Türkiyə ali məktəblərində hicaba izn verildi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Türkiyə ali məktəblərində hicaba izn verildi
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Türkiyə ali məktəblərində hicaba izn verildi

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Türkiyə ali məktəblərində hicaba izn verildi
 
 
Müəllif: Carchi | 6 Sentyabr 2010 | 12296 dəfə oxunub
http://zeka.az/933-tgrkiyj-ali-mjktjbljrindj-hicaba-izn-verildi.html

Türkiyə ali məktəblərində hicaba izn verildi

Türkiyə Ali Təhsil Şurası (YÖK-Yüksek Öğretim Kurumu) ali təhsil müəssisələrində hicab geyilməsinə izn verib. ANS PRESS Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu izn birbaşa yox, bilavasitədir. Belə ki, YÖK sədri Yusuf Ziya Özcan “İstanbul” universitetinə göndərdiyi və bütün ali təhsil məktəblərinə şamil olunan təlimatda hicablı qızların dərslərdən çıxarılmamasını tələb edib.

Ozcan, qaydalara qarşı intizamsız rəftar edən tələbələr barəsində icra edilən dərsdən çıxarmaq cəzasının doğru olmadığını bildirib. “Atılacaq ilk addım tələbənin intizamsızlığı barədə akt hazırlamaq, mümkündürsə intizamsızlığı sübuta yetirən sənədi də bu akta əlavə etmək və bu sənədləri dekanlığa və ya əlaqədar rəhbərliyə çatdırmaqdır”.

Bəzi YÖK üzvləri isə bu təlimatı Ali təhsil müəssisələrində üstüörtülü şəkildə hicaba verilən viza kimi qəbul edir.

Xatırladaq ki, professor Yusuf Ziya Özcan 2008-ci ilin fevral ayında universitet rektorlarına göndərdiyi təlimatda hicablı qızların dərslərə girməsinin mümkün olduğunu bildirmiş, Dövlət şurası (Danıştay) YÖK sədrinin belə bir səlahiyyəti olmadığını bildirərək eyni ilin mart ayında bu qərarı ləğv etmişdi. ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 1
Qonaq: 11
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.