Delfinlər planetimizin ən intellektual məxluqlarıdır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Delfinlər planetimizin ən intellektual məxluqlarıdır
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Delfinlər planetimizin ən intellektual məxluqlarıdır

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Delfinlər planetimizin ən intellektual məxluqlarıdır
 
 
Müəllif: Carchi | 24 Avqust 2010 | 12910 dəfə oxunub
http://zeka.az/848-delfinljr-planetimizin-jn-intellektual-mjxluqlardddr.html

Delfinlər planetimizin ən intellektual məxluqlarıdır

 Bioloqlarının sonuncu tədqiqatları sensasiya doğurmuşdur. Sən demə, delfinlər planetimizin ən intellektual məxluqlarıdır.

Pensilvaniya Universiteti alimləri uzun müddət delfinlərin dilini öyrənərək həqiqətən valehedici nəticələr əldə etmişlər. Məlumdur ki, delfinlərin burun kanalında səs siqnalları nəfəs alarkən yaranır. Müəyyən olunmuşdur ki, dəniz məməliləri 60 baza siqnalından, 5 qarışıq siqnaldan istifadə edirlər. Delfinlər 1012 sözdən ibarət “lüğət” yaratmağa qadirdir, onların fəal “vokabulasına” (əzbər öyrənmək üçün tərcümə edilmiş xarici söz) 14 minədək siqnal daxildir. Müqayisə üçün deyək ki, insanın orta lüğət ehtiyatı elə bu qədər sözdən ibarətdir. Gündəlik həyatda isə insanlar adətən 800-1000 sözlə kifayətlənirlər.

 Delfinin siqnalını dilimizə çevirdikdə o, ayrıca götürülmüş sözdən çox heroqlifi xatırladır. Delfinlərin mürəkkəbliyinə görə bəşəri dildən üstün olan dili həqiqətən əsl sensasiyadır.

Alimlər delfinlərin mürəkkəb məlumat mübadiləsi apardıqlarını sübuta yetirmək üçün silsilə eksperimentlər aparmışlar. Məsələn, delfinə qonşu volyerdəki həmcinsinin yerinə yetirməli olacağı bir tapşırıq verilmişdir. Delfin volyerin o tayındakına nə etməli olduğunu, yəni qırmızı üçbucağı götürüb insana verməyi başa salır. Hər iki delfinə balıq hədiyyə edilir. Halbuki onların mükafat naminə deyil, yaradıcılıq prosesi ilə maraqlandıqları üçün çalışdıqları aydın idi. Delfinlər üzərində minədək təcrübə aparan tədqiqatçılar tapşırıqların şərtlərini daim dəyişsələr də, onlar səhvə yol verməmişlər. Bu isə o deməkdir ki, bu məməlilər ətrafda baş verənləri gözəl anlayır və ətraf aləmə insanlar kimi bələd olmağa çalışırlar.

 Bioloqları daha bir fakt heyrətləndirmişdir: delfinlər eksperimenti və onun təşkilatçılarını idarə etməyə müvəffəq olmuşlar. Yaradıcılıq axtarışında olan delfinlər tapşırıqları mürəkkəbləşdirməyi təklif etmişlər. Alimlər bir də ayılıb görmüşlər ki, rollar dəyişmiş və əslində özləri delfinlərin eksperiment modelinə çevrilmişlər.AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.