BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi yaradılır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi yaradılır
 
 » Xəbərlər » Həftə içi xəbərlər » BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi yaradılır

     
 
Xəbərlər » Həftə içi xəbərlər: BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi yaradılır
 
 
Müəllif: Carchi | 25 Avqust 2010 | 12387 dəfə oxunub
http://zeka.az/855-bdu-da-ermjni-araeddrmalard-elmi-mjrkjzi-yaraddldr.html

BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi yaradılır

 Yaxın günlərdə Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Elmi Mərkəzi fəaliyyətə başlayacaq. BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova Modern.az-a bildirib ki, “Erməni məsələsi” ilə bağlı ən aktual tarixi və çağdaş problemlərin öyrənilməsi, Ermənistanda baş verən ictimai-siyasi proseslərdən Azərbaycan ictimaiyyətinin xəbərdar edilməsi, Ermənistan dövlətinin və erməni diasporasının xarici ölkələrdə Azərbaycana və Türk dünyasına qarşı apardığı ideoloyi- təxribati fəaliyyətlər, onların  qarşısının alınması tədbirlərini həyata keçirilməsi üçün belə bir mərkəzin yaradılmasına ciddi ehtiyac var.

 Qeyd edək ki, erməni saxtakarlıqlarının ifşasına həsr olunmuş tədbirlərin birində BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirmişdi ki, erməni vəhşiliklərinin və saxtakarlıqlarının miqyası o qədər genişdir ki, onları elmi müstəvidə analiz edib elmi nəticələr çıxarmağa ehtiyac vardır. Rektor BDU-da belə bir Elmi Mərkəzə ehtiyac olduğunu vurğulamış və onun yaradılmasnda və sistemli fəaliyyətində qərarlı olduqlarını da qeyd etmişdi.

 İndi bu aparıcı təhsil ocağında belə bir Mərkəzin yaradılması, şübhəsiz ki, cəmiyyətimizdə olan müəyyən boşluğu aradan qaldıracaq. Həm ölkə içində, həm də xarici ölkələrdə “erməni məsələsi” nin əsl mahiyyətini, müəyyən tarixi dövrlərdə Qərb dövlətlərinin missioner fəaliyyətlərini, Anadolu və Cənubi Qafqazda güddükləri məqsədləri, bir Ermənistan  dövləti yaratmaq planlarını və nəhayət tarixi Azərbaycan torpaqları içərisində bu planın gerçəkləşməsini elmi cəhətdən analiz edilərək bütün incəlikləri ilə araşdırılıb ortaya qoyulacaq. Mərkəzin fəaliyyəti nəticəsində erməni terrorunun xarakteri açılacaq, ermənilərin törətdikləri cinyətlərin xronologiyasi hazırlanacaq.

 Bu işi görmək üçün erməni dilini bilən araşdırmaçıları Mərkəzin ətrafında toplamaq və ümumi bir konsepsiya hazırlayaraq həyata keçirmək nəzərdə tutulub.

Yüzillər boyu  müxtəlif ölkələrdə təşkilatlanmış Erməni diasporu tərəfəndən Azərbaycana və Türkiyəyə qarşı düşünülmüş təxribatların aparılması və tarixdə baş verən hadisələrin bir qayda olaraq saxtalaşdırılması, dövlətimizə və millətimizə qarşı əsassız iddiaların irəli sürülməsi və böhtanların atılmasınin bir sistem şəklini aldığı bir dövrdə Ermənistanda və işğal altında olan Dağlıq Qarabağda baş verən hadisələrə düzgün qiymət vermək və  nəticələr çıxarmaq üçün BDU-nun Erməni Araşdırmaları Elmi-  Mərkəzini əsil elmi- strateji, sosioloji araşdırma obyektinə çevirmək  planlaşdırılır, gələcəkdə bu sahədə  çalışmaq üçün mütəxxəssis hazırlanmasına da diqqət ayrılacaq

 Bu gün Ermənistanda baş verən proseslərin öyrənilməsi və elmi cəhətdən tədqiq edilməsi də Mərkəzin əsas fəaliyyət istiqamətlərindən olacaq, bu  terrorçu dövlətin işğalçı xarakterini, təxribat və saxtakarlıqlarını istər ölkə içində, istərsə də xarici ölkələrdə keçirilən  simpozium , konfrans və digər tədbirlərdə ifşa etmək, Azərbaycanın haqlı mübarizəsində dövlətimizin mövqeyini peşəkarlıqla müdafiə etmək üçün Mərkəzə bu işin mütəxəssisləri, xüsusən erməni dilini bilən şəxslər cəlb edələcək.

 Mərkəz ermənidilli mətbuatda, internet saytlarında və TV-lərdə (Ermənistan İctimai TV, “Şant TV”, “USArmenia TV”, Yerkir- Media TV ve b.) gedən yazıları sistemləşdirəcək, bunların əsasında analitik yazılar hazırlayacaq, araşdırmalar aparacaq. Ermənilik ideologiyasının əsil  mahiyyətini , onun təxribatçı xarakterini sistemli şəkildə öyrənmək və ifşa etmək əsas məqsədlərdəndir. Mərkəzin  ayrıca saytı yaradılacaq, elmi jurnalı nəşr ediləcək,  bu mövzuda aparılan elmi tədqiqatlar, yazılan  məqalələr  müxtəlif dillərə tərcümə edilərək sayta yerləşdiriləcək  və yayılacaqdır.

BDU-nun Erməni Araşdırmaları Elmi Mərkəzinə araşdırmaçı-jurnalist Qafar Çaxmaqlı rəhbərlik edəcək. Modern.az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 1
Robot: 1
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.