Sagirdlərə düşünməyə fürsət verək » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Sagirdlərə düşünməyə fürsət verək
 
 » İstirahət » Lətifələr » Sagirdlərə düşünməyə fürsət verək

     
 
İstirahət » Lətifələr: Sagirdlərə düşünməyə fürsət verək
 
 
Müəllif: Muslim | 1 Oktyabr 2009 | 12747 dəfə oxunub
http://zeka.az/91-sagirdl601r601-d252351252nm601y601-f252rs601t.html
alt

Bu yaxınlarda yeni dərs ili ilə bağlı dostlarla oturub bəzi məsələlərlə bağlı söhbət edirdik. Aramızda  bir nəfər özünün orta məktəbdə oxuyarkən sinif yoldaşlarının biri ilə bağlı baş vermiş maraqlı bir xatirəni danışdı. O, bununla sinifdə zirək-huşlu ya kütbeyin sagirdlərin müəllimlər tərəfindən tanınmasının zəruriliyini misal vurdu: ”Bir gün müəllim sinifimizdə bizimlə oxuyan birindən soruşdu ki, 2 üstə əlavə gəl 2 neçə olar? O, hamımızın düşündüyünün əksinə olaraq (4 əvəzinə) 22 deyə cavab verdi. Uşaqların gülməsinə baxmayaraq müəllim onun düzgün cavab verdiyini söylədi. Cünki o bir baxımdan düzgün cavab vermişdi. O sualda deyilən “üstə gəl ya əlavə et” kəlməsindən “ikinin yanına iki qoysan, hansı ədəd alınar?”ı başa düşmüşdü. Müəllim də ona görə nəinki, onun düzgün cavab verdiyini, hətta şagirdin iti zehinli olub gələcəkdə yüksək elmi nəaliyyətlər əldə edəcəyini vurğuladı. Belə də oldu, sonralar o uşaq sinifimizdə ən yaxşı dərs oxuyan uşaqlardan biri olub öz həyatında yüksək mərtəbələrə qalxdı“.

Doğrudan da uşaqlar bəzən yuxarıda müəllimin sualında olduğu kimi elə incə və dəqiq nöqtələrə diqqət edirlər ki, çoxlarına gülünc gəlir. Dediyimiz hadisədə sual iki cür başa düşülür, baxmayaraq ki, müəllim cavabın 4 olduğunu gözləyir. Amma sualın cavabını belə də (22) başa düşmək olar. Çünki o uşaq verilən sualın cavabında böyük ədədin 22 olduğunu qavrayırsa, əgər sual verənin məqsədini bilsə asanlıqla iki üstə ikinin dörd olduğunu da cavab vərə biləcək. Müəllimlər belə uşaqlara fürsət verib onların düşünməsinə şərait yaratmalıdırlar. Əgər xırda səhvlər də olsa, bu səhvləri müəllim onlara başa salıb düzgün istiqamətləndirməlidir. Sonda bunun əksinə (huşu zəif olan uşaqlara) aid bir lətifəni oxucularımızın diqqətinə catdırırıq:

Müəllim sagirdlərdən birini yazı taxtasına cağıraraq ondan 11 ədədini yazmasını tələb edir. Şagird də əlinə tabaşir alıb 1 yazır. Sonra dayanıb fikirləşəndə müəllim soruşur: Niyə durmusan? Yaz görək. Şagird cavab verir: Müəllim fikirləşirəm ki, o biri 1 ədədin hansı tərəfə yazım (axı sağ və ya solda yazanda alınan rəqəm fərq edib dəyişilir)?





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.