Ailə qurmanın hədəf və təsirləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Ailə qurmanın hədəf və təsirləri
 
 » Sağlamlıq » Psixologiya » Ailə qurmanın hədəf və təsirləri

     
 
Sağlamlıq » Psixologiya: Ailə qurmanın hədəf və təsirləri
 
 
Müəllif: Zaur | 26 Sentyabr 2009 | 13574 dəfə oxunub
http://zeka.az/85-ail601-qurman305n-h601d601f-v601-t601sirl601ri.html
alt
 

Tarixin bütün mərhələlərində ailə qurmağın bəşər həyatının müxtəlif sahələrində danılmaz təsirləri olmuşdur. Bu rubrikamızda şəxslərin həyatında ailənin psixoloji təsirlərini araşdıracağıq:

1. Cinsi ehtiyacların təmin edilməsi: Cinsi ehtiraslar insan vücudunun mühüm bir sahəsidir. Həm öz, həm də qarşı tərəfin cinsi ehtiraslarını anlayıb təsdiqləmək birinci məsələlərdəndir, çünki bu sahəyə diqqətsizlik göstərmək çöx ciddi problemlər törədə bilər. Psixologiya fəlsəfəsində insandakı qüvvələrdən birini şəhvət qüvvəsi adlandırırlar. Şəhvət qüvvəsinin bir hissəsi cinsi ehtiyacları əhatə edir (yəni, yemək, içmək, cinsi istəklər və s. hamısı şəhvət qüvvəsinə aiddir). Bir neçə il bundan öncəyə, yəni Freyd və onun kimi düşünən digər psixoloqlara qədər bir çox ölkə cəmiyyətləri içərisində cinsi məsələlər  “mədəni toxunulmazlıq“ hesab edilirdi. Məsələn, şagirdlər arasında aparılan sorğu-sual onların öz valideynlərindən cinsi məsələlərə dair məsləhət ala bilmədiklərini göstərmişdir, çünki valideynlər bu məsələlərlə bağlı suallarla üzləşdikdə çox əsəbiləşir və öz övladlarını tərbiyəsizlikdə ittiham edirlər. Bəzən isə bu sualla təhqir olunduqlarını hiss edib yalan cavablar verir və ya özlərini bu haqda tam təcrübəsiz və heç bir məlumatı olmayan şəxs kimi göstərirlər.  Bu addımı atmaqla valideynin hədəfi uşağı qorumaq olsa da cinsi məsələləri sirli, rəmzi şəkilə salmaqla onları gələcəkdə problemlərlə qarşı-qarşıya qoyurlar...

Düzgün cinsi münasibətlərin haram və ya qadağan olunması şəxsin digər fərdlərlə münasibətində və öz duyğularında problemlər yaratmasına səbəb ola bilər. Freyd kimi bəzi şəxslər cinsi məsələlərdə daha da irəli gedərək şəxslərdəki xarakter dəyişkənliyinin və psixoloji irəliləyişin əsasını cinsi ehtiraslara bağlamışdır. Bir çox tənqidçilər Freydin cinsi ehtiraslara dair baxışının ifrat, yəni mübaliğəli şəkildə olduğunu bildirirlər. Lakin ümumi şəkildə cinsi məsələlərin əhəmiyyəti və insanların münasibətlərindəki təsiredici rolu danılmazdır. Belə ki, bu sahəyə göstərilən diqqətsizlik – bir çox psixoloji problemlərin yaranma mənşəyinə çevrilə bilər. Bu müqəddiməyə əsaslanaraq, dinimizin də bu məsələlərə dair nəzərlərini araşdıracağıq. İslam, dinimizin təlimləri insanın təbiətinə uyğun şəkildə qurulmuş və insanın bütün fizioloji, psixoloji ehtiyaclarına diqqət göstərmişdir. Cinsi ehtiyaclara da toxunmuş və Quranın bir çox ayələrində bu məsələyə aid incə nöqtələri bəyan etmişdir. Quranda gerçək sevgi və cinsi yaxınlıq həyatın yaraşığı kimi qiymətləndirilmişdir (Ali-İmran surəsi (3), 14-cü ayə). İslam Peyğəmbəri (s) bu haqda belə buyurur:

“Mən sizin dünyanızda üç şeyi sevdim: ətiri, qadını və gözümün nuru olan namazı”.

İslam dinini digər dinlərdən fərqləndirən cəhətlərdən biri də budur ki, bəzi dinlər çox vaxt cinsi əlaqə məsələsinə mənfi yöndən yanaşırlar, lakin İslam dini qanuni yolla olan cinsi əlaqəyə müsbət qiymət verir.

2. Ruhi sakitlik: Ailə qurarkən qarşıda duran hədəflərdən biri də ər-arvadın mehriban münasibətləri və yaxın əlaqələri sayəsində ruhi sakitliklərinin təmin edilməsidir. Quran müxtəlif ayələrdə bu məsələni belə çatdırır:

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, sevgi (dostluq) və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.” ( “Rum” surəsi (30), 21-ci ayə).

 “Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət edib sakit, rahat olmaq üçün özündən zövcəsini yaradan Odur!” (“Əraf” surəsi (7), 189-cu ayə).

Bu ayələrdə təfsirçilərin ən çox diqqət etdiyi məsələlərdən biri də ər-arvadın oxşarlığıdır, çünki bu oxşarlıq onlardakı ruhi sakitliyi yaradan əsas amildir. İkinci ərin arvad, arvadın isə ər üçün mükəmməl olmasıdır. Belə ki, bədən quruluşu, hormonlar və ər-arvadın psixologiyası - onların bir-birini cəzb etməsinə və aralarında ünsiyyət yaranmasına səbəb olur. Qadınla kişi həyatın bütün mərhələlərində, ən çox da cavanlıqda həssas olub ixtilaf və çəkişmələrlə üzləşir və buna dözməyə çalışırlar. Bu da onlarda aramsızlığın yaranmasına gətirib çıxarır. Belə aramsızlıqların təskinləşdiricisi kimi Allah, ər-arvad əlaqəsini diqqət mərkəzinə çəkir. Sözsüz ki, bu əlaqə ailə qurmağın sayəsində gerçəkləşir. Demək olar ki, ən yaxın və ən mehriban münasibət ər-arvad arasında mövcud olur. Onların bir-birinə bəslədikləri qarşılıqlı məhəbbət nəticəsində hər ikisində də sakitlik, ruhi rahatlıq yaranır və bu ruhi sakitlik iztirabların, nigarançılıqların azalmasında öz əvəzsiz təsirini göstərir.

Bu günki dünyada cinsi əlaqələr qanuni evlənmə çərçivəsindən kənara çıxmışdır. Lakin yalnız evlənmə sayəsində mümkün olan qarşılıqlı məhəbbət olduqca əhəmiyyət kəsb edir. Ömür-gün yoldaşına məhəbbət bəsləmək, sanki, həyatın zəruriyyətidir. Həyat təcrübələrində bir-birinin dərdinə şərik olmaq və bir-birinin dediyini qəbul etmək mühümdür.

Ər-arvad arasında rabitənin nə qədər təsirə malik olduğu bu rabitəyə zərbə dəydiyində daha da aydın müşahidə olunur. İnsanda stres yaradan şiddətli hadisələr içərisində ailənin dağılması nəticəsində yaranan stres daha dəhşətli olur. Belə ki, həyat yoldaşının ölümü 100%, boşanma 73%, həyat yoldaşından uzunmüddət ayrı qalmaq 65%, cinsi problemlər 39%, ailə münaqişəsi ilə yaranan əsaslı dəyişkənlik 35% öz ardınca ciddi problemlər gətirir. Bu göstərici həyatın digər problemləri ilə müqayisədə daha yüksəkdir. Çətinlik zamanı ən yaxşı yollardan biri qadınla kişi arasında razılaşmanın mövcudluğudur və ictimaı məsələlərin nizama salınmasında da ər-arvad bir-birinə ən yaxşı dəstək ola bilər. Quran ər-arvad münasibətlərini libasla müqayisə edib deyir ki, “siz bir-birinizə örtüksünüz”. Libas insanın eyb yerlərini örtdüyü kimi ər-arvad da bir-birinin eyblərini örtməlidir, libas insanı soyuqdan qoruduğu kimi ər-arvad da çətinlik zamanı bir-birini qorumalıdır.

3. Şəxsiyyətin inkişaf və təkamülü: Ailə qurmağın mühüm təsirlərindən biri də ər-arvadın mənəvi kamilliyə çatması və şəxsiyyətlərinin püxtələşməsidir. Dini övliyalar buyururlar ki, insanlar evlənərək dini yarısını kamilliyə çatdırıb tamamlayırlar. Evli şəxsin ibadətinin dəyəri subay şəxsin ibadətinin dəyərindən üstündür. Digər tərəfdən də şəxs evlənərək öz iffət və əxlaqını daha yaxşı qoruyur. Özünü əxlaqi çirkinliklərdən və cinsi pozğunluqlardan qorumaq, nəinki şəxsin mənəviyyatının səviyyəsini yüksəldir, hətta şəxsiyyəti formalaşdırıb inkişaf etdirir. Şəxs evlənməzsə cinsi ehtiyacların təsiri nəticəsində əxlaqa zidd hərəkətlərə yol verə bilər. Bu hərəkətlər isə şəxsin özünü alçaldıb təhqir etməsilə yekunlaşar. Beləliklə, şəxsin özünü müsbət dəyərləndirməsi yolunda maneələr törənər və insanın şəxsiyyətin inkişafı uğrundakı səyləri tükənər. Bəzi insanlar ailə qurmayıb özünü əxlaqi cəhətdən qoruya bilsə də evlilikdə qazandığı mənəvi təkamülü subaylığında qazana bilməz.

4. Övladın tərbiyə olunması: Ailə qurmanın hədəflərindən biri də insan nəslinin davam etdirilməsi və gələcək cəmiyyətlər üçün şəxslərin tərbiyə olunmasıdır. Dinimiz İslam bu hədəf üzərində çox israr edərək övlad məsələsini önə çəkir və şəxslərə tövsiyə edir ki, həyat yoldaşı seçdikdə ən çox uşağın dünyaya gəlməsi məsələsinə diqqət  etsinlər. Peyğəmbərimiz də, məhz nəslin davam etdirilməsi məqsədilə insanları ailə qurmağa şövqləndirir və nəslin artması ilə iftixar etdiyini bildirirdi. Övladını düzgün və çalışqan tərbiyə edən ailələr cəmiyyətə sağlam övladlar verib onu təkmilləşdirir, əksinə, qalmaqallı və dava-dalaşlı ailələr isə cəmiyyətə problemli övladlar verib qanunların pozulmasına səbəb olurlar.

Hal-hazırkı əsrdə ailənin qurulması ilə bağlı iki əsas məsələ nəzər obyektində durur: birincisi ailənin bünövrəsini qüvvətləndirmək, ikincisi ailə üzvlərinin bir-birləri ilə əlaqələrini möhkəmləndirib islah edərək əxlaqi normaları yüksəltmək!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 2
Qonaq: 11
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.