Ağcabədidə yeni arxeoloji materiallar aşkar edilib » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Ağcabədidə yeni arxeoloji materiallar aşkar edilib
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Ağcabədidə yeni arxeoloji materiallar aşkar edilib

     
 
Həftə içi xəbərlər, Tarixi abidələr: Ağcabədidə yeni arxeoloji materiallar aşkar edilib
 
 
Müəllif: Carchi | 28 Avqust 2010 | 12357 dəfə oxunub
http://zeka.az/884-adcabjdidj-yeni-arxeoloji-materiallar-aekar-edilib.html

Ağcabədidə yeni arxeoloji materiallar aşkar edilib

 Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında Qalatəpədə arxeoloji tədqiqatlar aparılır.

 Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev bildirib ki, antik Albaniya şəhəri olan, qədim mənbələrdə Enian, orta əsr mənbələrində isə Yunan adlandırılan şəhərin yerində və onun yaxınlığındakı nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı yeni tarixi materiallar aşkarlanıb.

Şəhər yerində hündürlüyü 6 metrə yaxın çiy kərpicdən tikilmiş divar qalıqları, sahəsi 56 kvadratmetr olan 1 otaq aşkar olunub. Divarların qalınlığı 1,5 metrə çatır. Onların möhkəmliyini təmin etmək üçün ayrı-ayrı yerlərdə tökmə daşlara təsadüf olunur. Daşların bəzilərinin üzərində müxtəlif həndəsi fiqurlardan ibarət şəkillər çəkilib. Otağın küncündə ocaq yeri, yanmış sümüklər və keramika qırıqları var. Divarların içində üfüqi istiqamətdə dirək yerləri onun ikimərtəbəli olduğunu göstərir.

 Qalatəpə şəhər yerinin yaxınlığındakı nekropolda aparılan qazıntı zamanı e.ə II - bizim eranın III əsrlərinə aid 3 ədəd küp qəbir, üzəri boyalı saxsı qablar, muncuqlar, tuncdan asmalar, 2 ədəd nizə ucluğu, 1 ədəd bıçaq aşkar edilib. Bu tapıntılar antik dövr Alban şəhərinin mədəni-mənəvi həyatını daha ətraflı öyrənməyə imkan verir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.