Azərbaycanda mədrəsələr və dini təhsil... » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda mədrəsələr və dini təhsil...
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda mədrəsələr və dini təhsil...

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycanda mədrəsələr və dini təhsil...
 
 
Müəllif: Carchi | 26 Avqust 2010 | 16309 dəfə oxunub
http://zeka.az/871-azjrbaycanda-mjdrjsjljr-vj-dini-tjhsil.html

Azərbaycanda mədrəsələr və dini təhsil...

 “Dini etiqad azadlığı haqqında” Qanuna əsasən, Azərbaycanda din xadimləri və dini ixtisaslar üzrə digər kadrların hazırlanması üçün dini tədris müəssisələrini yalnız dini mərkəz və idarələr yarada bilərlər. Bütün müsəlman ölkələri kimi Azərbaycanda da dini təmayüllü təhsil verən müəssisələrdən biri mədrəsələrdir

 Mədrəsələr Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Təhsil Nazirliyinin verdiyi xüsüsi razılıq (lisenziya) əsasında fəaliyyət göstərə bilərlər. Amma Təhsil Nazirliyi lisenziya verməzdən əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi alınmalıdır. Yəni bir mədrəsənin fəliyyət göstərməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi əsasında Təhsil Nazirliyi lisenziya verə bilər. Bu barədə Modern.az-ın əməkdaşı ilə söhbətdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov bildirib.

Azərbaycanda mədrəsələrin tarixi İslam dininin ölkəmizdə yayıldığı dövrlərdən başlayır. İslamın yayıldığı bütün bölgələrində olduğu kimi, Azərbaycanda yeni dinin ehkamlarını anlatmaq və savadlandırmaq üçün məscidlər nəzdində məktəblər və mədrəsələr açılırdı.

 Orta əsrlərdə Azərbaycan bir çox şəhərlərində böyük məscidlərin nəzdində mədrəsələr fəaliyyət göstərib. Həmin mədrəsələrdə ərəb və fars dilləri, ərəb qrammatikası, məntiq, kəlam (dini doqmatika), fiqh (İslam hüququ), riyaziyyat, xəttatlıq, tarix və əbəbiyyat öyrədilirdi. Böyük mədrəsələrdə isə həm də yunan fəlsəfəsi, astrologiya, məntiq, natiqlik elmi, həndəsə, tibb, əlkimiya və bu kimi fənnlər tədris olunurdu.

 Vaxtilə Azərbaycandakı Şamaxı, Gəncə kimi iri şəhərlərindəki  böyük mədrəsələrdə imkanlı şəxslərin, ruhanilərin uşaqları oxuyurdular. Məsələn, Şamaxının «Məlhəm» mədrəsəsi məşhur elm və tədris mərkəzlərindən biri olub. Bu elm ocağının banisi görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin əmisi həkim Kafiyəddin Ömər idi. Bu mədrəsədə  tibb, anatomiya, əczaçılıq elmləri ilə yanaşı riyaziyyat, məntiq, ilahiyyat və sair fənləri də öyrənirdilər.

Keçmiş SSRİ dağılandan sonra müstəqillik əldə edən Azərbaycanda xeyli mədrəsə açılıb. Bir neçə il öncəyədək respublikamızın cənub rayonlarında - Cəlilabad və Masallıda, eləcə də Ağdaş, Göyçay, Şəkidə, həmçinin paytaxt Bakıda mədrəsələr fəaliyyət göstərib. Sayı təxminən 20-dək olan həmin dini təhsil ocaqlarının fəaliyyətində qüsurlar olduğuna və rəsmi dövlət qeydiyyatına alınmadığına görə onlar qapadılıb.

 Sonradan 3 mədrəsə - Şəbnəm qızlar mədrəsəsi, Zaqatala rayon Əliabad islam mədrəsəsi və Şəki islam mədrəsəsi dövlət qeydiyyatına alınıb və onlar 2009-cu ilin may ayınadək fəaliyyət göstəriblər. Lakin «Dini etiqad azadlığı haqqında» Qanunun 10-cu maddəsinə edilən dəyişikliklərdən sonra onların da fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Həmin qanuna edilən əlavə və dəyişikliklərdən öncə İslam Universiteti, mədrəsələr, digər dini tədris müəssisələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərə bilirdilər. Lakin «Dini etiqad azadlığı haqqında» Qanuna edilən yeni dəyişikliklərə uyğun olaraq dini tədris müəssisələri Dövlət Komitəsinin verdiyi rəy əsasında Təhsil Nazirliyindən lisenziya aldıqdan sonra fəaliyyət göstərə bilər.

Yuxarıda adları çəkilən dini tədris ocaqları sonradan qanuna müvafiq olaraq fəaliyyətlərini bərpa ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov əməkdaşımıza bildirib ki, hazırda Zaqatala rayonu Əliabad qəsəbəsində, Şəki şəhərində və Bakı şəhərində mədrəsə fəaliyyət göstərir. S.Aslanov deyib ki, bu 3 dini təmayüllü təhsil ocağından əlavə, son vaxtlar yeni mədrəsələrin açılması ilə komitəyə müraciət daxil olmayıb.

Təhsil Nazirliyinin rəsmiləri Azərbaycanda mədrəsələrin sayının artmasını hələki məqbul saymırlar. Nazirlikdən bildirilib ki, ümumtəhsil məktəbləri üçün proqram və dərslik yaradıcılığı işində müəlliflər ümumi təhsilin məzmununun zənginləşdirilməsində, onun tərbiyəedici rolunu gücləndirməkdə dini dəyərlərdən geniş istifadə edirlər.

Nazirlikdə hesab edirlər ki, ümumi təhsili başa vuranlar dini təhsil almaq arzusunda olsalar, dövlətin yaratdığı imkandan istifadə edərək, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində, Bakı İslam Universitetində və digər dini təhsil ocaqlarında təhsillərini davam etdirə bilərlər.

 Nazirlik rəsmilərinin sözlərinə görə, hazırda orta məktəblərdə tədris olunan «Oxu», «Həyat bilgisi», «Ədəbiyyat», «Azərbaycan tarixi», «Ümumi tarix», «Azərbaycan Respublikasının Konstitusiyası», «İnsan və cəmiyyət» dərsliklərində dinlərin tarixi haqqında verilən məlumatlarla yanaşı, dini dəyərlər müvafiq mövzuların məzmununa hopdurularaq, inteqrasiya edilmiş halda, elmi əsaslarla şagirdlərə çatdırılır.

Mail Ağaxanov





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (29 Avqust 2010 15:11)



Qrup: Qonaq
Tarix: --
MEDRESELERE BU GUN EHTİYAC DAHA COXDUR, AMMA MEDRESE YOXDUR
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: ismet emirhuseynov (19 May 2014 20:09)



Qrup: İstifadəçi
Tarix: 30.11.2013
hal hazirda bakida medresede oxuyan var ve gelecekde harada isleyecekler
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.