Rusiya dini liderindən ümidverici vəd » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Rusiya dini liderindən ümidverici vəd
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Rusiya dini liderindən ümidverici vəd

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Rusiya dini liderindən ümidverici vəd
 
 
Müəllif: Admin | 25 Avqust 2010 | 12204 dəfə oxunub
http://zeka.az/853-rusiya-dini-liderindjn-gmidverici-vjd.html

Rusiya dini liderindən ümidverici vəd

 Kirill Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün əlindən gələni edəcək

 Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Rusiya paytaxtında Moskva və bütün Rusiyanın patriarxı Kirillə görüşüb. Təkbətək görüşdə Hacı Allahşükür Paşazadə meyiti erməni tərəfində qalan Azərbaycan hərbçisi, Milli qəhrəman Mübariz İbrahimovla bağlı Kirillə şəxsən yazılı müraciət təqdim edərək, meyitin qaytarılmasında ondan yardım istəyib. Kirill Şeyxülislama söz verib ki, Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün əlindən gələni edəcək.

 Təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında davam edən danışıqlarda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Bakı və Xəzəryanı bölgələrin yepiskopu Aleksandr Ata da iştirak edib. Şeyx görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycanın təşəbbüsünü dəstəklədiyinə görə patriarxa minnətdarlıq edib. Moskva və bütün Rusiyanın patriarxı Kirill də öz növbəsində Allahşükür Paşazadənin MDB məkanında oynadığı rolu və malik olduğu nüfuzu yüksək dəyərləndirib.

 Qafqaz Müsəlmanları İdarəsindən ANS-ə verilən məlumata görə, görüşdə MDB Dinlərarası Şurasının həmsədrləri olan Hacı Allahşükür Paşazadə və Kirill qurumun fəaliyyət planını da müzakirə edib. Şuranın İcraiyyə Komitəsinin yaradılması barədə qərar qəbul edilib. Bundan başqa MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasının vaxtı da dəqişləşdirilib. Gələn ilin noyabrında keçiriləcək tədbirin hələlik harada baş tutacağı bilinmir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.