Əbu Əli ibn Sina (980-1037) » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Əbu Əli ibn Sina (980-1037)
 
 » Elm və mədəniyyət » Dahilər » Əbu Əli ibn Sina (980-1037)

     
 
Elm və mədəniyyət » Dahilər: Əbu Əli ibn Sina (980-1037)
 
 
Müəllif: Zaur | 3 Oktyabr 2009 | 16850 dəfə oxunub
http://zeka.az/93-399bu-399li-ibn-sina-980-1037.html

 

alt 

Müsəlman peripatetik (yaxud məşşa. Bu fəlsəfi cərəyan Antik dövr fəlsəfəsinin görkəmli nümayəndəsi Platonun şagirdi Aristotelin (e. ə. 384-322) fəlsəfi görüşlərindən qaynaqlanır. Bu məktəbi digər fəlsəfi cərəyanlardan fərqləndirən onun həqiqəti əqli sübutlarla dərk etmək cəhdidir. Filosofların görkəmli nümayəndələrindən biri də Əbu Əli Sinadır (980-1037). Onun fəlsəfi-elmi irsi müsəlman tarixinin parlaq bir səhifəsidir. Orta Asiya və İranda yaşamış İbn Sina Kindi və Farabi fəlsəfi hərəkatının davamçısı kimi tanınmış, müsəlman filosofları tərəfindən yaradılmış fəlsəfi məktəbi daha da zənginləşdirmişdir. İbn Sina yaradıcılığı bir çox sahələri, o cümlədən məntiq, tibb, metafizika, riyaziyyat, təbiət elmlərini və peyğəmbərliyə aid bəhsləri əhatə edir. Onun “Şəfa” əsəri ensiklopedik xarakterə malikdir. Deməli, İbn Sina fəlsəfənin çoxsahəli bir təlim olduğunu qəbul etmiş, bu məsələdə Aristotelin həmfikri olmuşdur.

İBN SİNANIN GÖZ YAŞI

Şeyxur-rəis İbn Sina vəzir olduğu dövrdə həmişə səhər tezdən gün çıxmamış yuxudan oyanaraq mütaliə və təhqiq işlərinə başlayarmış. Gündüzlər vəzirliyini icra edər, axşamlar isə dərs verməklə məşğul olarmış. Bəzən gündüzlər işi az olduqda şagirdlərlə məşğul olmağa üstünlük verərmiş.

İbn Sina dərsləri o qədər diqqətlə deyərdi ki, hətta uşaqlar onu başa düşməyəndə çox pərişan olardı.

İbn Sinanın ən yaxşı şagirdlərindən olan Bəhmənyar bu barədə yazır: ”Gecəni deyib-gülüb, əylənib, boş söhbətlərlə keçirdik, sabahsı gün ustadın qarşısında dərsdə əyləşəndə, yuxusuzluğun yorğunluğu şeyxin sözlərini başa düşməyə imkan vermədi. Bunu şeyx elə ilk baxışdaca hiss etdi. Üzünü mənə tutub belə buyurdu: -Belə məlum olur ki, bütün gecəni əylənmisiniz. Dedim: - Bəli.

Bunu eşitcək gözlərindən yaş süzüldü. Sonra ah çəkərək buyurdu: -Əfsus dəyərli ömrünüzü boş şeylərə həsr etdiniz və mənim sizə vermək istədiyim elmdən bəhrələnmədiniz. Təəccüblüdür, sehrbazlar elə bir məqama çatıblar ki, minlərlə ağıllı adamı heyrətə gətiriblər, siz isə ilahi qüvvəyə malik olan maarifə yiyələnməkdə özünüzdə o qədər güc tapa bilmədiniz ki, zəmanənin cahilləri sizin ruhani kəramətlərinizə təəccüb etsinlər.”

 

alt 

Bir sözlə, İbn Sinanın nüfuzu bir həkim kimi Qərbdə elə bir həddə çatmışdı ki, onun “Tibb qanunu” əsəri 1909-cu ilədək Brüssel Universitetində tədris olunurdu.

İBN SİNA VƏ ŞEYX ƏBÜLHƏSƏN XİRQANİ

Nəql edirlər ki, Şeyxur-rəis İbn Sina İranın Nişabur şəhərində olarkən Şeyx Əbülhəsən Xirqaninin məşhurluğu onu vadar edir ki, Xirqana gedib o böyük alimlə görüşsün. Bu məqsədlə İbn Sina səhər tezdən Şeyx Əbulhəsən Xirqaninin evinə yollanır. Bu zaman şeyx evdə olmur, odun gətirməyə gedir. İbn Sina qapını döyür və şeyxi soruşur. Şeyxin arvadı çox bədxasiyyət olduğundan içəridən tünd səslə cavab verir:

-Kimsən? Bu dinsiz və əxlaqsız şeyxi neyləyirsən? Həmişə yalan torunu qurub camaatı aldadır.

İbn Sina çox qəmgin halda şeyxi axtarmaq məqsədi ilə evdən çıxib gedir. Qayıdan zaman nəzər yetirir ki, çox aralıda görünən adam bir şələ odunu böyük şirin belinə yükləyib ona tərəf gəlir. İbn Sina o dəqiqə anlayır ki, bu adam Əbülhəsən Xirqanidir. Yaxınlaşıb salam verir. Şeyx də onun salamını alır. İbn Sina onun böyüklük, ucalıq məqamı ilə yanaşı həyat yoldaşının şeyxin barəsində dediyi sözlərə təəccüb edərək istəyir ki, bu bəd rəftarın səbəbini soruşsun.

Şeyx deyir: “Sual vermə! Əgər elə bir canavarın (arvadın) yükünün altına girərək bu ağırlığı daşımasaydım, belə yırtıcı şiri özümə tabe edib yükümü daşıtdıra bilərdimmi?!”.

Sonra Şeyx Əbülhəsən Xirqani İbn Sinanın əlindən tutaraq onu evə dəvət edir. Evə çatanda şeyx odun şələsini şirin belindən düşürüb onu yenə azadlığa buraxır. Hər ikisi evə daxil olur və bir az dincəldikdən sonra elm barədə söhbətə girişirlər. Hətta fiqh və hikmət (fəlsəfə) məsələləri barədə elmi mübahisəyə də başlayırlar. İbn Sina şeyxlə mübahisə zamanı fikirlərini məntiqi dəlillərlə bəyan etməyə üstünlük verir.

Onların söhbətlərindən xeyli keçəndən sonra bir gün şeyxin evinin, daha dəqiq desək, divarının bir hissəsi uçur. Şeyx onu təmir edərkən İbn Sina da burada olur. Yuxarıda işlədiyi vaxt divarın üstünə qoymaq istədiyi ağac şeyxin əlindən yerə düşür. İnb Sina yerindən duraraq istəyir ki, ağacı götürüb şeyxə versin. Lakin inanılmaz bir hadisənin şahidi olur. Yəni görür ki, ağacın özü dikəldi və şeyxin əlində qərar tutdu. Bu zaman şeyx deyir:

-Ey filosof, bu gördüyün hadisəyə hansı dəlilin var?

İbn Sina susur, bir daha onunla mübahisə etmir və özü də irfan elmini dərindən öyrənməyə meyl göstərir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 15
Robot: 1
Qonaq: 14
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.