Marsın yerə yaxınlaşması təhlükə yarada bilərmi? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Marsın yerə yaxınlaşması təhlükə yarada bilərmi?
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Marsın yerə yaxınlaşması təhlükə yarada bilərmi?

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Marsın yerə yaxınlaşması təhlükə yarada bilərmi?
 
 
Müəllif: Carchi | 27 Avqust 2010 | 13482 dəfə oxunub
http://zeka.az/875-marsdn-yerj-yaxdnlaemasd-tjhlgkji-yarada-biljrmi.html

Marsın yerə yaxınlaşması təhlükə yarada bilərmi?

Fizika-riyaziyyat elmləri doktoru, astronom Rəhim İsmayılov: “Bu, gözəl təbiət hadisəsidir”

Filologiya elmləri namizədi, astroloq Firudin Qurbansoy: “Müharibə, terror, sui-qəsdlər ola bilər”

Bu gecə - avqustun 27-dən 28-nə keçən gecə dünyada baş verən nadir təbiət hadisələrindən biri müşahidə olunacaq. Mars planeti Yerə ən yaxın məsafədə, göy üzünün ən parlaq cismi olmaqla gözlə baxıldıqda qırmızımtıl sarı rəngli işıq kimi görünəcək. Planet ən uzaq məsafədəki parlaqlığından 50 qat artıq parlaq olacaq. Mütəxəssislərin bildirdiyinə görə, saat 02:30-da göyə baxanlar Mars planetini öz gözləri ilə görə biləcəklər. Belə bir hadisənin bir də 2287-ci ildə baş verəcəyi hesablanıb. Bəzi mənbələrdə isə planetin ay böyüklüyündə görünəcəyi bildirilir.

Şamaxı Rəsədxanasının əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Nəriman İsmayılovun bildirdiyinə görə, Mars planetinin Yerə yaxınlaşması və elmi müşahidələrdə daha parlaq görünməsi iki il öncə müşahidə olunub, lakin baş verən bu hadisədən sonra Yerdə hər hansı bir fəlakət müşahidə edilməyib: “İki il öncə Mars planetinin Yerə ən yaxın məsafədən keçməsi müşahidə edilsə də göründüyü kimi, Yerdə ciddi problem olmadı. Hazırda başqa bir maraqlı hadisə var ki, planetlərin əksəriyyəti Günəşdən bir istiqamətdə xətt üzrə düzülüblər. Bu, mexanikanın qanunları üzrə hərəkət edən göy cisimləridir. Bu hadisə iyul ayından başlayaraq indiki dövrə qədər davam edir. Axşamçağı günəş batan andan sonra açıq səmada göyə baxdıqda bu dəyişiklik görünür. Parlaq Venera dan ulduzu olaraq səhərlər və ya da gün batandan sonra görünür. Hazırda Günəş batan anda onun yanında digər planetlər də bir istiqamətdə görünür. Əgər turbinlə baxsanız bunu müşahidə edə bilərsiz. Buna planetlərin paradı da deyilə bilər, amma planetlərin paradı bütün planetlərin bu şəkildə düzülməsindən irəli gəlir.

Bütün bu proseslərin Yerə hər hansı fəlakət törətməsi gözlənilmir. Marsın səthində külək qalxdıqda qırmızı rəngə çalır və bunu bəzən Yer üçün baş verən fəlakət xəbərdarlığı ilə əlaqələndirənlər olur. Amma bu, sadəcə əfsanədir və heç bir elmi əsası yoxdur”.

Marsın ən parlaq göy cismi kimi görünməsi və “planetlərin paradı” hadisəsini professor “sadəcə, gözəl səma hadisəsi” adlandırdı. Lakin N.İsmayılov onu da bildirdi ki, “qırmızı planet”in ay böyüklüyündə gözlə müşahidə olunması mümkün deyil və bu hadisə bir neçə gün davam edə bilər: “Gözlə baxdıqda ulduzlardan fərqlənməyəcək,lakin çox parlaq olacaq. İri teleskopla aydan kiçik görünəcək. Planetin Yerin lap yaxınlığından keçməsi bir və ya bir neçə gün çəkə bilər, sonra öz orbiti ilə izaqlaşacaq. Bu cür hadisə hər 17 ildən bir təkrarlanır. Ən yaxındurma məsafəsi isə minlərlə illərlə hesablanır”.

Rəsədxananın digər əməkdaşı Rəhim  Zeynalov isə Mars planetinin səmada parlaq görünməsinin aylarla davam edəcəyini istisna etmədi: “Mars Günəş sistemində 4-cü planetdir. Orbiti Yer və Yupiter planetləri arasındadır. Marsın atmosferi çox seyrəkdir və onun təzyiqi yer atmosferi təzyiqindən 100 dəfə azdır. Ay və Merkuri kimi Mars da kraterlərlə örtülüdür. Bu planetdə olduqca nəhəng, ehtimal ki çoxdan sönmüş bir neçə vulkan aşkar edilib və bu bütün Günəş sistemində ən yüksək dağdır. Marsda qırmızı-narıncı rəngi süxurlar üstünlük təşkil edir İki peyki var.Yer kürəsindən adi gözlə görünür. Parlaqlığına görə yalnız Veneradan geri qalır. Marsın ekssentriteti çox böyük olub uzunsov orbitə malikdir.”.

Tanınmış astroloq Səbuhi Rəhimli də hesab edir ki, bu səma hadisəsindən sonra Yer üzündə heç bir təhlükə gözlənilmir.

Filologiya elmləri namizədi, astroloq Firudin Qurbansoy isə baş verən hadisənin fərqli izahını verdi. Onun fikrincə, Mars planetinin Yerə bu qədər yaxın məsafədə olması insanlarda döyüşkənlik ruhunu artıracaq və hətta müharibələr, terror təhlükəsi də gözlənilə bilər: “Qədim mifologiyada Mars Misirdə müharibə allahı hesab olunurdu. Bu planetin xüsusiyyətindən irəli gələrək müharibələr və terror hadisələri arta bilər. Hətta bu hadisənin  qəza hadisələri, sui-qəsdlər, insanların münsibətlərinin kəskinləşməsinə təsir etməsi mümkündür. Amma Yerdə hər hansı fiziki hadisə, təbii fəlakət-filan gözlənilmir. Sadəcə, insanlarda döyüşkənlik, cəngavərlik ruhununun artmasından ağıllı insanlar faydalı şəkildə istifadə edə bilər”.

F.Qurbansoy planetin Ay böyüklükdə görünməsi fərziyyəsinin də yanlış olduğunu bildirdi: “Mars adi gözlə Ay boyda görünsə, Yerdə heç həyat olmaz. Səmada 20 qəpiklik boyda parlaqlığı olacaq. Planetin səmada parlaq görüntüsü təxminən noyabradək davam edəcək və sonra tədricən cəkiləcək”.Musavat





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (29 Avqust 2010 15:09)



Qrup: Qonaq
Tarix: --
bu nadir hadisələr elə bizim neslimizi gözleyirdi? GÜNƏŞİN TAM TUTULMASI, AYIN ÇATLAMASI VƏ KİÇİLMƏSİ, MARSIN YERDƏN ADİ GÖZLƏ MÜŞAHİDƏ OlUNMASI?! BUNLARDA BİR SİR OLMALIDI.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 10
Robot: 4
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.