"Yol hərəkəti haqqında" qanuna dəyişiklikləri təsdiq edib » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » "Yol hərəkəti haqqında" qanuna dəyişiklikləri təsdiq edib
 
 » Xəbərlər » Həftə içi xəbərlər » "Yol hərəkəti haqqında" qanuna dəyişiklikləri təsdiq edib

     
 
Xəbərlər » Həftə içi xəbərlər: "Yol hərəkəti haqqında" qanuna dəyişiklikləri təsdiq edib
 
 
Müəllif: Carchi | 25 Avqust 2010 | 12269 dəfə oxunub
http://zeka.az/866-yol-hjrjkjti-haqqdnda-qanuna-djyieiklikljri-tjsdiq-edib.html
Bu barədə Nazirlər Kabinetindən verilən məlumatda deyilir. Dəyişikliklərə əsasən, sürücülük vəsiqəsində yeni kateqoriya yaranacaq. "A1" - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etməyə imkan verir.
Qərara əsasən, "A1" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarəetmə hüququ 16 yaşdan, "А", "В", "С" kateqoriyaları üzrə 18 yaşdan, "ВЕ" üzrə 19 yaşdan, "CE" və "D" üzrə 21 yaşdan, "DE" üzrə 24 yaşdan etibarən verilir.

Qərara əsasən, "C" və "D" kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə sürücülərin hazırlanması üçün kurslarda təhsil müddəti 3,5 aya qədər, "A" və "B" kateqoriyalı nəqliyyat vasitələrini, tramvay və trolleybusu idarə etməyə 2,5 aya qədər, "A1" kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə isə 1,5 aya qədərdir.

Bütün kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması kursları üçün təhsil müddəti 1,5 aydır. "BE" kateqoriyası üzrə ixtisasın artırılması üçün kurslarda "B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər, "CE" və ya "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək üçün isə müvafiq olaraq "C" və ya "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər iştirak edə bilərlər.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 4
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.