Azərbaycan Milli Elmlər Akademiyası doktorantura hazırlığı apara biləcək təhsil müəssisələrini müəyyənləşdirib » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan Milli Elmlər Akademiyası doktorantura hazırlığı apara biləcək təhsil müəssisələrini müəyyənləşdirib
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan Milli Elmlər Akademiyası doktorantura hazırlığı apara biləcək təhsil müəssisələrini müəyyənləşdirib

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycan Milli Elmlər Akademiyası doktorantura hazırlığı apara biləcək təhsil müəssisələrini müəyyənləşdirib
 
 
Müəllif: Carchi | 2 Sentyabr 2010 | 13474 dəfə oxunub
http://zeka.az/913-azjrbaycan-milli-elmljr-akademiyasd-doktorantura-hazdrlddd-apara-biljcjk-tjhsil-mgjssisjljrini-mgjyyjnljedirib.html

Azərbaycan Milli Elmlər Akademiyası doktorantura hazırlığı apara biləcək təhsil müəssisələrini müəyyənləşdirib

Azərbaycan Milli Elmlər Akademiyası doktoranturalar yaratmağı nəzərdə tutan ali təhsil müəssisələri ilə bağlı rəylərin hazırlanması prosesini yekunlaşdırıb.

Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov məlumat verib. A. Həşimovun sözlərinə görə, doktoranturaların yaradılması üçün Milli Aviasiya Akademiyası, Təhsil, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Səhiyyə, Ədliyyə nazirlikləri, Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, AMEA-nın bütün bölmələri onlara tabe olan təhsil müəssisələrində doktoranturaların yaradılması üçün müraciət edib.

Akademiya rəsmisi deyib ki, AMEA-nın institutlarının çoxu həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul aparılması üçün müraciət edib: “Müraciətlərin araşdırılması zamanı təhsil müəssisələrinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” əsasında doktorantura hazırlığı apara bilmək imkanının olub-olmadığını müəyyənləşdirirdik. Müəssisələrə hansı parametrlərə uyğun gəlirsə, ona uyğun kadr hazırlığının aparılması üçün müsbət rəy verilib. Bəzi məktəblərin yalnız fəlsəfə doktoru, bəzilərinə isə həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə doktorantura hazırlığı aparılmasına müsbət rəy verilib”.

A. Həşimov hazırladıqları rəyləri yaxın bir necə günlərdə Nazirlər Kabinetinə təqdim edəcəklərini söyləyib.

Qeyd edək ki, doktoranturaya sənəd qəbulunun payızda aparılması nəzərdə tutulur.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3, qiyabi təhsilin müddəti 4 , dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4, qiyabi 5, dissertantlıq yolu ilə 3 ildir.(APA)





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.