Ən savadlı müctəhidləri hansı yolla tanımaq olar? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Ən savadlı müctəhidləri hansı yolla tanımaq olar?
 
 » Din » Əhkam » Ən savadlı müctəhidləri hansı yolla tanımaq olar?

     
 
Din » Əhkam: Ən savadlı müctəhidləri hansı yolla tanımaq olar?
 
 
Müəllif: Muslim | 1 Oktyabr 2009 | 12739 dəfə oxunub
http://zeka.az/92-399n-savadl305-m252ct601hidl601ri-hans305-yolla.html

Gördüyünüz kimi, keçən bəhslərimizdə müctəhidlər üçün saydığımız şərtlər çox zəruri şərtlərdəndir. Hər bir insan onlara əsasən özünə müctəhid seçməlidir. Allaha şükürlər olsun ki, indi müctəhidlərin sayı çoxdur. Amma bizim vəzifəmiz ən savadlı müctəhidi araşdırıb tapmaq və ona təqlid edib hökmləri ələ gətirməkdir. Bu seçim aşağıdakı yollarla ola bilər:

1. İnsan özü öz elmi ilə ələm (ən savadlı) müctəhidləri tanıyıb, imtahan etsin. Əlbəttə, bu növ seçimdə insan özü gərək elm əhli olsun ki, ələm (ən savadlı) müctəhidi tanıya bilsin.

2. Elm əhli, nəzər sahibləri arasında ən çox savadlı olması ilə məşhur olsun. Belə olan halda insan yəqinlik elmi ilə bilir ki, bütün elm əhli filan müctəhidi daha savadlı hesab edir. Deməli, o da həmin müctəhidə təqlid etməlidir.

3.  Adil və elm əhli (yəni müctəhid və ən savadlı olanları tanımaq qabiliyyəti) olan iki şəxs filan müctəhidin ən savadlı müctəhid olmasına şahidlik etməlidir. Bu şərtlə ki,  digər iki nəfər adil və elm əhli onların dediyi ilə müxalifət etməsin.

Hal-hazırda ən çox iki və üçüncü yoldan istifadə olunur. Çünki əksər insanlar özləri dini məsələlərdə ən savadlı müctəhidi seçməyə çətinlik çəkirlər. Elə ona görə də iki və üçüncü yoldan ki, asan yoldur istifadə edərək, özlərinə müctəhid seçirlər.

Bəhsimizin sonunda bir neçə nöqtəni müctəhidlərimizin kitablarından (risalələrdən) diqqətinizə çatdırırıq:

a) Əgər iki ya bir neçə müctəhid elmi baxımdan ələm (ən savadlı olsa) insan hər hansı birinə təqlid etməkdə ixtiyar sahibidir.

b) Əgər iki müctəhid hər biri şəriət məsələlərinin başqa-başqa bölmələrində ələm olsa, məsələn: biri ibadət bəhsində ələm, digəri ticarət bəhsində ələm olsa, insan ehtiyat-vacibə əsasən gərək hər bəhsin öz ələm müctəhidinə təqlid etsin.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 2
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.