Mənn və səlva nədir? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Mənn və səlva nədir?
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Mənn və səlva nədir?

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Mənn və səlva nədir?
 
 
Müəllif: Zehra | 7 Sentyabr 2010 | 13446 dəfə oxunub
http://zeka.az/934-mjnn-vj-sjlva-njdir.html

 Mənn və səlva nədir?

Mənn – ərəb dilində ehsan, bağışlamaq mənasını verməsinə baxmayaraq, ümumi şəkildə şirin bir yemək mənasında işlənmişdir. Allah-Taala bu şirin maddəni bəni-İsrailin Misirdən çıxıb Sina çöllüklərində sərgərdan qaldıqları vaxt onlara nazil etdi.

 Əllamə Yusif Əli bildirir ki, mənn Sina səhrasındakı gəz (xırda yarpaqlı və səhralıqda bitən) ağaclarından ələ gələn kəzəncəbin (şirin kitrə) idi. “Quranın lüğəti” kitabında mənn şirəli bitkiyə oxşar maddə kimi təsvir edilir. Belə ki, bu maddə bəzi ağacların yarpaqlarına qonur və onu səhər tezdən yığırlar.

 Mövlana Əbul-Kəlam Azad, Mövlana Əbdül-Həqq Həqqani, Mövlana Əbul-Əla Movdudi və Mövlana Əbdül Macid Dəryabadi kimi bir sıra Quran təfsirçiləri “mənn”i bir bitkinin məhsulu kimi təsvir etmiş, lakin onların heç biri bu bitkinin əsl mənşəyini göstərə bilməmişlər. Bəziləri də yazmışlar ki, hal-hazırkı tərəncəbin həmin mənnin özüdür. Mənni əmələ gətirən bitkinin tanıtdırılması ilə bağlı məlumatın az olmasına səbəb, əslində, Sina çöllüklərində bitən bitkiləri elmi şəkildə tanıtdıran kitabın keçmişdə mövcud olmamasıdır. Əbu Reyhan Məhəmməd ibn Əhməd Biruni (h.q. 362-440-cı illər) Quranda adı gələn mənnin tərəncəbin, yəni dəvətikanı şirəsi olduğunu sübut edən ilk şəxsdir. O, bildirib ki, bəzi dəvətikanı kollarında kiçicik  həşəratlar yaşayır və dəvətikanı mənnini (elmi dildə desək mannasını) onlar yaradır. Birunidən neçə illər sonra Şərq bitkiləri və onların tanınması zəminində irəliləyiş olmadı. 1822-ci (h. q. 1237-ci) ildə məşhur “Suriya səfərnaməsi” və “Müqəddəs diyar” kitabının müəllifi Burckhard nəql edir ki, Fələstin və Şam diyarlarındakı bəzi ağacların üzərində həşəratlar olur ki, şirin qətran (manna) əmələ gətirirlər. Misirdə Şeyx Bərakat kimi məşhur olan Burchkard nəql edir ki, bu həşəratlar ağacın gövdəsini oyur və isti günəşli günlərdə bu ağac maye ifraz edir. Həmin maye soyuq gecələrdə qətran-manna şəklinə düşür. Burchkardın kitabı çap edildikdən sonra çox keçmədi ki, 1829-cu ildə Ehrenberg və Hemprich adlı iki məşhur bioloq öz tədqiqatlarını nəşr etdilər. Onlar Sina səhrasındakı ağaclardan manna əmələ gətirən bir həşəratı müşahidə edib həmin həşəratın adını “coccus manniparus” qoydular. Deməli, Sina səhrasının ağacları şirəli maddə ifraz edirmiş. Sonra rəvayət edirlər ki, Sina səhrasında yaşayan camaat mannanı ağaclardan yığır və şirin xörəklərdə istifadə edirdilər.

 Bu günə qədər aparılan elmi tədqiqatlar əsnasında bunu demək olar ki, Quranda adı çəkilən manna iki müxtəılif bitkidən əmələ gəlir. Biri gəz ağacıdır, digəri dəvətikanı koludur ki, bu kolun uzunluğu bir metrədən bir qədər azdır, lakin uzun kökləri vardır ki, yerin 5-7 metr dərinliyinə qədər işləyir. Sina səhrası, Suriya, digər ərəb ölkələrindən əlavə İran, Hindistan və Pakistanda da bu bitki müşahidə olunmuşdur. Gəz ağacından alınan manna – mənn kəzəncəbin, dəvətikanından alınan mənn isə orta əsrlərdə tərəncəbin adlanırdı. Hindistanda bu bitki “cavasa” adlanır, amma bu bölgədə həmin ağacın mannası haqqında heç bir məlumat verilmir. Buna səbəb isə həmin bitkidə manna ifraz edən həşəratların olmamasıdır.

 Həzrət Musanın dövründə Sina səhrasında yayılmış adi dəvətikanından əlavə o nahiyələrdə manna ifraz edən dəvətikanları da bitirdi. Dəvətikanının bir çox növü Ərəbistanda bitir, amma şirin kitrə (qətran) ifraz etmir. Manna ifraz edən yeganə dəvətikanı adətən Suriyada, Fələstində, İraq və İranda bitir. Manna şirəsi daha çox əczaxanalarda və təbabət çərçivəsində məsrəf olunur. Tərəncəbin (dəvətikanı şirəsi, yəni mənn) ən çox İranın Xorasan nahiyəsində və Şimali Afrikanın bəzi yerlərində əldə edilir. Tərəncəbin təkcə müalicəvi əhəmiyyət kəsb etmir, həm də şirin qida növü kimi də istifadə edilir.

 Quranda üç yerdə “mənn”in adı səlva ilə birlikdə gəlir. Səlva bildirçin deməkdir. Əgər bildirçin də nazil olmasa idi, 40 il ərzində 100 minlərlə bəni- israilli sadəcə manna (mənn) yeməklə həyatlarına davam edə bilməzdilər. Mən haqqında danışan ayədən aydın olur ki, milyonlarla dəvətikanı səhrada bəni-İsrailə kölgə salmırdı və Allah bəni-İsraili qızmar günəşdən qorumaq üçün buludları onlara kölgə qərar verdi. Müqəddəs kitabda düz 11 dəfə mənn səlva (bildirçin) ilə yanaşı qeyd olunmadan gəlmişdir.

 Moldenkenin əqidəsinə görə, bəni-İsrailin düz 40 il boyunca yalnız şirin manna ilə qidalanması ağılasığmazdır. Moldenkenin fikrincə, “Baruk sıfrı ”nda qeyd olunan mənn bitki mənşəli şirin maddədir. Amma “Ədədlər sıfrı”nda qeyd olunan mənn isə çox güman ki, nişasta, yaxud proteindir. Kitabda deyilir ki, o asimandan yağır və camaat onu yığıb çörək bişirirdi. Aydındır ki, şirin kitrə olan mənn – manna ilə çörək bişirmək olmaz. Buna görə də “Ədədlər sıfrı”nda gələn mənn bir növ göbələk mənşəli bitki imiş və quruduqdan sonra yüngülləşib ta uzaq məsafələrə qədər uça bilir və yerə qonur. Moldenke 1270-ci ildə İranın yaşadığı qıtlığı misal çəkib deyir ki, neçə tonlarla bu bitki qıtlıq ilində “yağıb” və camaat onu yığıb un edərək uzun müddət ondan çörək bişirib yeyiblər. Camaat bu bitkini “yağdıran” Allaha şükr edirdi.  Bir sıra alimlər Afrika səhralığını araşdırmış və bu göbələk mənşəli bitkinin orada bitdiyini görmüşlər. Quraqlıq və qıtlıq illərində bumlular (Bum sakinləri) ondan çörək bişirib yeyərmişlər.

 “Çıxış sıfrı”nda: “Günəş qızdıqda mənn əriyərdi” – cümləsi  başqa bir göbələk mənşəli mənnin də olmasına dəlalət edir. Moldenkinin təsəvvürünə görə, bu mənn dombalan göbələk növündəndir. Bu xırda göbələk jelatin adlı maddə ilə zəngindir, soyuq gecələrdə sürətlə boy atır. Sübhün qızmar günəşində isə görünməz olur. Moldenkinin nəzərincə, bəni-İsrail haqqında danışdığımız  bu üç növ bitkidən – dəvətikanı şirəsi, gülsəng (kötük və ya ağac) göbələk növü və dombalan göbələk növündən əlavə səlva, yəni bidirçin də yeyirdilər.

 Əgər Moldenke Quranın mənn və səlva haqqındakı ayələrini mütaliə etsəydi çox asanlıqla bu nəticəyə gələrdi. Xatırladaq ki, mənn və səlvanın nazil olmasının Quran ayələrində açıq-aydın təsvir edilməsinə baxmayaraq, bu ayələrin heç biri sərgərdan camaatın öz ətrafında gördüyü gülsəng və dombalanı yeməsini inkar etmir.

Bir hədisdə (Buxari, Muhəmməd ibn İsmayıl, Əlcamius-səhih) mənn bir göbələk növü kimi mənalandırılır.

 Ərəb və ibri dillərinin kökü olan Sami dilində “mənn” kim? və ya nə? mənasında işlənir. Buna görə də ehtimal olunur ki, bəni-İsrail ağacdakı ağ rəngli maddəni gördükdə təəccüblənərək biri-birindən soruşdu: “Mən ma?” (yəni bu nədir?). Beləliklə, bəni-İsrailin sürgündə gördükləri hər yeni yeməyə mənn demələri mümkündür. Tərəncəbin (dəvətikanı şirəsi) və kəzəncəbin (gəz ağacının şirəsi) ifraz edən bitkilərdən əlavə bitkilər də var idi ki, şirin mənn (kitrə) ifraz edirdilər və bütün bunlar ingilis dilində manna adlanırdı.

 Adi qətranların və ya mənnin kimyəvi xüsusiyyəti bir qədər anlaşılmazdı. Məsələn, ərəb mənni və ya qətranı müxtəlif qənd tərkibindən ibarətdir. Ümumi mənnin tərkibi isə qlikoza, fruktoza, muliritoz, manitol və s. ibarətdir. İstər adi, istərsə də adi olmayan mənn – hər ikisi təbiətdə mövcud olan karbon hidrogenlərdən təşkil tapmışdır. Lakin qətranların çoxusu yeməli deyil, halbuki haqqında danışdığımız mənn yeməlidir.

Mənn haqqında bir neçə hədis

 

 
  1. Səib ibn Zeyd rəvayət etmişdir ki, Allahın rəsulu buyurdu: “Dombalan mənn bitkisindəndir və onun suyu gözün şəfasıdır.” (“Təfsir” kitabı – Səhih Buxari)
  2. Səid ibn Zeyd Allahın rəsulundan rəvayət etmişdir : – Eşitdim ki, buyurdu: “ Dombalan (göbələk növü) mənn kimi bir bitkidir və onun suyu göz ağrısının dərmanıdır.” (“Tibb” kitabı – Səhih Buxari)
  3. Səid ibn Zeyd rəvayət etmişdir ki, Allahın rəsulu buyurdu: “Kumat (yeməli göbələklər) mənnin bir növüdür ki, Allah bəni-İsrailə nazil etdi, onun suyu gözün şəfasıdır.” (İbn Maceh – “Sünən”, Müslim ibn Huccac –“Səhih”)

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 2
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.