Həzrət Xədiceyi-Kübranın vəfat günü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » Həzrət Xədiceyi-Kübranın vəfat günü
 
 » Xəbərlər » Əlamətdar günlər » Həzrət Xədiceyi-Kübranın vəfat günü

     
 
Xəbərlər » Əlamətdar günlər: Həzrət Xədiceyi-Kübranın vəfat günü
 
 
Müəllif: Zehra | 21 Avqust 2010 | 12721 dəfə oxunub
http://zeka.az/831-ramazan-aydndn-10-u-bgygk-islam-peydjmbjrinin-s-hjyat-yoldaed-hjzrjt-fatimjnin-sj-anasd-hjzrjt-xjdiceyi-kgbarndn-vjfat-ggngdgr.html
                                 

Möminlər anası həzrəti Xədicə

Həzrəti Xədicə besətdən 55 il qabaq təkallahlı (monoteist) ailədə dünyaya göz açmışdır. Onun atası Xuvəylid ibn Əsəd və anası Fatimə binti Zəhahədir. Həzrət Xədicə hər iki tərəfdən, həm ana, həm də ata tərəfdən Rəsulullahla qohumdur. Ata tərəfdən Xuvəylid ibn Əsəd ibni Əbdulğuzza ibn Qusayy ibn Kilab. (Kilab Rəsulullahın dördüncü babasıdır). Ana tərəfdən isə: Fatimə (Həzrət Xədicənin anası) binti Zaidət ibn Əsim ibn Rəvahət ibn Həcər ibn Əbd ibn Məğis ibn Amir ibn Luvəy ibn Ğalib. Luvəy ibn Ğalib Rəsulullahın səkkizinci babasıdır. Bəs Həzrəti Peyğəmbərlə Xanım Xədicə əmi oğlu əmi qızı olurlar.

Xanım Xədicə Peyğəmbərin dilində

1. Həzrət Peyğəmbər (s) buyurub: Dünya qadınların içində xanım Xədicədən və Məryəm İmran qızından üstün qadın yoxdur. (Kəşful ğummə c 2, s 71)

2. Keçmiş ümmətlərin ən ləyaqətli xanımı Məryəm İmran qızı və mənim ümmətimin içində Xədicədən ləyaqətli xanım yoxdur. (Səhih Buxari, c 4, s 164)

3. Peyğəmbər (s) buyurub: Dünyanın ən ləyaqətli xanımları bunlardır: Məryəm, Asya, Xədicə və Fatimə Muhəmməd qızı.

4. Allah tərəfindən məmur idim ki, Xədicənin Behiştdəki evi ilə müjdələyəm. Elə bir ev ki, orada heç bir çətinlik yoxdur (Kəşful ğumma, c 2, s 71)

5. Bir gün Peyğəmbərin xanımları arasında xanım Xədicədən söz düşdü. Peyğəmbər onların bəhsini eşidəndə mübarək gözləri yaşardı. Ayişə Peyğəmbərin bu halını görüb dedi: Niyə ölüb getmiş qoca arvad üçün ağlayırsan? Peyğəmbər bu sözdən daha da narahat olub dedi: Siz kafir olanda, o möminə idi. Siz məni yalançı hesab edəndə, o məni əmin bilirdi. O mənim üçün dünyanın ən ləyaqətli övladlarını dünyaya gətirib, siz isə sonsuzsunuz (Kəşful ğumma, c 2, s 72)

6. Bir gün xanım Xədicənin bacısı Halə Mədinəyə Peyğəmbərin görüşünə gəlmişdi. Peyğəmbər onu görüb kədərləndi. Xədicəli günləri xatırlayıb ağladı. Halə gedəndən sonra Ayişə üzünü Rəsulullaha tutub dedi: Niyə özünü o qoca arvad üçün bu qədər kədərləndirirsən, Allah taala ondan da yaxşısını sənə nəsib edib. Peyğəmbər bu sözdən narahat olub dedi: And olsun bizi yaradana ki, ondan yaxşısı mənə rast gəlməyib. O elə bir vaxt mənə iman gətirib ki, hamı məni yalançı sayırdı. Elə bir vaxtda mal dövlətini mənim ixtiyarımda qoydu ki, heç kəs mənə heç nə satmırdı (Qamusul rical, c 10, s 432)

7. Ayişə deyir: Hər vaxt Peyğəmbər qoyun kəsərdi, Xədicənin də dostalrına göndərərdi (Riyaheyn əşəriğə, c 2, s 206)

İkincisi: Xanım Xədicənin Allah yanında olan məqamı idi ki, Allah taala onu Rəsuluna layiq bilmişdir. Xanım Xədicə İslam dinindən öncə cahil ərəblərin içində səxavəti, mürüvvəti və insani əməlləri ilə müəyyən ləqəblərə layiq görülmüşdü. O cümlədən Qureyşin Tahirəsi, Kubra, Qureyş xanımlarının seyyidəsi və s... Mübarək qədəmlərini ilk dəfə olaraq İslam dininə basanda isə dünya qadınlarının seyyidəsi oldu.(Əl istiğab, c 4, s 373 və Təbəqatul kübra, c 1, s 131) Bundan başqa tarixçilər daim onu öz qələmlərində xoş əxlaq, insaflı, səxavətli kimi xatiırlamışlar.

Xanım Xədicənin Allah və onun Rəsulunun yanındakı məqamı

1. Tarix bizə göstərir ki, xanım Xədicə İslam dininə ilk iman gətirib. Allah taalanın əmr etdiyi dinə onun rəsulundan sonra ikinci baş əyib.

2. Allah taala cənab Cəbraildən dəfələrlə xanım Xədicəyə salam göndərmişdir.(Möcəmul kubra, c 33, s 17)

3. Allahın Rəsulu dəfələrlə onun məqamının Allah yanında uca olmasından söz açıb və buyurub: Behişt qadınlarının sərvəri bu dörd qadındır: Məryəm İmran qızı, Fatimə Məhəmməd qızı, Xədicə Xuvəyld qızı, Asya Məzahim qızı (Fironun xanımı) (Müsnədi Əhməd, c 1, s 316)

4. Xanım Xədicənin evindən həzrət Peyğəmbər ilk dəfə meraca getmişdi.(Nəhcul bəlağə, 192-ci xütbə) Xanım Xədicənin evindən iki mühüm tarixi şəxsiyyət parlamışdı: Fatimə(s) və Əli(ə). Bu iki şəxsiyyəti İslam tarixi gözləri yaşlı halda qiyamət gününə kimi yaşadacaq.

5. Xanım Xədicənin vəfat etdiyi ili Peyğəmbər amul hüzn adlandırmışdır. Bu adı digər xanımları vəfat edəndə onlar üçün zikr etməmişdir. Elə bir vaxt olmazdı ki, peyğəmbər onu xatırlayanda gözləri yaşla dolmasın.

Əziz oxucular, tarixin bu səhifələrindən bizə məlum olur ki, böyük İslam peyğəmbəri, həzrət Məhəmməd (s) xanım Xədicə ilə yalnız və yalnız bir səbəbdən ailə qurub. Bu da yalnız xanım Xədicənin məqamı və İslam peyğəmbərinə layiq olması idi. Əgər o zaman xanım Xədicə olmasaydı, ikinci bir məqam sahibi yox idi ki, həzrət Peyğəmbər onunla evlənsin.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.