Din nədir? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Din nədir?
 
 » Din » Əqidə » Din nədir?

     
 
Din » Əqidə: Din nədir?
 
 
Müəllif: Admin | 16 İyul 2009 | 14186 dəfə oxunub
http://zeka.az/9-din-n601dir.html
BiSMiLLAHiR RƏHMANiR RƏHiM  
      Din nədir?Bu sual bəlkə də qəribə səslənir.Bu sual təkcə adi insaları deyil ,hətta elm adamlarını və mütəxəssisləri də çaşdıra bilər.Çünki onlar elmi və ictimai ədəbiyyatlarda din haqqında,onun tərifləri haqqında o qədər məlumatlar oxuyublar ki,indi din haqqında yeni bir yanaşma və təriflə tanış olmağı gözləmirdilər.Hər halda din elə bir məfhumdur ki, onun haqqında daim yazmaq və araşdırma aparmaqla tükənən deyil.Dini bir qrup insanlar üçün göndərildiyini düşünürlər.Şübhəsiz ,bunun özü elə dinə olan primitiv qeyri –ciddi yanaşmanın real təzahürüdür.  
      Əlbəttə söhbət təkcə tərifdən getmir ,ümumiyyətlə ,din həqiqətdə nədir ,onun mövcüdluğu nəyə xidmət edir ,hər bir insan dinə malik olmaqla nəyə nail olur və dinin cəmiyyətdə ümumi funksiyaları hansılardır kimi suallar aydınlaşdırılmalı ,insanlar bu həqiqi anlamları başa düşməlidirlər.
      Beləliklə ,din nədir? hamımıza yaxşı bəllidirki ,bütün həqiqi dinlər Böyük Allah tərəfindən yerə göndərilir və Onun rəsulu (peyğəmbəri) vasitəsilə təbliğ edilərək yaradılır.Şübhəsis ,dinlər insanların yaşamasında ,fəaliyyətində və insanların idarə olunmasında mühüm funksiyalara və xüsusiyyətlərə malik olurlar .Hər bir din əvvəlki dinlərdən fərqli olaraq daha da təkmilləşdirilərək daha mükəmməl formada yaradılmışdır. Tarix boyu insanların dinləri olub və onlar dini həyat tərzinə, dini mənəviyyata ,davranışa həmişə ehtiyac duyublar. Din həmişə insanların əsas ailə-məişət münasibətlərini , əsas adət -ənənəlirini əhatə edir. İnsanların psixologiyalarının , mənəviyyatlarının formalaşmasında da dinin mühüm rolu olub. Elə ona görə də, insanların həmişə millətləri ilə bərabər dinləri də olub. Indi artıq fikirlərimizi ümumiləşdirərək dinə ümumi anlam , tərif verə bilərik.
      Din–Böyük Allah tərəfindən insanlar üçün yaradılan, insanların, xalqların psixoloji yollarının , mənəviyyatlarının əxlaqlarının formalaşmasında mühüm əhəmiyyətə malik olan, yaşamaq və fəaliyyət xüsusiyətlərini tənzimləyən, fundamental mənəvi və sosial əsaslara malik təkmilləşmiş yaşam tərzi, mükəmməl davranış formasıdır.
      Din insanların yaşamaq və fəaliyyət göstərməsini tənzimləyən konstitusiyadır . 
      Əsrlər boyu insanların, xalqların dinə məxsus olması deməyə imkan verir ki, din insan orqanizminin psixoloji və bioloji əsaslarında da mövcüd olur. Hər bir insanın öz dininə uyğun psixologiyaya malik olmasi adi həqiqətdir. Amma demək olar ki, insanlar həm də bioloji (xüsusilə də, fizioloji və antropoloji )cəhətdən də dini baxımdan fərqlənirlər . Ona görə də, eyni dinə mənsub xalqların bioloji orqanizmində, antropologiyasında çoxlu oxşarlıqlar olur.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 9
Robot: 4
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.