Müsahibimiz Həkim - Terapevt Qədirov İlqar Hacı oğludur » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz Həkim - Terapevt Qədirov İlqar Hacı oğludur
 
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz Həkim - Terapevt Qədirov İlqar Hacı oğludur

     
 
Xəbərlər » Müsahibələr: Müsahibimiz Həkim - Terapevt Qədirov İlqar Hacı oğludur
 
 
Müəllif: Elirza | 5 Sentyabr 2010 | 13097 dəfə oxunub
http://zeka.az/927-mgsahibimiz-hjkim-terapevt-qjdirov-dlqar-hacd-odludur.html

Müsahibimiz Həkim - Terapevt  Qədirov İlqar Hacı oğludur

 Müsahibimiz Qədirov İlqar Hacı oğludur. 1956-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1973-cu ildə Lənkəran rayonu 3 saylı orta məktəbi bitirmiş, sonra Azərbaycan Respublikası N. Nərimanov adına İnstituta 1973-cü ildə qəbul olmuş və 1980-ci ildə oranı bitirmişdir. Təhsilini bitirdikdən sonra uzun müddət Lənkəran səhiyyəsində işləmişdır. Hal-hazırda Lənkəran Müalicə Diaqnostika Mərkəzi xəstəxanasının qəbul şöbəsinin müdiri vəzifəsində çalışır. Evlidir, bir oğlu var.

1. Sual: Ramazan ayı haqqında özünüzə məxsus bilgilərinizi bizimlə bölüşmənizi istərdik.

Cavab: On bir ayın sultanı olan Ramazan Allah-Taala tərəfindən vacib edilmiş ibadətlərdən biridir. Bu ayda oruc tutanlar özlərini sübh azanından şam azanına kimi orucu pozan əməllərdən qoruyurlar.

Orucluq insanı Allah-Taalanın ona verdiyi nemətlərə görə şükr etməyə, onu insaniyyətə və mədəniyyətə, humanizmə, həmişə gözəl və xoş danışığa, iradə və dözümə çağırmaqla tərbiyə edir. Həmçinin çətin günlərə və çətin sınaqlara hər an hazır olmaq üçün aclıq və susuzluğa dözməyi öyrədir.

2. Sual: Oruc tutmağın tibbi yöndən insana təsiri haqda nə deyə bilərsiniz?

Cavab: Tibbi cəhətdən onu deyə bilərəm ki, insan orqanizmində olan lazımsız şlakların təmizlənməsinə, qaraciyərin piylənməsi, beyin, ürək, əzələ və oynaqlarda olan çöküntülərin yox olmasına səbəb olur.

3. Sual: Sizə görə, orucla diyetanın (pəhrizin) fərqi nədədir?

Cavab: Orucla diyetanın fərqi nədir? – sualına gəlincə isə belə demək olar ki, Oruc Allah-Taalanın əmri, yəni inanca əsaslanır, amma diyeta isə insanın özünün fikrinə əsasəndir.

4. Sual: Orucu tutan şəxslərə iftar zamanı hansı yemək qaydasına əməl etməyi məsləhət görərdiniz?

Cavab: İftarı qaynar su və xurma ilə açmaq tövsiyə olunur. Ümumiyyətlə, quru yeməklərdən uzaq olmaq, sulu və yağsız yeməklərin qəbul edilməsinə üstünlük vermək məsləhət görülür. Çünkü bütün orqanlar axşam vaxtı istirahət etdiyi üçün qidanı həzm etməyə çətinlik çəkir.

 Oruc tutan gərək axşam vaxtı çox qida qəbul etməsin. Əgər çoxlu qida qəbul edərsə mədə bu qidanı lazımı dərəcədə həzm etməz və gələcəkdə də həzm sistemində və qara ciyərdə fəsadlar törədər.

 Əbəs yerə deməyiblər səhər özün, günorta dostunla böl, axşam isə düşməninə ver. Axşam çox qida qəbul edən öz düşməni sayılır.

5. Sonda ənənəvi olan sualımızı sizə veririk: Zeka.az saytına arzularınız?

Cavab:  Arzum budur insanları maraqlandıran, tərbiyəvi, yol göstərən, insaniyyətə çağıran mövzularda yazılarınız daha çox olsun. İnsanlar çətin vəziyyətə düşəndə  və kömək istəyəndə zeka.az saytına müraciət edib ondan mənəvi cavablar alsın.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!

Müsahibəni apardı:Ceyhun Məmmədov





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: Dr.Rasul (5 Sentyabr 2010 19:13)



Qrup: İstifadəçi
Tarix: 5.03.2010
Salam Doctor Mashadi Ilqar meslehetlerinize gore sag olun.Allah razi olsun.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: King (1 Avqust 2011 20:17)



Qrup: İstifadəçi
Tarix: 1.08.2011
Meslehe gore tshk
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.