Ağdamda yeni arxeoloji materiallar aşkar edilmişdir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Ağdamda yeni arxeoloji materiallar aşkar edilmişdir
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Ağdamda yeni arxeoloji materiallar aşkar edilmişdir

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Ağdamda yeni arxeoloji materiallar aşkar edilmişdir
 
 
Müəllif: Zehra | 20 Avqust 2010 | 12604 dəfə oxunub
http://zeka.az/823-addamda-yeni-arxeoloji-materiallar-aekar-edilmiedir.html

Ağdamda yeni arxeoloji materiallar aşkar edilmişdir

 Ağdam rayonu ərazisində aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanmışdır. Bu materiallar ermənilərin ərazi iddialarının əsassız olduğunu, Aran və Dağlıq Qarabağ ərazilərində tarixən eyni mədəniyyətin daşıyıcılarının yaşadığını bir daha təsdiq edir.

 AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ ekspedisiyasının rəhbəri professor Hidayət Cəfərov bildirmişdir ki, Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda e.ə. XII-XI əsrlərə aid daha bir neçə torpaq qəbir aşkar edilmişdir. Heç bir yerüstü əlamətə malik olmayan qəbirlər qadına, kişiyə və yeniyetməyə məxsusdur. Ölülər sol və ya sağ yanı üstə bükülü vəziyyətdə, ayaqları dizdən qatlanmış halda, başları əsasən qərbə olmaqla dəfn olunmuşlar. Aşkar olunmuş qadın qəbri daha maraqlıdır. Onun sümüklərinin ümumi ölçüsü 190 santimetrdən çoxdur. Yanında müxtəlif tipli keramika nümunələri, boynunda 600-ə yaxın müxtəlif ölçülü, üçbucaq, uzunsov, piramida, silindir və s. formada muncuqlar, qulaqlarında tuncdan sırğalar, sırğanın içərisində əqiq muncuq, biləyində lentvarı, üstü bəzəkli bilərzik, barmaqlarında isə tuncdan üzüklər vardır.

 Qəbirlərdən birində 10-a qədər saxsı qab, digərində isə müxtəlif qablar və dəmir xəncər tiyəsi tapılmışdır. E.ə. XII-XI əsrlərə aid qəbirdə dəmir alətin çıxması mühüm tapıntıdır.

Xocalı-Gədəbəy mədəniyyətinə aid bu tapıntılar qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin inkişafını təsdiqləyir. Keramikanın müxtəlifliyi, su saxlamaq üçün qablar, ağızları gülvari əyilmiş qablar, nehrə və onun miniatürü, nehrənin ağzına qoyulan tıxac, muncuqlar sənətkarlığın inkişafından, saxsı qabların üzərindəki nəbati, həndəsi naxışlar insanların dünyagörüşündən xəbər verir.

 Professor Hidayət Cəfərov deyir ki, Qarabağ bölgəsində Azərbaycan arxeoloqlarının səyi ilə paleolit, eneolit, tunc, dəmir dövrlərinə, habelə antik və orta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq dünya elmi ictimaiyyətinə çatdırılmışdır. Bütün bunlar ərazidə yaşayışın davamlı olaraq mövcud olmasını göstərir. Qarabağda aparılan arxeoloji qazıntılar həm qədim tariximizin öyrənilməsi baxımından, həm də Qarabağ tarixini özününküləşdirməyə çalışan ermənilərə cavab baxımından əhəmiyyətlidir.

Hazırda cəbhə bölgəsindəki arxeoloji abidələrin yoxlanılması və yeni abidələrin aşkar edilməsi məqsədi ilə Ağdam rayonunun Əhmədağalı, Zəngişalı, Qaradağlı, Sarıcalı, Evoğlu, Əfətli və sair kəndlərində kəşfiyyat işləri aparılır. “Palıdlı” nekropolu ilə yanaşı, digər ərazilərdə də aparılan tədqiqatlar Qarabağın zəngin tarixinə yeni töhfələr verəcəkdir.

"Azərbaycan" qəzeti, 20 avqust 2010-cu il





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 9
Robot: 4
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.