Həzrət İmam Həsən Müctəba » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Həzrət İmam Həsən Müctəba
 
 » Elm və mədəniyyət » Dahilər » Həzrət İmam Həsən Müctəba

     
 
Elm və mədəniyyət » Dahilər: Həzrət İmam Həsən Müctəba
 
 
Müəllif: Zehra | 26 Avqust 2010 | 12495 dəfə oxunub
http://zeka.az/868-hjzrjt-dmam-hjsjn-mgctjba-j.html
Həzrət İmam Həsən Müctəba (Ona salam olsun)

 İnsan qədir bilməz varlıqdır, əhatəsindəki xeyirxah və fədakar insanları qiymətləndirməyi bacarmır, bəzən də onları itirdikdən sonra qiymət verməyə başlayır. Hələ bu harasıdır? Elələri də var ki, qiymət verməməklə kifayətlənmir, hətta onlara qarşı sərt mövqe tutur və onların alicənablığından sui-istifadə edərək onlarla amansız davranır. Öz davranışını bilməyən bu amansız insanlar üçün qarşısındakının kim oldiğu fərq etmir, qarşısındakı adi fədakar insan və ya dahi İmam olsa da onun üçün birdir. İmamət silsiləsinin ikinci halqası İmam Həsən (Ona salam olsun) belə insanlarla çox qarşılaşdı. Yaranları satqın, xəyanətkar, düşmənləri amansız, qəddar. O isə çox səbirli, təmkinli idi. Evində qadınına belə etibar yox idi, öz qadını Onun qatili olacaqdı. Amma O Alicənab bunu bilə-bilə qadınını cəzalandırmırdı, çünki məsumlar hələ işlənməyən (gələcəkdə baş verəcək) cinayət üçün kimsəni cəzalandırmırlar. Onun yaşadığı dövrdə müsəlmanlar arasında pərakəndəlik yaratmışdılar, İmam Həsən isə müsəlmanlar arasında vəhdət və sülh yaratmaq üçün çox çırpınırdı, amma bu ümmətin qəsdən parçalanma yaradan hiyləgərləri sülh istəmirdilər. Elə buna görə də, sülh müqaviləsi imzalanar-imzalanmaz Müaviyə onu cırıb ayaqları altında tapdadı və sülhnamədəki bircə bəndə belə əməl etmədi. Qəlbi insanlara və insanlığa sönməz məhəbbətlə döyünən şəxs biri-birinin ardınca insanlardan zərbə alırdı. Bütün bunlardan sonra gərək insanlara nifrət edəydi, lakin O, nəinki nifrət etmir, əksinə, insanları islah yolunda ağılasığmaz fədakarlıqlar göstərirdi. Nəhayət, ömrünün günəşi Müaviyənin fitnəsi və qadının verdiyi bir cam zəhərlə qürub etdi. Bununla da bitmədi – mübarək cənazəsi qatıra minən Ayişə və tərəfdarlarının sayəsidə oxlandı. İnsanlara sevgidən, səxavətdən, mərhəmətdən başqa bir şey verməyən bu Uca İnsana edilən zülm bağışlana bilərmi?!

     Söz qəlbin aynasıdıar – sahibini özündə əks etdirir, söz şəxsiyyət vəsiqəsidir – ağızdan çıxar-çıxmaz sahibini tanıtdırır.  Qoy dahilərə ustad olan İmam Həsənin (Ona salam olsun) kəlmələri hər birimizin qulağına sırğa olsun:

  1. Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy!
  2. Siz qısa müddət ərzində və sayılı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir.
  3. Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər. Yaxşılıq odur ki, əvvəldən hey bu gün sabaha salınmasın və sonradan minnət qoyulmasın!
  4. Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur. Dünya və Axirət ağıl və düşüncə ilə əldə edilər.
  5. Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir. İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrət alın. Xalqla elə davran ki, səninlə o cür davranmasını istəryirsən.                                                                                                                                                                                                                                                                                     Məlumatdan istifadə etdikdə istinad zəruridir!




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: muhammed ummeti (26 İyun 2011 18:39)



Qrup: İstifadəçi
Tarix: 16.06.2011
Bismillahir Rehmanir Rehim.Allah sizden razi olsun.
ICQ: yoxdur    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 1
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.