Azərbaycanda narkomanların 16-17 faizi gəncdir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda narkomanların 16-17 faizi gəncdir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda narkomanların 16-17 faizi gəncdir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycanda narkomanların 16-17 faizi gəncdir
 
 
Müəllif: Carchi | 20 Avqust 2010 | 12256 dəfə oxunub
http://zeka.az/821-azjrbaycanda-narkomanlardn-16-17-faizi-gjncdir.html

Azərbaycanda narkomanların 16-17 faizi gəncdir

İntiqam Babayev: "Əsas hədəfimiz odur ki, gənc bu həddə gəlib çatmasın"

Azərbaycanda narkomanların 16-17 faizi gəncdir. Bu rəqəmi Gənclər və İdman Nazirliyi açıqlayıb. Nazir müavini İntiqam Babayevin sözlərinə görə, ümumbəşəri bəla olan narkomanlığın inkişafının qarşısını almaq üçün gənclərin asudə vaxtının səmərəli təşkil olunmasıyla bağlı tədbirlər həyata keçirilir.

“Hazırda ölkədə narkomanların 16-17 faizini gənclər təşkil edir. Bu rəsmi statistikadır. Hər bir ölkədə beynəlxalq ekspertlərin dediyinə görə, rəsmi statistika ilə real vəziyyət ola bilsin ki, üst-üstə düşməsin. Bu gün digər rəqəmləri söyləmək üçün bizim əlimizdə heç bir əsas yoxdur. Hesab edirəm ki, ölkədə gəncləri 16-17 faizinin narkoman olması da böyük problemdir. Bizim əsas hədəfimiz odur ki, gənc o həddə gəlib çatmasın. Yəni, narkoman olmasın, cinayətkar olmasın. Ondan sonra onun reabilitasiya olunması daha çətindir, daha çox məsrəf aparan məsələdir. Hesab edirəm ki, biz dövlət gənclər siyasətinə yönəlmiş vəsaiti məhz bu sahəyə yönəltməliyik. Çalışmalıyıq ki, gənclərimiz sağlam olsun, onlar öz asudə vaxtlarını səmərəli keçirtsinlər”, -deyə İntiqam Babayev vurğulayıb.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.