Quran və məsum imamların “nizam dəlili”nə yönəltmələri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Quran və məsum imamların “nizam dəlili”nə yönəltmələri
 
 » Din » Əqidə » Quran və məsum imamların “nizam dəlili”nə yönəltmələri

     
 
Din » Əqidə: Quran və məsum imamların “nizam dəlili”nə yönəltmələri
 
 
Müəllif: Zaur | 21 Avqust 2010 | 12656 dəfə oxunub
http://zeka.az/828-quran-vj-mjsum-imamlardn-vnizam-djlilivnj-ygnjltmjljri.html

Quran və məsum imamların “nizam dəlili”nə yönəltmələri

Quranda bir çox ayələr vardır ki, Allahın varlığına dəlil gətirmək üsulunu bizə nizam-intizam yolu ilə öyrədir. Nümunə üçün bu ayələrdən bəzilərini gətiririk:

1. Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün gəl-gedində, insanlara fayda vermək üçün dənizdə üzən gəmilərdə, Allahın ölü yeri diriltmək və tərpənən hər canlını orada yaymaq üçün göydən yağdırdığı yağışda, yellərin hərəkətində və göylə yer arasında ram olmuş buludlarda döşünüb-anlayanlara ayələr (ibrətlər) vardır. (Bəqərə surəsi, 164-cü ayə)

 Yəni bütün bunları və bunlarda gizlənən sirləri müşahidə etməklə Allahın varlığına dəlil gətirmək olar.

2. Allah – göyləri görünən sütunları olmadan yaradan varlıqdır. Sonra ərşə dönüb müəyyən müddətədək hərəkətdə olan Günəşi və Ayı ram etdi. O, işləri səhmanlayıb, ayətləri açıqlayır ki, Allahınızın görüşünə yəqin edəsiniz. (Rəd surəsi, 2-ci ayə)

3. O, yeri genişləndirdi və orada dağlar və çaylar yerləşdirdi. Hər meyvədən cüt-cüt yaratdı. Gecəni gündüzə örtük qıldı. Bunlarda düşünənlər üçün ayətlər var. (Rəd surəsi, 3-cü ayə)

Quranda onlarla ayə oxuyuruq ki, bu ayələr dünyadakı varlıqlarda müşahidə olunan əsrarəngizlikvə nizam-intizam vasitəsilə Allahın varlığına dəlil gətirmişdir.

İmam Sadiq (Ona salam olsun) “Müfəzzəlin tovhidi” adı ilə məşhur olan geniş bir hədisdə buyurur: Ulduzlar iki qisimdir: Sabit ulduzlar – onların bir-birinə nisbətdə vəziyyətləri dəyişməz qalır və səyyar ulduzlar – bu ulduzlar bir bürcdən digər bürcə hərəkət edirlər və hərkət etdikləri xətt boyundan zərrə qədər də kənara çıxmırlar. Onların hərəkətləri də iki qisimdir:

1. Ümumi hərəkət. Bu, gecə-gündüz şərqdən qərbə olan hərəkətdir .

2. Xüsusi hrəkət – bu isə hər ulduzunözünə məxsus hərəkətidir ki, qərbdən şərqə doğru olan hərəkətdir. Eynilə dəyirman daşı üzərində olub sola doğru hərəkət edən qarışqa kimi, hansı ki, dəyirman daşı onu sağa doğru hərəkət etdirir. Beləliklə, qarışqa iki hərəkəti icra edir: biri öz iradəsi ilə – önə doğru hərəkət, digəri məcburi hərəkətdir ki, dəyirman onu dolandırır. Bəziləri sabit, bəziləri isə səyyar olan və xüsusi bir nizamla hərəkət edən bu ulduzlar hikmətli Allahın tədbirindən başqasının vasitəsi ilə mümkündürmü?!

Ardı var...

Hazırladı Zaur

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: müqəlid (23 Noyabr 2010 20:28)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
gözəl ayələrə görə sağolun
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 10
Robot: 4
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.