Cəlilabadda nadir insan qəbri aşkarlanıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Cəlilabadda nadir insan qəbri aşkarlanıb
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Cəlilabadda nadir insan qəbri aşkarlanıb

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Cəlilabadda nadir insan qəbri aşkarlanıb
 
 
Müəllif: Elirza | 22 Avqust 2010 | 12947 dəfə oxunub
http://zeka.az/836-cjlilabadda-nadir-insan-qjbri-aekarlandb.html

Cəlilabadda nadir insan qəbri aşkarlanıb

 Cəlilabad ərazisində yeni arxeoloji nümunələr tapılıb. Hazırda alimlər yeni tapıntılar üzərində iş aparır.

Cəlilabadın dağətəyi zonasında yerləşən Xanəgah kəndi ərazisindəki Xudu Tənəsi adlanan ərazidə aparılan arxeoloji qazıntı zamanı nadir insan qəbri aşkar olunub. Qazıntını həyata keçirən Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyasının rəisi Abuzər Ələkbərov bu qəbrin tunc dövrünə aid olduğunu deyir. Cəlilabad rayonunu Azərbaycanın ən qədim tarixi yaşayış məskənlərindən biri hesab edən arxeoloq qəbirdən çıxan keramika qalıqları və maddi mədəniyyət gümbəzlərinə əsasən bu abidənin 5-6 min il bundan əvvələ aid olduğunu demək olar.

 Qeyd edək ki, indiyə qədər rayon ərazisində onlarla küp qəbirlər aşkar olunub. Lakin yeni qazıntı bir sıra orijinal keyfiyyəti ilə seçilir. Bu qəbirin içərisindən 4 kiçik həcmli saxsı küp çıxıb və həmin qəbirdə dəfn olunmuş insanın meyitinin hissələrə bölünərək bu küplərin içərisinə yığıldığı müəyyənləşib. Tarixçi alim bunun yeni bir elmi kəşf olduğunu söyləyir.

Qəbirin içərisindən çıxan silah qalıqları və skelet qalıqları dəfn olunanın boynunun 2 metrə yaxın olmasından xəbər verir. Arxeoloq Abuzər Ələkbərov bildirir ki, Xudu Təpəsi ciddi elmi araşdırma tələb edir. Onun sözlərinə görə, 4 hektardan artıq sahəsi olan bu yaşayış mərkəzində tarixin dörd dövründə - antik, tunc, dəmir və orta əsrlərdə yaşayış olub və burada həyat son dövrlərə qədər davam edib. Arxeoloq onu da bildirir ki, ilin sonuna kimi Cəlilabadın arxeoloji abidələrini əks etdirən elmi araşdırmalar və arxeoloji xəritədən ibarət monoqrfiya çap olunacaq. Bu yeni tapıntı da orada öz əksini tapacaq.

ans tv





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.