Ruhi sakitliyin yaranmasında Allaha inamın təsiri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Ruhi sakitliyin yaranmasında Allaha inamın təsiri
 
 » Din » Əqidə » Ruhi sakitliyin yaranmasında Allaha inamın təsiri

     
 
Din » Əqidə: Ruhi sakitliyin yaranmasında Allaha inamın təsiri
 
 
Müəllif: Zaur | 24 Sentyabr 2009 | 12576 dəfə oxunub
http://zeka.az/82-ruhi-sakitliyin-yaranmas305nda-allaha-inam305n.html

 
alt

Hikmətli Allaha və axirət dünyasına etiqad ruhi sarsıntıların və narahatçılıqların yüngülləşməsində təsirə malikdir. Allaha iman iztirab yaradan amilləri təsirsizləşdirir və ya onları kökündən qoparıb atır. Çünki əxlaq qaydaları öz həyatverici təlimləri ilə sarsıntı amillərindən biri olan hirs, tamah, şöhrətpərəstlik və mal toplamaq kimi hissləri insanda normal (orta) bir həddə salır, düzgün şəkildə formalaşdırıb öz nəfsini qorumağa, ehtiramlı tutmağa, pəhrizkarlığa və xeyrə dəvət edir. Böyük mükafat, çətin cəzalar təyin etməklə hirs və tamahı cilovlayır, insanın rahatlığını alan dünyaya sonsuz bağlılığın qarşısını alır və insana layiq mənəvi dəyişkənliyi onun ruhunda vücuda gətirir. Xüsusilə İslam ayinləri insanı dünyaya çox bağlanmaqdan çəkindirir, dünya və yaşayış vasitələrini həyatın bir vasitəsi elan edib dünyanı hədəf seçməkdən uzaqlqşdırır. Beləliklə, dünya və maddiyyata tam bağlanmağın yeni iztirab və ruhi sarsıntı yaradan amillərindən birinin xoşa gəlməz təsirini aradan götürür.

İnsan mehriban və hikmətli Allaha bəslədiyi etiqad sayəsində və Allahın öz bəndələrinin məsləhət və pisliyini daha yaxşı bildiyini düşünərək, baş verən müsibət, bəla və fəlakətlərin xoşa gəlməz təsirlərini özündən uzaqlaşdıra bilər, çünki Allaha inanan kəs bilir ki, onun başına gələnlər hikmətli və mehriban Allahın təqdiridir və onun bütün işləri məsləhət üzrədir. Xüsusilə də diqqətli olduqda, hər bir müsibətə səbr etməyin böyük mükafatı olduğunu anlayır. (Sözsüz ki, ilahi təqdirə inanmaq heç də o mənada deyil ki, ictimai pozğunluqlar müqabilində susub oturaq və müxtəlif ədalətsizliklərə “təqdir müqabilində səbr etmək “ adı ilə dözək. Əksinə, müsibət dedikdə insanın öz əlində olmayan, onun fəaliyyəti dairəsindən xaric olan işlər nəzərdə tutulur. Məsələn: zəlzələlər, sel və daşqınlar, əzizlərin ölümü və uzaqgörənlikdən kənar qalan digər narahat edici hadisələr).

Din, məad və qiyamət gününə etiqad sayəsində insan həyatını ölümdən sonra da davamlı etmiş və ölümü əbədiyyətin darvazası bilmişdir. Bununla da insanın maddi həyatına təravət bağışlamış və həyatı qocaların, uşaqların və fəaliyyətin itirmişlərin gözündə şirinləşdirmişdir. Onlara digər aləmin varlığı ümidini verərərək, yoxluq, fanilik və qəm qübarını çöhrələrindən silmiş; nigarançılıq, sarsıntı yaradan üçüncü amili də ortadan götürmüşdür.

Alimlərin deyimləri

Bu deyilənlər bir çox alim və psixoloqların təsdiqlədiyi həqiqətdir. Məsələn, Vilyam Ceyms deyir:

 “Məzhəbə inancı olan şəxs təşviş və həyəcanlardan  uzaq olar”.

Deyl Karngi belə yazır:

 “Əgər insanlar məzhəb və məzhəbi dualarda pünhan olan rahatlığın ardınca getsəydilər, bu intihar və dəliliklərin bir çoxu baş verməzdi”.

Başqa bir alim isə belə deyir:

 “Din və məzhəb insana həyatda xatircəmlik və ruhi pənahgah bağışlayır”.

Qurani-Məcid qısa bir cümlədə bu həqiqəti belə bəyan edir:

”O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə iman tapmışdır!”

(Rəd surəsi, 28-ci ayə)

       Bilin ki, ürəklər Allahı yad etməklə aram olar. Allahı yad etmək ruhi rahatlığın mayəsidir.
 




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 2
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.