Elmin maliyyələşdirilməsi üçün elan » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Elmin maliyyələşdirilməsi üçün elan
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Elmin maliyyələşdirilməsi üçün elan

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Elmin maliyyələşdirilməsi üçün elan
 
 
Müəllif: Carchi | 20 Avqust 2010 | 12247 dəfə oxunub
http://zeka.az/824-elmin-maliyyjljedirilmjsi-gggn-elan.html

Elmin maliyyələşdirilməsi üçün elan

 Azərbaycanda elmin maliyyələşdirilməsi üçün elan olunan müsabiqənin qalibləri noyabrda açıqlanacaq

 Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu noyabrın 10-da elmin maliyyələşdirilməsi üçün elan olunan müsabiqənin qaliblərini açıqlayacaq.

 Qeyd edək ki, Fond tərəfindən müsabiqə iyunun 30-da elan olunub və təkliflər 15 sentyabr tarixinədək qəbul olunur.

 Bildirilmişdir ki, “Layihələrin qəbulu başa çatdıqdan sonra, onların ekspertizası aparılacaq. Hazırda bütün elan olunan istiqamətlər üzrə fonda layihələr daxil olur”.

 Fond elmi-tədqiqat proqramlarının, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi üçün 6 milyon 100 min manat pul ayırıb.

 Ayrılan vəsaitin 2 mln 200 mini fundamental və tətbiqi layihələrə yönələcək. 3 milyonu qurum tərəfindən pilot layihələrə, 400 mini xüsusi layihələrə, 100 mini axtarış innovasiya xarakterli elmi-tədqiqat layihələrinə yönəlib.

 Azərbaycanın qeyri-maddi mədəni irsinin tədqiqinə isə 400 min manat ayrılacaqdır.

 Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qrant müsabiqələri ildə iki dəfə elan etməyi qərara almışdır.

www.trend.az

 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.