Bir stəkan... zəhər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Bir stəkan... zəhər
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Bir stəkan... zəhər

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Bir stəkan... zəhər
 
 
Müəllif: Admin | 23 Avqust 2010 | 12591 dəfə oxunub
http://zeka.az/843-bir-stjkan-zjhjr.html

Bir stəkan... zəhər

Qazlı-şəkərli içkilər nədən insanı kökəldir? Türkiyə mediasında bu suala cavab verən məqalə dərc olunub. Heç demə, özümüzün və övladlarımızın sevə-sevə içdiyi kola tipli içkilər tam bir fəlakət törədicisidir.

www.yibilgi.com saytındakı xəbərə görə, professor Canan Karatay qazlı-şəkərli içkilərin insan orqanizminə təsirini öyrənib və analizlərinin nəticəsini dərc etdirib. Həmin nəticələr aşağıdakılardan ibarətdir:

1. Bu içkiləri içəndən sonra ilk 10 dəqiqədə qanınıza dərhal 10 çay qaşığı miqdarında şəkər daxil olur. Bu normal günlük dozanın 100 qatı qədərdir. Ürək bulanmasının qarşısını alan isə içkinin içindəki fosfor qarışıqlarıdır.

2. İlk 20 dəqiqədə qan şəkəri ifrata yüksəlir. Bunun nəticəsində qan damarlarında hədsiz halda insulin yığılır və qan şəkərinin artığı qara ciyərdə yağ olaraq yığılmağa başlayır.

3. 40 dəqiqə içində kofeinin tamamı dövriyyəyə girir. Qan təzyiqi yüksəlir, qara ciyərdən daha çox şəkər əmələ gələrək qana keçir və qan şəkəri təkrar yüksəlir.

4. 45 dəqiqə içində beyində dopamin artır, məstlik hissi başlayır (heroinin təsirinə bənzər bir effekt meydana gəlir).

5. 60 dəqiqə içində ani aclıq hissi oyanır.

6. Təkrar kolaya və şirniyyata meyl yaranır.

7. Bu proses davam etdiyi zaman qara ciyər və göbək piylənməsi artır, vücudun bütün hüceyrələrində LEPTİN və İNSÜLİN DİRƏNCİ əmələ gəlir.

8. Bu, kökəlmə xəstəliyinin başlanması deməkdir və bütün degenerativ xəstəliklərin səbəbidir.

Beləliklə, aydın olur ki, biz qazlı-şəkərli sular içərkən saysız  xəstəlikləri satın almış oluruq.

Bəlkə də bir gün gələcək, Səhiyyə Nazirliyi tütün məmulatlarının üzərində istehlakçılara etdiyi xəbərdarlıq kimi qazlı-şəkərli içkilərin də üzərinə "Bunu içmək sizin sağlamlığınız üçün zərərlidir" xəbərdarlığı yazdıracaq





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zeyneb (27 Avqust 2010 23:37)



Qrup: Jurnalist
Tarix: 29.10.2009
onsuz her seyin ziyani var da
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 2
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.