Orucun kəffarəsi (cəriməsi) » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Orucun kəffarəsi (cəriməsi)
 
 » Din » Əhkam » Orucun kəffarəsi (cəriməsi)

     
 
Əhkam, Ramazan: Orucun kəffarəsi (cəriməsi)
 
 
Müəllif: Admin | 30 İyun 2015 | 12541 dəfə oxunub
http://zeka.az/880-orucun-kjffarjsi-cjrimjsi.html

Orucun kəffarəsi (cəriməsi)

1. Ramazan ayının orucunun kəffarəsi (cəriməsi) vacib olan şəxs orucu batil etdiyi hər günə görə:

a) ya iki ay oyuc tutmalı (onun 31 günü ardıcıl surətdə, qalanlarını isə öz istəyinə uyğun);

b) ya 60 fəqiri doyurmalı, yaxud onların hər birinə bir müdd (təqribən 750 qram) təam, yəni ya buğda, ya arpa və ya digər bu kimi şeylərdən verməlidir.

 Bir kəs üçün bunlar mümkün olmasa bacardığı qədər müdd fəqirlərə təam verməlidir və əgər təam verə bilməsə, tövbə etməlidir, heç olmasa bir dəfə “əstəğfirullahə” deməlidir. Vacib ehtiyat odur ki, nə vaxt imkanı olsa kəffarəni versin.

2. Əgər bir kəs orucu haram şeylə batil etsə – istər bu şey ümumiyyətlə, haram olsun (spirtli içkilər, zina və s. kimi), istərsə də müəyyən səbəblərə görə haram olsun (heyz halında olan həyat yoldaşı ilə cinsi yaxınlıq etmək kimi)  bu şəxs ehtiyat vacibə əsasən cəm kəffarəsini yerinə yetirməlidir. Yəni həm iki ay oruc tutmalı, həm 60 fəqir doyurmalıdır. Əgər hamısını yerinə yetirə bilməsə mümkün olan qədərini yerinə yetirməlidir.

3. Əgər oruc tutan şəxs gəyirdiyi vaxt ağzına bir şey gəlsə və onu qəsdən udsa orucu batildir. Qəzasını tutmalı, kəffarə də verməlidir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 1
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.