Qəlbi tapmaq və qəlbi itirmək » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Qəlbi tapmaq və qəlbi itirmək
 
 » Din » Əxlaq » Qəlbi tapmaq və qəlbi itirmək

     
 
Din » Əxlaq: Qəlbi tapmaq və qəlbi itirmək
 
 
Müəllif: Zehra | 27 Avqust 2010 | 12791 dəfə oxunub
http://zeka.az/879-qjlbi-tapmaq-vj-qjlbi-itirmjk.html

Qəlbi tapmaq və qəlbi itirmək

 Ənfal surəsi, 24-cü ayədə buyurulur: “Allah insan ilə onun qəlbi arasındadır.”

Haqq yolunun yolçuları iki dəstədirlər: Alimlər və ariflər. Alimlər o kəslərdir ki, qəlblərini tapırlar, yəni İlahi elmi mənimsəmək və ona əməl etmək onların qəlbini dirildir. Allahın Öz müqəddəs kitabı Quranda – Qaf surəsi 37-ci ayəsində buyurduğu kimi: “Şübhəsiz, bunda qəlbi (diri) olanlar üçün öyüd-nəsihət vardır.”

Sözsüz ki, hər gördüyündən və eşitdiyindən ibrət almaq hər kəsin işi deyil, bunu yalnız qəlbinin üzərində işləyənlər bacarar. Axı qəlblər də libas kimi köhnəlir, onu yalnız Allahın hikmətli kəlamları yeniləyə bilər.

 Bəs ariflər kimdir? Onlar qəlblərini sındıranlardır. Allah Özü buyurur ki, Allah insan ilə onun qəlbinin arasındadır. Bu sözdə qəribə bir rəmz var: Qəlb yoldur, dost (Allah) vətən! Vətənə çatandan sonra yol getmək nəyə gərək?!

 Başlanğıcda insan qəlbin əlindən çarəsizdir, Axirətdə isə qəlb Allahla onun arasında hicabdır – bir maneədir. Nə qədər qəlb ilə birgədir (qəlbin dediyinə tabe olur) müriddir (qəlbə müti şagirddir), qəlbsiz (qəlbin istəklərini kənara qoyduqda) isə muraddır.

Allahın buyrduğu yola – şəriət yoluna meylsiz yanaşmağı qəlbdən çıxarmasaq: “Bu sözdə öyüd-nəsihət var” – deyə bilmərik. Nəhayətdə (Axirətdə) qəlblə qalmaq ikilikdir, ikilik isə Haqdan uzaqlıq deməkdir.

 Demişlər ki, qəlb sahibləri dörd kəsdir: Birinci zahiddir, onun qəlbi şövq ilə incinmiş və dərdlənmişdir. İkinci qorxaqdır, onun qəlbi göz yaşları ilə yuyulmuşdur. Üçüncü müriddir, onun qəlbi xidmət quludur. Dördüncü aşiqdir ki, onun qəlbi Həzrət Haqqa bağlıdır.

Qəlbin pərdələri

 Zumər surəsi 22-ci ayədə buyurur:

 “Məgər Allahın sinəsini İslam üçün açdığı kəs (qəlbi zülmətdə olan kəs) kimidirmi?”

Bil ki, insanın qəlbi dörd pərdəlidir. Birinci pərdə (yəni insanlığın vahid həqiqətinin müxtəlif mərtəbələrindən biri) sinədir və sinə İslam əhdinin dayağıdır. Allahın buyurduğu kimi: “Allahın sinəsini İslam üçün açdığı kəs.”

İkinci pərdə qəlbdir, iman nurunun məkanı. Allah buyurduğu kimi: “Allah onların qəlbində imanı sabit etmişdir.” (Mücadilə, 22-ci ayə)

Üçüncü pərdə fuaddır, yəni qəlbin işıqlı nahiyəsi və İlahi müşahidələrin sarayı. Nəcm surəsi, 11-ci ayə buyurduğu kimi: “Qəlb nə gördü yalan görmədi.”

Dördüncü pərdə şəğafdır, yəni eşqin endiyi yer. Quranın Yusif surəsi 30-cu ayəsində buyurduğu kimi: “O qadın öz qulundan kam almaq istəyir! Onun məhəbbəti ürəyinin pərdəsindən qəlbinin dərinliklərinə sirayət edib.”

 Bu dörd pərdənin hər biri bir xüsusiyyətdir və Allahın onların hər birinə bir nəzəri var. Aləmlərin Rəbbi birini öz lütf kəməndi ilə Öz yoluna çəkmək istədikdə əvvəlcə onun sinəsinə nəzər salar ki, onun snəsini bidətlərdən – yalnış inanclardan, həvayi-nəfsdən təmizləsin və onun qədəmləri düzgün şəriət yolunda möhkəmlənsin. Sonra onun qəlbinə nəzər salar ki, onu dünya çirkinlikərindən, həsəd, təkəbbür, hirs, düşmənçilik, riya kimi pis əxlaqlardan təmizləsin və bəndə təqva yoluna düzəlsin.

Sonra onun fuadına – qəlbinin işıqlı nahiyəsinə nəzər salar ki, onu meyllərindən, bağlılıqlarından ayırsın. Beləliklə də elm və hikmət çeşməsini onun qəlbində açar, hidayət nurunu ona töhvə edər. Zumər surəsi, 22-ci ayədə buyurduğu kimi: “Rəbbi tərəfindən bir nura əsaslanan kəs...”

Sonra onun şəğafına (qəlb sevdasına) nəzər salar və özü də necə bir nəzər?! Elə bir nəzər ki, özü ağacdır Dostla söhbət isə onun gölgəsi! Bu nəzər qəlbin sevdasına (şəğafa) yetişdikdə onu güldən, sudan ayırıb fənalıq çöllərinə salar. Üç şey üç şeydə yox olar: Axtarmaq tapılmaqda, tanımaq tanınmışda, dostluq isə dostluqda!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (21 Sentyabr 2010 11:33)



Qrup: Qonaq
Tarix: --
men iller önce gelbimi en doğru olduguna inandıgım dini ve mesebin içinde tapdım.sagolun A.melime sizin sayenizde..
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.