Amerika alimləri ayın ölçüsünün kiçildiyini təxmin edir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Amerika alimləri ayın ölçüsünün kiçildiyini təxmin edir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Amerika alimləri ayın ölçüsünün kiçildiyini təxmin edir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Amerika alimləri ayın ölçüsünün kiçildiyini təxmin edir
 
 
Müəllif: Carchi | 27 Avqust 2010 | 12245 dəfə oxunub
http://zeka.az/878-amerika-alimljri-aydn-gggsgngn-kigildiyini-tjxmin-etmieljr.html

Amerika alimləri ayın ölçüsünün kiçildiyini təxmin etmişlər

  “Sayens” elmi jurnalının yazığına görə, Ayın səthində sıxılma izləri aşkar edən Amerika alimləri Yerin bu peykinin ölçüsünün kiçildiyini təxmin etmişlər.

Astronomlar Ayın səthində hündürlüyü 10 metrə çatan və peykin ekvatoru boyunca bir neçə kilometr uzanan qəribə törəmələrə çoxdan diqqət yetirmişlər. Lakin indi belə törəmələr peykin digər rayonlarında da aşkar edilmişdir. Tədqiqatçılar belə qənaətə gəlmişlər ki, qəribə çatların və sınmaların yaranması Ay üçün lokal deyil, qlobal xarakter daşımışdır.

Çatlar və sınmalar Ayın mantiya və nüvəsinin soyuması nəticəsində əmələ gəlmişdir. Onların sıxılması nəticəsində Ayın xarici səthinin ölçüləri azalmışdır. Alimlər belə halları tullantıların bu yaxınlarda əmələ gəlməsinin təsdiqi saymışlar. Bu yaxınlarda dedikdə, alimlər milyard ili əhatə edən bir dövrü nəzərdə tuturlar.

 Yüksək qayalıqlar kraterlərin səthini yarıb keçir. Özü də sınmaların relyefində iri kraterlər - Ayın meteorit atəşinə tutulmasının izləri görünmür. Vəziyyətin belə olması qəribə törəmələrin nisbətən gec əmələ gəlməsi fərziyyəsini möhkəmləndirir və Ayın hələ də aktiv olduğunu göstərir. Sınmaların xarakteri peykin diametrinin cəmi 100 metr azaldığını göstərir.

Peykin sıxılmasının qorxulu olmadığını iddia edən alimlərin fikrincə, Ay yoxa çıxmayacaq, sıxılma isə planetimiz üçün əsla təhlükə törətmir.AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.