Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq
 
 » Din » Əhkam » Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq

     
 
Əhkam, Ramazan: Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq
 
 
Müəllif: Admin | 24 İyun 2015 | 12735 dəfə oxunub
http://zeka.az/825-8-sgbh-azandna-qjdjr-cjnabjt-heyz-vj-nifas-haldnda-qalmaq.html

8. Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq

1. Əgər şəxsin boynunda cənabət, heyz, nifas qüsllərindən biri və ya bir neçəsi varsa, oruc tutacağı günün sübh azanına qədər bunların qüslünü almalıdır.

2. Əgər cünub (cinsi əlaqədə olmaq və yuaxud yatıb yuxuda möhtəlim olmaq və s. səbəblərə görə cənabət qüslünü almalı olan şəxs) qəsdən sübh azanına qədər qüsl etməsə, yaxud vəzifəsi təyəmmüm olduğu halda (vaxtın azlığına görə və s. şəxs qüsl əvəzinə təyəmmüm etməlidir) təyəmmüm etməsə orucu batildir.

3. Ramazan ayının gecəsində cünub olan şəxs yatacağı halda sübh azanına qədər oyana bilməyəcəyini bilsə, qüsl etməmiş yatmamalıdır. Əgər yatsa və sübhə qədər oyanmasa və qüsl və ya təyəmmüm etməsə orucu batildir. Orucun qəzası və kəffarəsi də ona vacibdir.

4. Ramazan ayının gecəsində cünub olan şəxs bilsə, yaxud ehtimal versə ki, yatsa sübh azanından qabaq oyanacaq və oyanandan sonra qüsl alacaq və bu niyyətlə yatıb, lakin azana qədər yuxuya qalsa orucu səhihdir (düzgündür, pozulmayıb).

5.Oruc tutan şəxs gündüz yatıb möhtəlim olsa (yuxuda məni xaric olan hal), oyanandan sonra dərhal qüsl alması vacib deyil.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.