Dərbəndin 5000 illik yubleyi qeyd ediləcək » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Dərbəndin 5000 illik yubleyi qeyd ediləcək
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Dərbəndin 5000 illik yubleyi qeyd ediləcək

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Dərbəndin 5000 illik yubleyi qeyd ediləcək
 
 
Müəllif: Carchi | 30 Avqust 2010 | 12168 dəfə oxunub
http://zeka.az/895-djrbjndin-5000-illik-yubleyi-qeyd-ediljcjk.html

Dərbəndin 5000 illik yubleyi qeyd ediləcək

Rusiyanın federal hakimiyyəti 2015-ci ildə Azərbaycanın qədim şəhəri olan Dərbəndin 5000 illik yübleyini dövlət səviyyəsində qeyd etməyi planlaşdırır. Bu barədə Rusiya prezidentinin Şimali Qafqaz Federal dairəsi üzrə nümayəndəsi Aleksandr Xloponin bəyan edib. A. Xloponin qədim Azərbaycan şəhərinin yübleyini  “bütün Rusiya üçün mühüm hadisə” kimi dəyərləndirib. Qeyd edək ki,  yubley tədbirlərinə 2015-ci ildə start veriləcək.

Hazırda Dağıstanda şəhər statusunda olan Dərbənd Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir , Mahaçqala şəhərindən cənub - şərq istiqamətində 121 km uzaqlıqda yerləşir . Dərbənd farsca  “qapı», «darvaza» deməkdir. Şəhər tarixdə Bab əl-Əbvab («böyük qapı») və türk mənbələrində Dəmirqapı Dərbənd adlarıyla da tanınırdı .

Burada eramızdan əvvəl VII-VI əsrlərə aid yaşayış məskənləri aşkar edilib. Dərbəndin adı Azərbaycan türklərinin, eləcə də bütün türk dünyasının nəhəng ədəbi abidəsi olan @Kitabi-Dədə Qorqud” dastanında da çəkilir. Alman səyyahı Adam Olerai (XVII əsr) və türk səyyahı Övliya Çələbi Dədə Qorqudun məzarının Dərbənddə olduğunu qeyd edirlər. Bu haqqda”Dərbəndnamə”də məlumat verilir.

Şəhərdə hal-hazırda 110 min sakin yaşayır.Azərbaycan türkləri əhalinin 30% təşkil edir , ləzgilər 26%, tabasaranlar 14%, 30% başqaları olduğu təxmin edilir.

Azərbaycanın da qədim şəhərin 5000 illik yübleyində iştirakı vacibdir.Modern.az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.