səfərov Mübariz İbrahimovun atasına zəng edib

Həbsdəki zabitimizin atası: "Ramil Mübarizgilə iki dəfə zəng edib, atası ilə danışıb"

“Ramil ermənilərin Mübariz İbrahimovun meyitini qaytarıb-qaytarmadığını tez-tez soruşur”.  Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan ordusunun baş leytenantı Ramil Səfərovun atası Sahib Səfərov belə deyib. Azərbaycan ordusunun giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən düşməni ağır itkilərə məruz qoyaraq qəhrəmancasına həlak olub. Həmin il iyulun 22-də şəhid gizir Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Atası Ramil Səfərovun səhhətində heç bir problem olmadığını, həftədə bir dəfə ailəsi ilə telefonla əlaqə saxladığını bildirib: “Günləri sayır, danışanda bir-birimizə ürək-dirək veririk. Deyir mətbuatı, ölkədə baş verənləri mümkün qədər izləməyə çalışıram. Yəqin ki, Azərbaycanın Macarıstandakı səfirliyi ona qəzet, jurnal göndərir. Azərbaycandakı bütün proseslərdən xəbərdardır, proseslər haqda informasiyası genişdir. Ermənilərin Milli Qəhrəman Mübariz İbrahimovun meyitini qaytarıb-qaytarmadığını tez-tez soruşur. Buna görə çox narahatdır. Ramil Mübarizgilə iki dəfə zəng edib, atası ilə danışıb ”.

2004-cü il fevralın 19-da Azərbaycan ordusunun zabiti Ramil Səfərov NATO-nun Macarıstanda keçirilən təlimləri zamanı erməni zabit Qurgen Markaryanı öldürüb. 2006-cı il aprelin 13-də Budapeşt məhkəməsi onu 30 il müddətinə əfv olunmaq hüququ olmamaqla ömürlük həbsə məhkum edib.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.