Bilirsinizmi? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bilirsinizmi?
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bilirsinizmi?

     
   
 
Müəllif: Zaur | 27 Sentyabr 2009 | 15908 dəfə oxunub
http://zeka.az/86-bilirsinizmi.html
alt

Müsəlman alimlərini ən çox maraqlandıran elm sahələrindən biri də astronomiyadır. İslam ölkələrinin demək olar ki, bütün böyük şəhərlərində rəsədxanalar var idi. Bu rəsədxanalarda müsəlmanlar əsrlər boyunca elm dünyasına yol göstərmiş dəyərli kəşf və tədqiqatlar aparırdılar. Onlar Cordano Bruno (1546-1601), Kopernik (1473-1553), Qaliley (1564-1642) kimi bir çox Qərb alimləri üçün əsl ilham qaynağı oldular.

Paris İslam İnstitutunun sabiq professoru Jak Risler müsəlmanların Qərb intibahına təsiri barədə demişdir: “Müsəlman astronomları da riyaziyyatçı alimlər qədər intibahımıza təsir etmişlər”.

* Həkimlərin sultanı kimi tanınan İbn Sinanın (980-1037) tibbə bir çox yeniliklər gətirən “Əl-Qanun” adlı əsəri nəinki yalnız İslam dünyasında, həm də Avropada əsas tibb kitabı sayılmışdır. Bu əsərin “Tibbin İncili” adını qazanması, 600 il Avropa universitetlərində dərs vəsaiti kimi tədris olunması buna ən böyük sübutdur.

* Müsəlmanlar ulduzların yerləri, yüksəklikləri və aralarındakı məsafəni ölçmək üçün istifadə edilən üstürlab (astrolyabiya) adlı cihazı xeyli təkmilləşdirmiş, demək olar ki, onu yenidən yaratmışlar. Bu mövzuda ilk əsəri Maşallah (vəf.1815) yazmışdır. Zərkali (1029-1087) isə o dövr üçün ən dəqiq və əlverişli üstürlab növünü kəşf etmişdir.

* Yer kürəsinin yuvarlaq formada olub fırlandığını müsəlmanlar avropalılardan çox-çox öncə bilirdilər. Biruni Yer planetinin həm öz oxu ətrafında, həm də Günəşin ətrafında dövr etdiyini sübuta yetirmişdir. O, Hindistanın Nəndənə şəhəri yaxınlığında apardığı tədqiqatlar nəticəsində Yer kürəsi səthinin sahəsini hesabladı. Onun bu hesabat zamanı tətbiq etdiyi üsül Avropada “Biruni qaydası” adlandırıldı. 

* Hələ IX-X əsrlərdə Musa qardaşları Yer kürəsinin çevrəsinin uzunluğunu ölçmüşlər.

* Fərqaninin astronomiya sahəsindəki əsərləri Avropada 700 il ərzində dərs kitabı kimi tədris edilmişdir. Fərqani eyni zamanda Günəşin üzərindəki ləkələri də kəşf etmişdir.

* Lalaldın fikrincə, dünyanın məşhur 20 astronomundan biri sayılan Bəttaninin hazırladığı “Sabi cədvəli” adlı astronomik cədvəllər Kopernik (1473-1543) dövrünə qədər Avropada əsas mənbə hesab edilirdi. Eyni zamanda, Bəttani Günəş ilini bu günkü nəticələrə tam uyğun şəkildə (cəmi 24 saniyə xəta ilə) hesabladı.

* Hökmdar olmasına rəğmən, özünü elmə həsr etmiş Uluqbəy (1394-1499) Səmərqənddə böyük bir rəsədxanə tikdirərək, öz dövrünün ən böyük astronomu oldu.

* ”Öz əsrinin Ptolomeyi ”adını qazanmış Əli Quşçı (vəf. 1474) isə ekliptika əyrilərinin  bu günkünə çox yaxın qiymətini hesabladı (23 30* 13; müasir nəticə 23 27*-dir). Ekliptika əyrilərinin düzgün hesablamış ilk alim isə Fərqanı olmuşdur.

* Bitruçi (XIII əsr) planetlərin xarici mərkəzli dairələr boyunca hərəkəti barədə nəzəriyyəni alt-üst edərək Kopernikə yol açdı.

* Cabir bin Əflah (XII) ulduzların yerini və parlaqlıq dərəcələrini ölçən azimut bucağını avropalardan xeyli əvvəl tapdı. Alman astronomu Rejintan isə yalnız 300 ildən sonra eyni metodda buna uyğun nəticəni əldə etdi.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.