Əbu Reyhan Biruni » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Əbu Reyhan Biruni
 
 » Elm və mədəniyyət » Dahilər » Əbu Reyhan Biruni

     
 
Elm və mədəniyyət » Dahilər: Əbu Reyhan Biruni
 
 
Müəllif: Zaur | 25 Sentyabr 2009 | 13879 dəfə oxunub
http://zeka.az/84-399bu-reyhan-biruni.html
alt

 

Əbu Reyhan Məhəmməd ibn Əhməd Biruni əl-Xarəzmi tarix, etnoqrafiya, coğrafiya, təbiətşunaslıq, riyaziyyat, astronomiya, fizika, mineralogiya və digər sahələrə aid 150-dən çox əsərin müəllifidir. Biruninin bizə çatmış iri həcimli əsəri “Keçmiş nəsillərdən qalan izlər” xronologiyasıdır. 1973-cü ildə YUNESKO-nun qərarı ilə Biruninin min illik yubileyi keçirilmişdir.

Astranomiya elmində əvəzsiz iz qoymuş Biruni 973-cü ildə Türküstanın Xivə (bir məlumata görə Kət, başqa məlumatda isə Qəznə) şəhərində anadan olmuşdur. O ömrünün ilk illərini Xarəzmidə keçirmişdi, özünün bilik və bacarıq nəticəsində gənc yaşlarında başqalarından fərqləndiyindən Xarəzmşahlar sarayında olan elm adamlarının diqqətindən yayınmamış, dövlətin diplomatik fəaliyyətinə rəhbərlik etmişdir. Dövrün məşhur şəxslərindən hesab edilən Əmir Əbu Nəsir Mənsur gənc Biruninin parlaq zəkasının və aktivliyinin şahidi olduqdan sonra onu öz himayəsinə götürərək İbn-Sina, Samət Əl-Həkim kimi dahi alimlərin ona dərs verməsinə və onların dostlaşmasına səbəb olmuşdur. Sonra bir neçə il Gürçanda Qabus ibn Vəşmgirin sarayında yaşamışdır və “Keçmiş nəsillərdən qalan izlər” kitabını bu hökmdara həsr etmişdir.

Qəznəli Mahmud Hindistanı özünə tabe etdikdən sonra Biruni oraya getmiş, burada elmlə məşğul olmaq üçün ilk növbədə sankskritcə öyrənməyi qarşısına məqsəd qoymuş və qısa müddətdə istəyinə nail olmuşdur. Bundan sonra Biruni elmi araşdırmalar aparır, həndəsə, triqonometriya, astronomiya və coğrafiya sahəsində böyük uğurlar qazanır, hətta tibb sahəsində də fəaliyyət göstərirdi.

Elmdə müəyyən nailiyyətlər əldə etmək üçün alimlər yeni-yeni kəşflər edirdilər. Bu sahədə Biruninin də öz dəsti xətti olmuşdur. O, metalların xüsusi çəkilərini özünəməxsus üsullarla ölçmüşdür. Lakin onun ən böyük nailiyyəti astronomiya sahəsində olmuşdur. Belə ki, yaratdığı teleskopun diametri o zaman üçün ağılagəlməz ölçüdə - 7,5 metr olmuşdur.

Təqribən on əsr bundan əvvəl yaşamış Biruninin elmdə qazandığı nailliyyətlər bu gün də öz dəyərini itirməmişdir. Fikir verin, indi Pakistan ərazisində olan Nəndənə qalasında apardığı tədqiqatlar nəticəsində Biruni müəyyən etmişdir ki, Yer kürəsinin diametri 6338,8 kilometrdir. Bu gün dəqiq və həssas cihazlarla işləyən astronomlar Yer kürəsi ekvatorunun radiusunun diametrinin 6378,160 kilometr olduğunu sübut etmişlər. O dövrlə müqayisədə Biruninin nə qədər dəqiq ölçülər apardığını təsəvvür edirsinizmi?!

Tarixdə ilk astronomiya ensiklopediyasını da Birunu yaratmışdır. Yer kürəsinin öz oxu ətrafında və Günəş ətrafında fırlanmasını Biruni Kopernikdən 500 il əvvəl elmi yolla sübuta yetirmişdir. Kopernikin  əsərinin meydana çıxmasından əvvəl yaranan bu ideyanı inkvizisiya dövrünün düşüncəsinə, dərrakəsinə görə Qərb dünyası qəbul etməmiş və bu ideyaya tərəfdar çıxanlar olmaz əzab-əziyyətlərə məruz qalmışlar. Bütün bunlara baxmayaraq Qərb aləmi yüzilliklər ərzində Biruninin kəşflərindən onun ideyalarından, ümumiyyətlə, müsəlman alimlərinin elmə gətirdikləri yeniliklərdən istifadə etmək məcburiyyətində qalmışlar. Məhz bunun nəticəsidir ki, keçən əsrin ikinci yarısında Ayda görünən kraterlərdən birinə Biruninin adı verilmişdir. Buradaca qeyd etmək yerinə düşər ki, Ay xəritəsində daha iki müsəlman aliminin – Nəsirəddin Tusi və Uluq bəyin adları da vardır.

Elm teşnəsi

Ömrü 77 yaşa çatmış bir qoca yataqda xəstə halda, həyatının son anlarını yaşayırdı. Bədəni zəifləmiş, vücud çırağı isə sönmək üzrə idi. Yaxınları yaşlı gözlərlə onun halını nigarançılıqla seyr edirdilər. Nəfəs çəkməsi artıq tövşəməyə çevrilmişdi, alim və fəqih dostu Əbul-Həsən Əli ibn İsa kədərlə onun yatağına yanaşıb əlini nəvazişlə onun başına və üzünə çəkirdi.

Xəstə qoca qırıq-qırıq kəlmələrlə öz alim dostundan soruşdu:

-Bir vaxt mənə “hesab ciddat fasid”dən demişdin, bir də təkrar et, görüm necə idi?

-Ey əziz dostum! Belə xəstə və zəif halında bu sualın nə lüzumu vardır?

Xəstə narazı halda cavab verdi:

-Ey kişi! Bu ikisindən hansı yaxşıdır-bu məsələni bilib ölməyim, ya cahil halda vəfat etməyim?

Fəqih Əbul-Həsən Əli ibn İsa o məsələni yenidən açıqladı və yerindən qalxıb xəstə dostunu tərk etdi. O, bir neçə addım aralanmışdı ki, evdən şivən səsləri yüksəldi, tələsik    geri gayıtdı. Xəstə qoca artıq dünyasını tərk etmişdi. Hətta ölüm yatağında da elm susamışı olan bu şəxs Əbu Reyhan Biruni idi.

SULTAN MAHMUD VƏ BİRUNİ

Birunı Qəznədə olanda sultan Mahmudun hüzuruna gəldi. Sultanın ətrafındakılar ona dedilər: “Əbu Reyhan  nücüm elmində elə dərəcəyə çatıb ki, ona heç nə qaranlıq deyil.” 

Sultan Mahmud dedi: “Hər şeyə agah olan yalnız Allahdır.” 

Biruni dedı: “Əgər sultanın şübhəsi varsa, gizli fəzilət və bacarığı üzə çıxarmaq üçün imtahan etsin.” 

Sultan qəzəblə dedi: ”Ürəyimdə olan bir fikri tap və de görüm, mən bu qəsrin hansı qapısından çıxacam.” 

O sarayın 12 qapısı var idi. Biruni üstürlab (astronomik cihaz) götürüb, məsələni orada məlum edib cavabı tapdı və onu kağıza yazıb dedi: ”Cavabı tapdım və kağıza yazdım.”

Sultan əmr etdi, qəsrin qarşıdakı divarını uçurtdular və oradan bayıra çıxdı.  

Sonra qayıdıb Birunidən kağızı göturüb oxudu. O yazmışdı: “Sultan heç bir qapıdan çıxmayacaq, qarşı divarın yarığından çıxacaq.”

Sultan bunu oxuduqda daha da qəzəbləndi və Birunini imarətin üstündən yerə atmağı əmr etdi. Sultanın vəzirlərindən biri onun çox qəzəbləndiyini görüb bildı ki, heç kimin şəfaətini qəbul etməyəcəkdir. Buna görə də gizlicə göstəriş verdi ki, imarətin aşağısına pambıq və sair yumşaq şeylər töksünlər ki, Biruninin yerə atsalar o sağ- salamat qalsın.

Bir neçə gündən sonra Sultan Mahmud öz gördüyü işə peşiman oldu.

Vəzir dedi: “Əgər sultan zaman versə Birunini hüzuruna gətirərəm.”

Sultan cavab verdı:”Məgər onu damdan aşağı atmadınız?”

Vəzir dedi: Biz bildik ki, siz çox əsəbləşibsiniz və şəfaəti qəbul etməyəcəksiniz. Çarəni bunda gördük ki, imarətin aşağısına pambıq tökək. Həm sizin əmriniz yerinə yetirilsin,  həm də alim insan biçarə yerdə məhv olmasın.

Sultan bu işdən razı qaldı  və göstəriş verdi ki, Birunini onun hüzuruna gətirsinlər.

Əbu Reyhan Biruni Sultanın hüzuruna gəldi.

 Sultan dedi: ”Əgər istəyirsən Sultan səndən razı qalsın, gərək onun sözünə uyğun söz danışasan, öz elminə müvafiq yox.” Sonra Birunidən üzr istədi.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.