Yerin 700 metr dərinliyindən yeni xəbər var » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Yerin 700 metr dərinliyindən yeni xəbər var
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Yerin 700 metr dərinliyindən yeni xəbər var

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Yerin 700 metr dərinliyindən yeni xəbər var
 
 
Müəllif: Carchi | 28 Avqust 2010 | 12174 dəfə oxunub
http://zeka.az/885-yerin-700-metr-djrinliyindjn-yeni-xjbjr-var.html

 

Yerin 700 metr dərinliyindən yeni xəbər var

Çili şaxtaçılarını hələ 4 ay yerin altından çıxarmaq mümkün olmayacaq...

Çilidə qəzadan sonra dərin şaxtada qalmış 33 mədən işçisinə bir neçə ay oradan çıxarıla bilinməyəcəkləri haqda məlumat verilib.

BBC-nin verdiyi xəbərə görə, səhiyyə naziri Xaime Manaliş avqustun 5-dən 700 metr dərinlikdə olan şaxtaçıların bu xəbərə təmkinlə reaksiya verdiklərini bildirib.

Rəsmilər bu xəbərin fəhlələrin psixoloji durumuna pis təsir edəcəyindən ehtiyat edərək onu gecikdirirdilər.

Uzun müddətdə onların sağlamlığını qorumaq üçün xüsusi təlim və istirahət planı tərtib olunur.

Xilas quyusunun eni 66 santimetr olacağından şaxtaçılar bu ölçüyə qədər arıqlamalıdırlar.

Xilas quyusunun qazılmasına 4 aya kimi vaxt tələb oluna bilər.

Səhiyyə naziri deyir ki, vaxt ötdükcə onlarda depressiya, qəzəb və xəstəliklər peyda ola bilər.

Bundan əvvəl şaxtaçılar Çilinin milli bayramı olan 18 sentyabra qədər azad ediləcəklərinə ümidli idilər.

Onların rəhbəri Çili prezidenti ilə söhbətində "bizi bu cəhənnəmdən çıxarın" demişdi.

33 şaxtaçı 700 metr dərinlikdə, 50 kvadrat metrlik bir sahədə sığınacaq tapıblar.

Səhiyyə naziri deyir ki, onlar rejimlə yaşamalı, başlarını qatmağa öyrəşməli və gündüz-gecə saatlarına uyğun yaşamalıdırlar.

Amerikanın NASA kosmik agentliyinin nümayəndələri astronavtların həyat rejimi barədə məsləhət vermək üçün Çilidədir.

Şaxtaçılara xüsusi qazılmış nazik boru vasitəsilə qlükoza və su göndərilir.

Bundan başqa kiçik fənərlər, dərman və anti-depressiya dərmanları da aşağı salınır. Az sonra onlara müxtəlif stolüstü oyunlar da göndərilməlidir.

Şaxtaçılar öz vəziyyətlərini videolentə alaraq, "yuxarıdakı"lara göndərib. Video onların yaxşı əhvalda olduqlarını göstərir. Lent şaxtaçılara boru ilə göndərilmiş videokamera vasitəsilə çəkilib.

Çilinin səhiyyə naziri deyir ki, arıq, yarıçılpaq və saqqallı şaxtaçıların kifayət qədər sağlam olduqları görünür.

Onlar avqustun 5-dən şaxtadadırlar və yalnız bazar günü onların sağ olduqları məlum olub.

Videoda onlardan biri vəziyyəti təsvir edir: "Biz burada hər şeyi yaxşı təşkil etmişik. Burada əylənirik, hər gün görüşüb planları müzakirə edirik. Dua edirik."

Qalan şaxtaçılar da kameraya əllərini yelləyirlər. Bir kadrda tibbi ləvazimat şkafını görmək olar.

Onlardan biri öz dostlarını tərifləyir, digərləri isə əl çalıb Çili himnini oxuyurlar.Milli.Az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.